main-post-cover

    Alimlər həm bərk, həm elastik, hətta su kimi axıcı ola bilən mikrorobotlar hazırlayıblar

    Elm & Texnologiya
    28.02.2025
    Emil Nəcəfov
         ABŞ-dan olan alimlər dəyişkən xüsusiyyətlərə malik materialı imitasiya edən mikrorobotlar yaradıblar - bu material həm bərk, həm elastik, hətta su kimi axıcı ola bilər. Bu ideya təbiətdən, embrional hüceyrələrin nümunəsindən ilhamlanaraq götürülüb. Eyni tipli hüceyrələrin toplusundan müxtəlif orqanlara sahib canlı bir orqanizm yaranır ki, bu orqanlar həm sərtlik, həm də funksiyalarına görə fərqlənir. Bənzər xüsusiyyətlərə malik robot sürüsü həyatımızı dəyişdirə və elmi fantastikanı reallığa çevirə bilər. Embrional hüceyrələri araşdıran alimlər onların yetkin orqanizmə çevrilməsini müəyyən edən 3 əsas amili müəyyən ediblər. Birincisi, orqanizmin inkişafı prosesində qonşu hüceyrələrin bir-birinə aktiv təsiri və hətta təzyiq göstərməsidir.
         İkincisi, qonşu hüceyrələr arasında onların hərəkətlərini vahid bir sistem kimi əlaqələndirən biokimyəvi siqnallardır. Üçüncüsü isə hüceyrələrin bir-biri ilə birləşmək və yapışmaq qabiliyyətidir ki, bu da bütöv bir orqanizmin formalaşmasını təmin edir. Bu prinsiplər əsasında Kaliforniya Universitetinin (UCSB) alimləri mikrorobotlar hazırlayıblar. Onlar kiçik disklər şəklində və 20 ədəd olmaqla istehsal edilib. Hər bir robotun xarici perimetri boyunca əlaqə zamanı birləşmək və qrup halında hərəkət etmək üçün dişli çarxlarla təchiz olunmuş səkkiz mühərrik yerləşdirilib. Bundan əlavə, robotlar yumşaq birləşməni təmin edən maqnitlərlə təchiz edilib. Nəhayət, onların hamısında əmrləri qəbul etmək üçün polarizasiya filtrləri və işıq sensorları quraşdırılıb.
         Tədqiqatçılar göstəriblər ki, robotlar verilən əmr ilə elə bir dayanıqlı qrup yarada bilirlər ki, onu xarici təsirlə asanlıqla dağıtmaq mümkün deyil. Lakin başqa bir komanda ilə eyni qrup axıcı hala gələrək obyektlərin onun içindən keçməsinə imkan yaradır. İşıqla idarəetmə sistemi robotlara kollektiv şəkildə obyektləri hərəkət etdirmək, qrupun konfiqurasiyasını dəyişmək və verilmiş tapşırıqlara uyğun olaraq onun sərtliyini tənzimləmək imkanı verir. Alimlər əmindirlər ki, əgər bu cür minlərlə mexanizm yaradılarsa və onlar kifayət qədər kiçik ölçüdə olarsa, "Terminator 2: Judgment Day" filmindəki T-1000 robot modeli ekrandan gerçək həyata keçə bilər. Belə robotlar minlərlə mikrobotdan ibarət olacaq və əmrlər və ya şəraitin təsiri altında öz strukturlarını geniş diapazonda dəyişə biləcəklər.
    Mənbə: Techspot
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    Çinlilər robotlara şəhər mühitində döyüş aparmağı öyrədirlər
    cinliler-robotlara-seher-muhitinde-doyus-aparmagi-oyredirler
    Starlink-in Çindən olan rəqibləri peyk interneti yarışına sürətlə daxil olublar
    starlink-in-cinden-olan-reqibleri-peyk-interneti-yarisina-suretle-daxil-olublar
    SpaceX Yer kürəsini kosmik təhlükələrdən qoruyacaq yeni teleskopu kosmosa göndərəcək
    spacex-yer-kuresini-kosmik-tehlukelerden-qoruyacaq-yeni-teleskopu-kosmosa-gonderecek
    Neo Gamma adlı insanabənzər yeni robot təqdim edilib (VİDEO)
    neo-gamma-adli-insanabenzer-yeni-robot-teqdim-edilib-video
    Serverlərin yeni soyudulması üsulu test edilir
    serverlerin-yeni-soyudulmasi-usulu-test-edilir