BMW-də çalışan insanabənzər robot Figure-un videosu yayımlanıb!
Elm & Texnologiya
03.07.2024
Farid Pardashunas
Bu yaxınlarda Figure AI-nin insanabənzər robotu Figure 01, avtomobil nəhəngi BMW-də işləməyə başlamışdı. Şirkət, indi robotun nə etdiyinə dair qısa bir video paylaşaraq robotun gələcəyinin qısa xülasəsini göstərib.
Süni intellekt sahəsindəki inkişaflarla son illərdə insanabənzər robotlar sahəsində də sürətli irəliləyişlərin olduğunu görürük. Onlarla şirkət bu sahədə, rəqabət aparır və bunlar arasındakı ən qabaqcıl şirkətlərdən biri də Figure AI tərəfindən hazırlanmış Figure 01 robotudur. Bu robotların sürətlə irəliləməyinə baxmayaraq, onları öyrədən və idarə edən süni intellekt modelləri, hələ də inkişaf etdirilməyə davam edir.
Digər robotlarla müqayisədə Figure, proqram baxımından nisbətən böyük bir üstünlüyə malikdir. Çünki şirkət bu gün süni intellektin lideri olan OpenAI ilə əməkdaşlıq qurub. Bu, şirkətin tərəqqisini və robotunun inkişafını daha da sürətləndirir. BMW zavodundakı videoya qayıtsaq, şirkət videodakı hər şeyin tamamilə avtonom şəkildə idarə edildiyini söyləyir. Video, daha əvvəlki videolar qədər təəccüblü deyil, amma bəlkə də işin qorxuducu tərəfi də budur. Figure 01, hazırda rezin uclu barmaqları ilə böyük, mürəkkəb formaları tutmağı bacarır. Böyük hissələri 1 sm dəqiqliklə platformalara yerləşdirə bilən robot, digər kiçik hissələri də eyni dəqiqliklə yığa bilir. Figure 01, yerləşdirilmiş hissələrin düzgün oturub-oturmadığını müəyyən edə və həmçinin əlinin arxası ilə düzəlişlər də edə bilər.
Şirkət, digər videolarında sadə bir səhnədə robotun əşyaları tutub buraxdığını göstərmişdi. Bundan əlavə, OpenAI-nin səs mühərriki və dil modeli də proseslər arasında söhbət etməyi göstərirdi. Beləliklə, yeni videonun inqilabi deyil, daha çox təkamül xarakteri daşıdığını söyləyə bilərik. Bütün bu yavaş robot videolarına aldanmayın. Çünki hazırda şirkətlər bu robotları az sayda BMW kimi istehsal müəssisələrində sınaqdan keçirir, lakin əsas məqsəd isə onları bu sahədə öyrətməkdir. Bütün bu videolar əslində təlimin bir hissəsidir. Deməli, gələcəkdə, yəni qısa bir müddət sonra robotun hərəkət sürətinin daha da artacağını görə bilərik. OpenAI və Figure tərəfdaşlığı, mütləq bu prosesi daha da sürətləndirəcək. Cəmi 1 il əvvəl insanabənzər robotlar bir işi görərkən danışa və ya nə etdiklərini izah edə bilmirdilər. Təxminən 4 ay əvvəl Figure 01, insan kimi danışmağa başladı. İnsanabənzər robotlara maraq göstərən təkcə BMW deyil. Başqa bir insanabənzər robot təşəbbüsü, Apptronik-in robotu Apollo, ötən aylarda Mercedes-də işləməyə başladı.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
ChatGPT, dezinformasiya verərək ABŞ prezident seçkilərini bir-birinə qarışdırıb!
ChatGPT, dezinformasiya verərək ABŞ prezident seçkilərini bir-birinə qarışdırıb!
Bu yaxınlarda süni intellekt dünyasının önəmli adlarından biri olan ChatGPT, ABŞ prezidentlik debatlarında 1-2 dəqiqə gecikmə olduğunu bildirərək səs-küyə səbəb olub.
Dünyada ilk dəfə insan beyni ilə çalışan robot hazırlanıb!
Dünyada ilk dəfə insan beyni ilə çalışan robot hazırlanıb!
Çinli alimlər, diqqətəlayiq bir addım ataraq dünyada ilk dəfə insan beynilə idarə olunan robot hazırlamağa nail olublar.
OpenAI şirkəti CriticGPT adlı yeni süni zəka modelini təqdim edib
OpenAI şirkəti CriticGPT adlı yeni süni zəka modelini təqdim edib
OpenAI şirkəti CriticGPT adlı yeni süni zəka modelini təqdim edib. Bu, ChatGPT tərəfindən tərtib edilən proqram təminatı kodlarında səhvlərin aşkar edilməsi üçün nəzərdə tutulmuş süni zəka modelidir.
Tamamilə süni intellektlə hazırlanmış ilk qısametrajlı film təqdim edilib!
Tamamilə süni intellektlə hazırlanmış ilk qısametrajlı film təqdim edilib!
OpenAI tərəfindən hazırlanan və süni intellektlə videolar yarada bilən Sora tərəfindən yaradılan ilk qısametrajlı film, işıq üzü görüb.
GPT-5, fəlsəfə doktoru səviyyəsində zəkaya sahib olacaq!
GPT-5, fəlsəfə doktoru səviyyəsində zəkaya sahib olacaq!
OpenAI, ChatGPT-nin növbəti əsas təkamülü olan GPT-5 üzərində işləyir və bu yeni modelin intellekti, PhD (fəlsəfə doktoru) səviyyəsinə çatacaq. OpenAI-nin Baş Texnologiya Direktoru Mira Murati, Dartmouth Engineering-ə verdiyi müsahibədə GPT-5-in imkanları haqqında mühüm açıqlamalar verib.
Həftənin xəbərləri
GTA 6-nın yeni görüntüləri internetə sızdırılıb!
WhatsApp-dan göndərilən toy dəvətnamələrinə diqqət edin: Telefonunuz ələ keçirilə bilər!