
Çin istehsalı robot uzaq məsafədən distant idarə ilə steyk bişirə bilib
Elm & Texnologiya
08.07.2025
Emil Nəcəfov
Tesla şirkəti insanabənzər Optimus robotlarını sadə, insan baxımından asan manipulyasiyalara öyrətməkdə ilk uğurlarını nümayiş etdirərkən, diqqətli və skeptik müşahidəçilər videolarda robotun yaxınlığında işləyən operatoru fərq edirdilər. Çinin Dobot şirkəti isə bu məsafəni 1800 kilometrə qədər artırmağı bacarıb. Xatırladaq ki, 2015-ci ildə təsis edilmiş Dobot Robotics şirkətinin insanabənzər Atom robotları yaxın vaxtlarda satışa çıxarılıb və hər biri 27 500$-a təklif olunur.

Şirkət daha əvvəl bu robotların sadə səhər yeməyi hazırlayıb süfrəyə təqdim etdiklərini nümayiş etdirmişdi. Yeni təcrübənin məqsədi isə uzaq məsafədən idarəetmə şəraitində robotun incə motor bacarıqlarını sınaqdan keçirmək olub. Əslində, virtual reallıq cihazı vasitəsilə robota nəzarət edən operatorla robotun özü bir-birindən 1800 kilometr məsafədə, Çinin müxtəlif bölgələrində yerləşirdi. Yeni təcrübə zamanı uzaqdan idarə olunan robot steyki hazırlamağı bacarıb.
O, əvvəlcə ət parçasını yağla ədviyyatladıqdan sonra qrildə bişirib, sonra isə kağız dəsmalla qurulayıb. Daha sonra barmaqları ilə duzdan bir çimdik götürərək onu səpib. İstehsalçının sözlərinə görə, Dobot Atom robotu hərəkətlərdə 0.05 mm dəqiqlik təmin edir, lakin bu yalnız onun yuxarı hissəsi üçün keçərlidir. Əlbəttə, belə bir təcrübənin vizual təsiri bu robotların tətbiq imkanlarını tam əks etdirmir, lakin onların istifadə sahələri çox geniş ola bilər - montaj əməliyyatlarından tutmuş mürəkkəb avadanlıqların təmirinə və hətta tibbi müdaxilələrə qədər. Uzaqdan idarə edən operator böyük məsafədən dəqiq manipulyasiyalar həyata keçirmək imkanına sahib olacaq.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Dyson gələcəyin çiyələk fermasını inşa edib (VİDEO)

Dyson gələcəyin çiyələk fermasını inşa edib (VİDEO)
Dyson şirkəti İngiltərənin Linkolnşir bölgəsində 10 hektarlıq sahədə yerləşən şaquli ferma inşa edib. Bu fermada 1 225 000 ədəd çiyələk kolu yetişdirilir.
14 il ərzində deaktiv olmuş portmanatlardan 10 000 bitcoin göndərilib

14 il ərzində deaktiv olmuş portmanatlardan 10 000 bitcoin göndərilib
Bir neçə bitcoin portmanatı, 14 ildən artıq müddət ərzində fəaliyyətsiz qaldıqdan sonra bir neçə müddət əvvəl qəfil aktivləşib. Blokçeyn üzrə açıq məlumatlara görə, bu portmanatların hər birində 10 000 BTC saxlanılırdı və köçürülən vəsaitlərin ümumi dəyəri 2 milyard dolları keçib.
Boeing ABŞ-ın nüvə silahının idarəsi üçün xüsusi peyklər hazırlayacaq

Boeing ABŞ-ın nüvə silahının idarəsi üçün xüsusi peyklər hazırlayacaq
ABŞ Kosmik Qüvvələri nüvə komandanlığı üçün peyklərin hazırlanması məqsədilə Boeing şirkəti ilə müqavilə imzalayıb. Layihənin dəyəri 2.8 milyard dollar olaraq qiymətləndirilir və layihənin 2033-cü ilə qədər tamamlanması planlaşdırılır.
Tesla Optimus müəyyən problemlər səbəbilə hələ kütləvi istehsala hazır deyil

Tesla Optimus müəyyən problemlər səbəbilə hələ kütləvi istehsala hazır deyil
Elon Musk Tesla şirkətini insanabənzər robotların iri istehsalçısına çevirmək planından imtina etmir və cari ilin sonuna qədər 5000 ədəd Optimus robotu istehsal etməyi vəd edir.
Apple AWB və Azure alternativini yaratmağı nəzərdən keçiribmiş

Apple AWB və Azure alternativini yaratmağı nəzərdən keçiribmiş
Apple, bulud texnologiyaları bazarının ən böyük iştirakçılarına rəqabət yaratmaq və özünə yeni gəlir mənbəyi təmin etmək məqsədilə tərtibatçılar üçün öz bulud xidmətlərini işə salmaq imkanını araşdırıb.
Həftənin xəbərləri

