NASA insanlı Ay missiyası üçün eniş zonalarını müəyyənləşdirib!
Elm & Texnologiya
30.10.2024
Farid Pardashunas
NASA, 50 ildən artıq müddətdən sonra ilk ekipajlı Ay enişinə hazırlaşarkən, Artemis III (Artemida 3) vəzifəsi üçün Ayın cənub qütbü yaxınlığında 9 potensial eniş bölgəsini müəyyən edib.
NASA, yarım əsrdən artıq bir fasilədən sonra insanları Ay səfərinə göndərməyə hazırlaşır və Artemis III vəzifəsi üçün Ayın cənub qütbü yaxınlığında 9 mümkün eniş bölgəsini seçib. Bu bölgələr elmi və mühəndislik araşdırmaları ilə daha yaxından incələnəcək. NASA, Artemis 3-dən sonra da digər vəzifələr üçün eniş zonalarını qiymətləndirməyə davam edəcəyini bildirib.
NASA rəhbəri Lakiesha Hawkins, "Artemis insanlığı yenidən Aya aparacaq və kəşf edilməmiş bölgələri ziyarət edəcək. NASA-nın bu bölgələri seçməsi, ekipajın yeni elmi kəşfləri ortaya çıxarmalarına və Ay səthində yaşamağı öyrənmələrinə kömək etmək üçün cənub qütbü yaxınlığında təhlükəsiz eniş etmə mövzusunda qətiyyətimizi göstərir" deyib. Bu məqsədlə NASA, elmi və sənaye tərəfdaşları ilə sıx əməkdaşlıq edərək, elmi dəyər və vəzifə uyğunluğu baxımından qiymətləndirilmiş potensial eniş bölgələrini müəyyən edib.
Artemis III üçün seçilmiş mümkün eniş bölgələri bunlardır:
- Cabeus B yaxınlığındakı bir zirvə
- Haworth
- Malapert Massivi
- Mons Mouton Yaylası
- Mons Mouton
- Nobile Rim 1
- Nobile Rim 2
- de Gerlache Rim 2
- Slater Düzənliyi
Bu bölgələr, geoloji baxımdan müxtəliflik göstərir və vəzifələrin çevik şəkildə planlaşdırılmasına imkan verir. Ayın cənub qütbü daimi kölgəli sahələrə malikdir və su kimi resursları saxlamaq potensialına sahibdir. Onu da qeyd edək ki, bu sahələrə daha əvvəl insanlı bir missiya ilə gedilməyib. NASA-nın Artemis Ay elmi rəhbəri Sarah Noble, "Ayın cənub qütbü, Apollo missiyalarında səfər etdiyimiz yerlərdən tamamilə fərqli bir mühitə malikdir. Ayın ən qədim bölgələrinə, kölgəli sahələrinə və su kimi maddələrə giriş imkanı yaradır. Bu bölgələrdən hər hansı biri bizə möhtəşəm elmi araşdırmalar aparmaq və yeni kəşflər etmək imkanı verə bilər" deyib.
Eniş bölgələrinin müəyyən edilməsində NASA-nın Lunar Reconnaissance Orbiter məlumatları və geniş Ay araşdırmalarından istifadə edilib. Elmi potensial, buraxılış pəncərəsi uyğunluğu, ərazi əlverişliliyi, Yer ilə rabitə imkanı və işıqlanma şəraiti kimi bir çox faktor nəzərə alınıb. Bundan əlavə, NASA-nın SLS (Space Launch System) raketi, Orion kosmik gəmisi və SpaceX-in Starship HLS-nin (Human Landing System) təhlükəsiz eniş təmin edə bilməsi üçün lazım olan orbit xüsusiyyətləri də diqqətə alınıb.
NASA, insanlı Artemis 2 missiyasını ən erkən 2025-ci ilin sentyabrında həyata keçirməyi planlaşdırır. Bu missiyada 4 nəfərlik ekipaj iştirak edəcək. SLS raketi ilə buraxılacaq astronavtlar Orion kosmik gəmisi ilə Ayın ətrafında bir dövrə vuracaqlar. Bu missiya əsasən bir sınaq olacaq. 2026-cı ilin sentyabr ayı üçün planlaşdırılan Artemis 3 missiyasında isə 2 astronavt Ay orbitində qalacaq, 2 astronavt isə səthə eniş edəcək. Bu missiya 30 gün davam edəcək, Ay səthində keçiriləcək müddət isə təxminən 1 həftə olacaq.
Linki kopyala
moon
ay
nasa artemis 2
nasa artemis 2 mission
nasa artemis 2 moon mission
space news
ay planeti
nasa artemida 3
nasa artemis 3
nasa artemis 3 mission
nasa artemis 3 moon mission
nokia artemis 3
nasa
cosmic news
nasa artemis
Bənzər xəbərlər
Oxşar xəbərlər
Marsın bəzi bölgələri həyatı dəstəkləyəcək şəraitə sahib ola bilər!
Marsın bəzi bölgələri həyatı dəstəkləyəcək şəraitə sahib ola bilər!
Marsa dair yeni bir araşdırma, Marsın Günəş şüalarını daha az qəbul edən bölgələrində həyatın mümkün ola biləcəyini iddia edir.
Yerin maqnit sahəsinin səsi paylaşılıb: 40 min il əvvəlki manit dəyişikliyini artıq dinləmək mümkündür!
Yerin maqnit sahəsinin səsi paylaşılıb: 40 min il əvvəlki manit dəyişikliyini artıq dinləmək mümkündür!
Avropa Kosmik Agentliyi 40.000 il əvvəl baş vermiş maqnit dəyişimini səs vasitəsilə təcrübədən keçirməyimizi təmin edir və bu hadisənin təsirlərini araşdırır.
Yupiterin peyki Avropanın incələnməsi üçün olan Europa Clipper aparatı kosmosa göndərilib (VİDEO)
Yupiterin peyki Avropanın incələnməsi üçün olan Europa Clipper aparatı kosmosa göndərilib (VİDEO)
SpaceX-in Falcon Heavy raketi NASA-nın Europa Clipper adlı kosmik aparatını kosmosa yola salıb. Qeyd etmək lazımdır ki, bu kosmik aparat Yupiterin Avropa adlı peykinin səthinin və səthaltı okeanının incələnməsi üçün nəzərdə tutulub.
Yupiterin peyki Avropanın səthaltı okeanının müşahidəsi missiyasına yaxın zamanda start veriləcək
Yupiterin peyki Avropanın səthaltı okeanının müşahidəsi missiyasına yaxın zamanda start veriləcək
NASA yaxın həftələr ərzində Yupiterin peyklərindən biri olan Avropanın müşahidəsi üçün nəzərdə tutulmuş Europa Clipper adlı missiyaya start verəcək.
Kosmosda aşkar edilən “sual işarəsi”nin sirri ortaya çıxıb!
Kosmosda aşkar edilən “sual işarəsi”nin sirri ortaya çıxıb!
Uzun müddətdir həm elm dünyasında, həm də sosial mediada böyük marağa səbəb olan James Webb Kosmik Teleskopu (JWST) tərəfindən çəkilmiş "sual işarə"sinin sirri nəhayət ki, ortaya çıxıb.
Həftənin xəbərləri
WhatsApp-dan göndərilən toy dəvətnamələrinə diqqət edin: Telefonunuz ələ keçirilə bilər!
Red Magic 10 Pro və Red Magic 10 Pro+ təqdim edilib - QİYMƏTİ