main-post-cover

    Atomların ikiyə bölünməsi prosesini analiz edən simulyasiya hazırlanıb!

    Elm & Texnologiya
    04.11.2024
    Farid Pardashunas

         Amerikalı nəzəri fiziklər atomların ikiyə bölünmə prosesini mikroskopik səviyyədə təhlil edən bir simulyasiya hazırlayıblar.

         Los Alamos Milli Laboratoriyası Washington Universitetindən (UW) nəzəri fiziklərin birgə işi olan bu tədqiqat, 2024-cü ildə tamamlanıb. Simulyasiya, bir atomun ikiyə bölünmə prosesinin 4 mərhələsini ətraflı izah edir. İlk mərhələdə yavaş hərəkət edən bir neytron nüvəyə daxil olanda atomun forması "əyri bir nöqtə" əmələ gətirəcək şəkildə dəyişir. Sonra "əyridən qopma" mərhələsində nüvə parçalanmağa başlayır. Proses təxminən 5×10-21 saniyə davam edir və nüvə "boyun yırtılması" olaraq bilinən mərhələyə keçir. Son olaraq bu əməliyyat 10-18 saniyə ərzində baş verir və parçalanma nəticəsində neytron və qamma şüaları yayılaraq parçalar sürətlə uzaqlaşır.
         Simulyasiya, atomaltı hissəciklərin necə davrandığını və qarşılıqlı təsirlərini daha yaxşı anlamağımıza kömək edir. Nəzəri fizik Aurel Bulgac-ın rəhbərlik etdiyi qrup, bu sahədə yüksək dəqiqliklə edilən proqnozları eksperimental məlumatlarla təsdiq edərək əvvəllər təxmin edilməyən nəticələrə çatıb. Xüsusilə yüksək enerjili neytronların yayılmasını əhatə edən nəticələr nüvə parçalanmasının mürəkkəb təbiətini aydınlaşdırır.
     
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    Alimlər süni intellektdən istifadə edərək qoxuları "teleportasiya" etməyi bacarıblar!
    alimler-suni-intellektden-istifade-ederek-qoxulari-teleportasiya-etmeyi-bacariblar
    Kosmosda mövcudluğu qeyri-mümkün olan 1.3 milyard işıq ili ölçülü struktur kəşf edilib
    kosmosda-movcudlugu-qeyri-mumkun-olan-13-milyard-isiq-ili-olculu-struktur-kesf-edilib
    Həyatın kosmosdan gəldiyinə dair daha bir sübut aşkar edilib
    heyatin-kosmosdan-geldiyine-dair-daha-bir-subut-askar-edilib
    Nüvə birləşməsində "gyrotron" ilə tarixi dünya rekordu!
    nuve-birlesmesinde-gyrotron-ile-tarixi-dunya-rekordu
    Dünyanın ən kiçik bio-batareyası istehsal edilib!
    dunyanin-en-kicik-bio-batareyasi-istehsal-edilib