
Çinlilər beyin nəzarətçisi vasitəsilə arını kiborqa çevirə biliblər
Elm & Texnologiya
11.07.2025
Emil Nəcəfov
Çinli alimlər dünyanın ən yüngül beyin nəzarətçisini yaratdıqlarını və bu cihaz vasitəsilə adi bal arısını kiborqa çevirdiklərini bildiriblər. İnfraqırmızı uzaqdan idarəetmə pultu ilə verilən əmrlərə əsasən, arı dönmə manevrləri edərək müəyyən olunmuş istiqamətə doğru uçub. Bu texnologiya taktiki kəşfiyyat üsullarını dəyişdirə və fəlakət zonalarının araşdırılmasında köməkçi vasitəyə çevrilə bilər. Bundan əvvəl alimlər dəfələrlə tarakanları kiborqa çevirmişdilər, çünki bu həşəratlar böyük ölçülərə çatır və üzərlərində kifayət qədər ağır nəzarət cihazlarını daşımaq imkanına malikdirlər. Lakin uçan həşəratlar tamam fərqlidir: onlar böyük çəkili cihazları daşıya bilmirlər və hər milliqram əlavə yük əhəmiyyət kəsb edir. Bal arıları bu kateqoriyada xüsusi yer tuturlar.

Onlar çiçək tozu və nektar daşıya bilirlər ki, bu da bəzən bədən çəkilərinin 80%-nə çata bilər. Bundan əlavə, arılar təbii olaraq çox dözümlüdürlər, bu isə onlara yorulmadan kilometrlərlə məsafə qət etməyə imkan verir. Pekin Texnologiya İnstitutunun tədqiqatçıları həmkarlarını geridə qoyaraq, kütləsi cəmi 74 milliqram olan bir beyin nəzarətçisi hazırlayıblar. Bu, arının tozcuq və nektarla tam yüklü olduğu vəziyyətdən xeyli yüngüldür. Yeni nəzarətçi elmi ictimaiyyətə məlum olan əvvəlki analoqlardan təxminən 3 dəfə daha yüngüldür. Onun sxemi nazik plyonka üzərində çap olunub və buradan arının beyninə üç nazik metal tel uzanır. Alimlər bu nəzarətçini uğurla tarakanlar üzərində də sınaqdan keçiriblər. Təcrübələr zamanı arıya dairəvi şəkildə uçmaq və müəyyən istiqamətlərdə dönmək əmri verilib.

10 halların 9-da arı göndərilən əmri dəqiq yerinə yetirib. Eyni nəzarətçi tarakanlara da düz xətt üzrə hərəkət etməyi əmr edib, lakin onlar təxminən 10 əmrdən sonra reaksiya verməyi dayandırıblar. Arılar isə daha uzun müddət idarə oluna bilib. Buna baxmayaraq, təqdim olunan texnologiya hələ mükəmməllikdən uzaqdır. O, yalnız bir neçə əmr ilə məhduddur - məsələn, “dayan” və “geri”. Bundan əlavə, hazırlanmış nəzarətçi naqilli enerji təchizatı tələb edir. Batareyanın kütləsini cəmi 600 milliqrama qədər azaltmaq mümkün olub, lakin bu, hələ də arı üçün çox ağırdır. Həmçinin alimlər yalnız qanadlara təsir göstərə biliblər - arının bədəni və ayaqları isə idarəyə tabe olmayıb. Bir sözlə, hərbçilər və xilasedicilər ideal taktiki kəşfiyyatçı rolunda kiborq-arı əldə etməzdən əvvəl alimləri hələ çox iş gözləyir.
Mənbə: South China Morning Post
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Robot öd kisəsi əməliyyatını uğurla həyata keçirib

Robot öd kisəsi əməliyyatını uğurla həyata keçirib
Con Hopkins Universitetinin alimləri tərəfindən yaradılmış robot-cərrah ilk dəfə olaraq insan bədəninə maksimal dərəcədə bənzər bir model üzərində öd kisəsinin çıxarılması üzrə mürəkkəb əməliyyatı müstəqil şəkildə həyata keçirib.
Apple öz cihazları üçün 7 yeni çip üzərində çalışır

Apple öz cihazları üçün 7 yeni çip üzərində çalışır
Apple öz cihazlarının aparat platformasında genişmiqyaslı yenilənməsi üzərində çalışır. iOS 18-in erkən versiyasının kodunda smartfonlar, noutbuklar, saatlar və rabitə modulları üçün nəzərdə tutulmuş 7 yeni Apple çipinin adı aşkar edilib.
Türkiyə raketləri sıradan çıxaran silahını uğurla test edib (VİDEO)

Türkiyə raketləri sıradan çıxaran silahını uğurla test edib (VİDEO)
Türkiyənin müdafiə şirkəti Aselsan, infraqırmızı nişanlama sisteminə malik raketlərə qarşı hazırlanmış Yıldırım-100 silah sisteminin sınaqlarını həyata keçirib. İstehsalçının məlumatına görə, hədəflər uğurla məhv edilib.
Tesla Optimus robotunun funksionallığını azaltmalı və ya istehsalını təxirə salmalı olacaq

Tesla Optimus robotunun funksionallığını azaltmalı və ya istehsalını təxirə salmalı olacaq
TrendForce mütəxəssisləri daha əvvəl yayımlanmış məlumatı təsdiqləyiblər: Tesla-nın insanabənzər Optimus robotlarının kütləvi istehsalına hazırlıqda problemlərlə üzləşdiyi doğrudur.
Huawei 3000 km yürüş məsafəli yeni batareya hazırlayıb

Huawei 3000 km yürüş məsafəli yeni batareya hazırlayıb
Huawei sulfid əsaslı bərk batareya üçün patent alıb. Bu batareya 400-500 vatt·saat/kq enerji sıxlığına malikdir ki, bu da müasir elektromobil batareyaları ilə müqayisədə 2-3 dəfə yüksək göstəricidir.
Həftənin xəbərləri

