main-post-cover

    Alimlər təsadüf nəticəsində "Hörümçək-adam"ın torlarını yaradıblar! (VİDEO)

    Elm & Texnologiya
    14.10.2024
    Farid Pardashunas

         Məhəllənin dostcanlı qəhrəmanı Hörümçək-adam artıq o qədər də xüsusi deyil. Çünki Tufts Universitetinin tədqiqatçıları Hörümçək-adamın biləyindən çıxan torları yaratmağı bacarıblar.

         Tufts Universitetinin Silklab araşdırma laboratoriyasında hazırlanan bu texnologiya, birbaşa təbiətdən ilham alır. Hörümçəklər, qarışqalar, arılar və kəpənəklər kimi bir çox canlılar ipək istehsal edə bilirlər. Bu təbii dizayndan ilhamlanan tədqiqatçılar, ipək fibroin adlı proteinlərdən yapışan liflər hazırlamağa nail olublar. İpək qurdlarının baramalarından əldə edilən fibroin proteini, incə iynələrdən keçdikdə havada bərkimiş incə lifə çevrilir və bu lif obyektlərə yapışa bilir.
         Araşdırmada iştirak edən alim Marco Lo Presti, bu texnologiyaya təsadüfən nail olduqlarını bildirib. İpək fibroin məhlulundan istifadə edərək çox güclü yapışdırıcılar üzərində işləyərkən təsadüfi bir müşahidə layihənin əsasını qoyub. Lo Presti, laboratoriya cihazını asetonla təmizləyərkən qabın dibində hörümçək toruna bənzər bir quruluşun yarandığını görüb. Bu müşahidə, ipək məhlulunun bəzi kimyəvi maddələrlə təmasda olduqda sürətlə bərkidiyini göstərib.
         Araşdırmanın ən diqqətçəkici cəhəti, ipək liflərinin təbiətdə gördüyümüz hörümçək torlarından fərqli olaraq uzaqdan atıla bilməsidir. Adətən hörümçəklər torlarını buraxdıqdan sonra bir səthə toxunaraq torlarını uzadırlar, bu yeni texnologiya isə ipək liflərinin bir cihazdan atılaraq uzaq obyektlərə yapışmasına imkan verir. Bu da ona “super qəhrəmandan ilhamlanmış” bir material kimi yanaşılmasına səbəb olub. İpək fibroin məhlulları, etanol və ya aseton kimi üzvi həlledicilərə məruz qaldıqda saatlar ərzində yarım bərk bir hidrogel yaradır, lakin yapışdırıcı istehsalında istifadə edilən dopaminin olması isə bərkimə prosesinin dərhal baş verməsini təmin edib.
         İpəyə əlavə edilən dopamin xitin törəmələri sayəsində liflər olduqca güclü yapışma və çəkmə xüsusiyyətləri qazanır. Liflərin diametri insan saçının qalınlığında ola biləcəyi kimi, iynənin diametrinə görə yarım millimetrə qədər də genişlənə bilir. Bu texnologiya sayəsində 12 santimetr məsafədən obyektləri qaldırmaq mümkündür. Məsələn, bir barama, polad bolt, skalpel və ya suyun üzərində üzən bir boru bu liflərlə havaya qaldırıla bilir. Bildirilir ki, hazırlanan texnologiya öz ağırlığının 80 qatından daha ağır obyektləri qaldıra bilir. Bütün bu nailiyyətlər təsirli olsa da, təbii hörümçək ipəyi bu araşdırmadakı insan tərəfindən hazırlanmış liflərdən hələ də təxminən 1.000 dəfə güclüdür. Lakin bir az daha təsəvvür və mühəndisliklə bu yenilik inkişaf etməyə davam edəcək və müxtəlif texnoloji tətbiqlərin yolunu açacaq potensiala çatacaq.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    Çinli alimlər Mars atmosferindən istifadə edərək işləyən batareya hazırlayıblar!
    cinli-alimler-mars-atmosferinden-istifade-ederek-isleyen-batareya-hazirlayiblar
    Alimlər səs dalğalarını yalnız bir istiqamətdə ötürə bilən cihaz hazırlayıblar!
    alimler-ses-dalgalarini-yalniz-bir-istiqametde-oture-bilen-cihaz-hazirlayiblar
    Bəzi məməlilərin hamiləliklərini "gecikdirməsinə" imkan verən xüsusiyyətin insan embrionlarında da işlədiyi aşkar edilib!
    bezi-memelilerin-hamileliklerini-gecikdirmesine-imkan-veren-xususiyyetin-insan-embrionlarinda-da-islediyi-askar-edilib
    Kvant kompüterlərinin superkompüterləri necə üstələyə biləcəyi məlum olub!
    kvant-komputerlerinin-superkomputerleri-nece-usteleye-bileceyi-melum-olub
    İnqilabi bir kəşflə "yuxular arası əlaqə" dövrü başlayır!
    inqilabi-bir-kesfle-yuxular-arasi-elaqe-dovru-baslayir