Çində elektriklə çalışan insana bənzər robot təqdim edilib
Elm & Texnologiya
01.05.2024
Farid Pardashunas
Pekində insana bənzər Tiangong adlı unikal robot təqdim olunub. Bu robot saatda 6 km sürətlə qaça bilən və tamamilə elektrik enerjisi ilə çalışan ilk robotdur. Tiangong adlı bu robot robototexnika sahəsində fəaliyyət göstərən Pekin İnnovasiyalar Mərkəzi tərəfindən hazırlanıb. Robotun boyu 163 sm, çəkisi isə 43 kq təşkil edir. Öz sadə dizaynı hesabına robot stabil şəkildə qaça bilir. Robot ətraf mühitin vizual təsvirinin formalaşdırılması üçün nəzərdə tutulmuş sensorlara və onun ətraf mühitdə daha effektiv istiqamətlənməsinə hədəflənmiş 3D video sensorlara sahibdir.
Tiangong insana bənzər robotların hərəkətlərinin öyrənilməsi mövzusunda yeni üsuldan istifadə edir. Bu üsul “State Memory-based Predictive Reinforcement Imitation Learning” adlanır. Bu üsul robotun təbii qaçış imkanında əsas rol oynayıb. Mühəndislər bildiriblər robot açıq mənbə koduna sahibdir. Bu isə öz növbəsində onun müxtəlif sahələrdə tətbiqi potensialını artırır. Tiangong pilləkənlər və düz olmayan səthlərdə naviqasiyanın öhdəsindən gələrək dəyişən şərtlərə adaptasiya bacarığını sərgiləyib. Robotun qaçma özəlliyinə sahib olması onun müxtəlif sahələrdə tətbiqi üçün qapıları taybatay açır. Buna misal olaraq axtarış-xilasetmə əməliyyatlarını və ya istehsalat sənayesini gətirmək olar.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Dünyanın ən böyük 3D printeri evi 80 saata inşa edir
Dünyanın ən böyük 3D printeri evi 80 saata inşa edir
Men Universitetinin (Men ştatı) əməkdaşları dünyanın polimer əsaslı ən böyük 3D printerini hazırlayıblar.
Yeni elektromobil batareyası 1000 km yol qətt etmə imkanını verəcək
Yeni elektromobil batareyası 1000 km yol qətt etmə imkanını verəcək
Pekində keçirilən avtomobil sərgisi çərçivəsində Çinin CATL şirkəti dünyanın Shenxing Plus adlı ilk litium-dəmir-fosfat elektromobil batareyasını təqdim edib.
Kosmik Günəş elektrostansiyasının işlək prototipi hazırlanıb
Kosmik Günəş elektrostansiyasının işlək prototipi hazırlanıb
Space Solar şirkəti kosmosda yerləşdirilməsi planlaşdırılan CASSIOPeiA adlı Günəş elektrostansiyası vasitəsilə 2030-cu ilə qədər milyonlarla evi elektrik enerjisi ilə təmin etməyi hədəfləyib.
Deep South adlı superkompüter insan beynini 2000 dəfə üstələyir
Deep South adlı superkompüter insan beynini 2000 dəfə üstələyir
İnsan beyni yüksək hesablama gücünə sahibdir. Alimlər güman edirlər ki, insan beyni saniyədə 100 milyard əməliyyatın yerinə yetirilməsi sürətinə sahibdir.
Dünyanın ən güclü MRT aparatı ilk beyin fotolarını çəkib (VİDEO)
Dünyanın ən güclü MRT aparatı ilk beyin fotolarını çəkib (VİDEO)
Fransanın Alternativ Energetika və Atom Enerjisi Komissiyası (CEA) Iseult adlı yeni MRT (Maqnit Rezonans Tomoqrafiyası) aparatını təqdim edib.
Həftənin xəbərləri
GTA 6-nın yeni görüntüləri internetə sızdırılıb!
WhatsApp-dan göndərilən toy dəvətnamələrinə diqqət edin: Telefonunuz ələ keçirilə bilər!