Araşdırmalara görə, Uranın peyki Mirandanın səthinin altında okean mövcud ola bilər!
Elm & Texnologiya
04.11.2024
Farid Pardashunas
Yeni bir araşdırma Uranın peyki Mirandanın səthinin altında maye halında okean ola biləcəyini göstərir. Peykin potensial olaraq həyat üçün uyğun olma ehtimalı var.
Johns Hopkins Tətbiqi Fizika Laboratoriyasından planetlər üzrə alim Tom Nordheim və onun tədqiqat qrupu bildirir ki, Miranda kimi kiçik bir obyektin daxilində okeanın olması çox təəccüblüdür. Bu vəziyyət, hətta planet sistemimizin uzaq yerlərində belə həyat üçün uyğun mühitlərin ola biləcəyini göstərir. 1986-cı ildə Voyager 2 kosmik aparatı tərəfindən çəkilən görüntülər, Mirandanın cənub yarımkürəsində olduqca qeyri-adi geoloji quruluşları aşkara çıxardı. Səthi dik yamaclarla əhatə olunmuş dərinliklər, dağ silsilələri və çatlarla dolu olan Miranda, bu kompleks quruluşu ilə bir növ "Frankenstein" əsəri kimidir. Çox sayda tədqiqatçı bu qəribə strukturların qabarma və çəkilmə qüvvələri və peykin daxilindəki istilənmənin nəticəsi olduğunu düşünür.
Araşdırma çərçivəsində tədqiqat qrupu Voyager 2-nin çəkdiyi görüntüləri analiz edərək peykin daxili quruluşunu göstərən bir model hazırlayıb. Səthdə müşahidə edilən çatlar, dağ silsilələri və digər unikal quruluşların modeldə sınaqdan keçirilməsi nəticəsində məlum olub ki, Mirandanın səthinin altında 100-500 milyon il əvvəl geniş bir okean mövcud olub. Araşdırmaya görə, bu okeanın təxminən 100 kilometr dərinliyə malik olduğu və 30 kilometrdən nazik olmayan bir buz təbəqəsi ilə örtüldüyü müəyyən edilib.
Mirandanın radiusunun cəmi 235 kilometr olduğunu nəzərə alsaq, okeanın vaxtı ilə peykin demək olar ki, yarısını doldurmuş olduğunu görə bilərik. Tədqiqatçılara görə, Mirandanın daxilindəki istiliyin əsas mənbəyi Uranın digər peykləri ilə olan qravitasiya təsirləridir. Bu cür qarşılıqlı təsirlər peykin strukturunu bir rezin top kimi formalaşdıraraq daxili istiliyini artırır. Yupiterin peykləri Io və Avropanın rezonansı kimi, Miranda və qonşu peykləri də bir zamanlar oxşar rezonansa malik olub. Bu rezonans peyklər arasında nizamlı qabarma və çəkilmə qüvvələrinin meydana gəlməsinə və nəticədə istiliyin yaranmasına səbəb olub.
Zamanla bu rezonans pozulub və Mirandanın daxili quruluşu soyumağa başlayıb. Ancaq tədqiqatçılar hələ də Mirandanın daxili quruluşunun tamamilə donmadığını düşünür. Onlar bildirirlər ki, əgər daxili okean tamamilə donmuş olsaydı, səthdə daha çox çat olardı. Bu da Mirandanın hələ də soyumaqda olduğunu və hazırda belə səthinin altında bir okean ola biləcəyini göstərir. Mirandanın okeana sahib ola biləcəyi gözlənilmirdi. Kiçik ölçüsü və köhnə yaşı ilə elm adamları onun donmuş bir buz topu olduğunu düşünürdülər. Onun əmələ gəlməsindən qalan istiliyin çoxdan dağıldığı fərz edilirdi. Lakin kosmos fərziyyələri alt-üst edən bir mühitdir.
Məsələn, Cassini kosmik aparatı 2004-cü ildə Enceladus-a çatmadan əvvəl bir çox elm adamı peykin donmuş bir buz və qayalıqdan ibarət olduğunu düşünürdü. Ancaq Saturnun peyki Enceladus, elmi təxminləri dəyişərək geoloji baxımdan aktiv bir peyk olduğunu sübut etdi. Enceladus-un səthindən püskürən su buxarı və buz hissəcikləri onu Günəş sistemindən kənarda həyat axtarışında ümidverici bir hədəfə çevirib. Hətta hazırda Enceladus, Yerdən kənarda həyat axtarışı üçün birinci dərəcəli hədəfdir.
Linki kopyala
space news
uranus
uran planet
uran planeti
miranda
uranus miranda
uran miranda
miradan ocean
cosmic news
voyager 2
Bənzər xəbərlər
Oxşar xəbərlər
NASA insanlı Ay missiyası üçün eniş zonalarını müəyyənləşdirib!
NASA insanlı Ay missiyası üçün eniş zonalarını müəyyənləşdirib!
NASA, 50 ildən artıq müddətdən sonra ilk ekipajlı Ay enişinə hazırlaşarkən, Artemis III (Artemida 3) vəzifəsi üçün Ayın cənub qütbü yaxınlığında 9 potensial eniş bölgəsini müəyyən edib.
Marsın bəzi bölgələri həyatı dəstəkləyəcək şəraitə sahib ola bilər!
Marsın bəzi bölgələri həyatı dəstəkləyəcək şəraitə sahib ola bilər!
Marsa dair yeni bir araşdırma, Marsın Günəş şüalarını daha az qəbul edən bölgələrində həyatın mümkün ola biləcəyini iddia edir.
Yerin maqnit sahəsinin səsi paylaşılıb: 40 min il əvvəlki manit dəyişikliyini artıq dinləmək mümkündür!
Yerin maqnit sahəsinin səsi paylaşılıb: 40 min il əvvəlki manit dəyişikliyini artıq dinləmək mümkündür!
Avropa Kosmik Agentliyi 40.000 il əvvəl baş vermiş maqnit dəyişimini səs vasitəsilə təcrübədən keçirməyimizi təmin edir və bu hadisənin təsirlərini araşdırır.
Kosmosda aşkar edilən “sual işarəsi”nin sirri ortaya çıxıb!
Kosmosda aşkar edilən “sual işarəsi”nin sirri ortaya çıxıb!
Uzun müddətdir həm elm dünyasında, həm də sosial mediada böyük marağa səbəb olan James Webb Kosmik Teleskopu (JWST) tərəfindən çəkilmiş "sual işarə"sinin sirri nəhayət ki, ortaya çıxıb.
Marsda həyat izlərinə dair yeni məlumatlar kəşf edilib!
Marsda həyat izlərinə dair yeni məlumatlar kəşf edilib!
Mars hazırda həyat üçün əlverişsiz bir yer olsa da, yeni araşdırmalar Qırmızı Planetin bu gün gördüyümüz səhralıq və cansız bir məkana necə çevrildiyini aydınlaşdırır.
Həftənin xəbərləri
WhatsApp-dan göndərilən toy dəvətnamələrinə diqqət edin: Telefonunuz ələ keçirilə bilər!
Alimlər ilk dəfə olaraq, kvant tunelləmə vasitəsilə atom ötürülməsini həyata keçirə biliblər!