main-post-cover

    Amazon kosmosda məlumatları lazer vasitəsilə yüksək sürətlə ötürə bilib

    Elm & Texnologiya
    18.12.2023
    Emil Nəcəfov
         Amazon şirkəti özünün Starlink analoqu olan Project Kuiper layihəsi çərçivəsində iki ədəd internet peyki prototipi arasında lazer rabitəsi kamalını test edib. Bu, keçən ayın əvvəlində baş verib. Qeyd etmək lazımdır ki, bunun üçün şirkət iki ədəd internet peyki prototipini daha öncə Yer kürəsinin orbitində yerləşdirmişdi. Amazon-un sözlərinə əsasən uğurlu optik rabitə xəttinin yaradılması sayəsində internet peykləri öz aralarında məlumatları saniyədə 100 Gbit sürətlə mübadilə ediblər. Aparılmış test 1 saat davam edib.
         Peyklərin öz aralarında göndərmiş olduqları məlumatlar sayt və video baxışlarını, o cümlədən online mağazalarda alış-veriş ödənişlərini imitasiya ediblər. Amazon onu da qeyd edib ki, test tejimi çərçivəsində məlumatlar 1000 km məsafəyə göndərilib. Gözləntilərə əsasən Amazon-un peyk interneti layihəsi ucqar əraziləri, təyyarələri və gəmiləri yüksək sürətli internetlə təmin edəcək. Üstəlik Project Kuiper ABŞ hərbçiləri üçün ehtiyat rabitə kanalı ola bilər. Belə ki, keçən il ABŞ Müdafiə Nazirliyi Amazon üçün bu layihəyə 67 milyon dollar dəyərində qrant ayırmışdı.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    Amazon mətnli təsvirlər əsasında fotolar tərtib edən generativ süni zəkanı təqdim edib (VİDEO)
    amazon-metnli-tesvirler-esasinda-fotolar-tertib-eden-generativ-suni-zekani-teqdim-edib-video
    Süni zəka əsaslı Amazon Q çat-botu təqdim edilib
    suni-zeka-esasli-amazon-q-cat-botu-teqdim-edilib
    Keçmiş Apple işçilərinin daha çox hansı şirkətlərə müraciət etdikləri məlum olub
    kecmis-apple-iscilerinin-daha-cox-hansi-sirketlere-muraciet-etdikleri-melum-olub