
Ən böyük qalaktika topalarından birinin fotosu təqdim edilib
Elm & Texnologiya
07.08.2025
Emil Nəcəfov
Teleskoplar nə qədər dəqiq olarsa, kainatın quruluşunda bizim rolumuzun nə qədər kiçik və əhəmiyyətsiz olduğunu bir o qədər dərin hiss etdirərlər. Bu reallığı xatırladan növbəti hadisə Abel 3667 qalaktika topasının görüntüləri oldu - bu, 700 milyon işıq ili daxilindəki ən böyük qalaktika topalarından biridir. İlk baxışda bu şəkil sadəcə nöqtələr toplusu kimi görünür. Lakin onların demək olar ki, hər biri bütöv bir qalaktikadır. Braun Universitetinin astronomları ilk dəfə olaraq optik diapazonda 2 qalaktika arasında parlayan bir körpünü xatırladan strukturu müşahidə ediblər. Bu quruluş çox çətin sezilsə də, topanın keçmişi barədə mühüm məlumat daşıyır. Görüntülər göstərib ki, Abel 3667-nin mərkəzində 2 ən parlaq qalaktikanın birləşməsi baş verir.

Cazibə qüvvəsinin yaxınlaşması anında qalaktikalardan ayrı-ayrı ulduzlar çıxaraq saçılmış bir parlaqlıq yaradır. Müəlliflər qeyd edirlər ki, söhbət, son dərəcə nadir bir hadisədən gedir. Bu cür uzunluqda bir struktur daha əvvəl yaxın qalaktika topalarında müşahidə olunmayıb. Onun aşkar edilməsi faktı belə gözlənilməz olub. İndiyə qədər birləşmə əlamətləri yalnız radio diapazonunda və rentgen şüalarında qeydə alınırdı. İndi isə astronomların birbaşa vizual təsdiqi var. Əlavə detalları görmək isə qeyri-adi uzun ekspozisiya sayəsində mümkün olub. Onilliklər ərzində toplanmış çoxsaylı görüntülər birləşdirilərək vahid, dərin bir kadr yaradılıb. Nəticədə, hətta qalaktikalararası tozun incə lifləri də görünür.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Həyat üçün potensial olan Kepler-725c adlı yeni planet kəşf edilib

Həyat üçün potensial olan Kepler-725c adlı yeni planet kəşf edilib
Astronomlar Günəş sistemindən kənarda planetlərin aşkarlanması üçün yeni bir metoddan istifadə edərək Super Yer sinfinə aid yeni bir planet kəşf ediblər.
Voyager-1 aparatı 300 ildən sonra fərziyyəvi kosmik bölgəyə çatacaq

Voyager-1 aparatı 300 ildən sonra fərziyyəvi kosmik bölgəyə çatacaq
Kosmik aparat Voyager-1 300 ildən sonra hələ sübut olunmamış, lakin alimlərin mövcud olduğuna əmin olduqları fərziyyəvi bir kosmik bölgəyə çatacaq. Voyager-1 1977-ci ildə buraxılıb və hal-hazırda Yerdən təxminən 167 astronomik vahid (a.v.) məsafədə yerləşir.
Alimlər kainatın ilk kimyəvi reaksiyasını yenidən yaradıblar

Alimlər kainatın ilk kimyəvi reaksiyasını yenidən yaradıblar
Araşdırma göstərir ki, helium hidridi ilə neytral hidrogen və deyterium arasındakı reaksiyalar erkən kainat kimyasında əvvəl düşünüldüyündən daha mühüm rol oynayıb. Alimlər kainatın ən ilkin anlarında baş vermiş əsas kimyəvi reaksiyaları yenidən yaratmağa müvəffəq olublar.
Nəyə görə biz heç zaman teleskoplar vasitəsilə Böyük partlayışı müşahidə edə bilməyəcəyik?

Nəyə görə biz heç zaman teleskoplar vasitəsilə Böyük partlayışı müşahidə edə bilməyəcəyik?
Kosmosu müşahidə həmişə keçmişə bir baxış deməkdir. Lakin bu baxışın keçə bilmədiyi təbii bir sərhəd var. İşıq həmişə eyni sürətlə (saniyədə 300 000 km) hərəkət edir, buna görə də biz nəyə baxırıqsa, əslində onu keçmişdə olduğu kimi görürük.
Dünya əhalisinin sayı gözləniləndən daha tez pik həddə çata bilər

Dünya əhalisinin sayı gözləniləndən daha tez pik həddə çata bilər
BMT-nin proqnozlarına görə, Yer kürəsinin əhalisi 21-ci əsrin sonuna qədər 10.4 milyard nəfərlə zirvəyə çatacaq. Lakin Gates Fondu tərəfindən maliyyələşdirilən yeni bir tədqiqat artımın daha erkən yavaşlayacağını və 2100-cü ilə qədər maksimum 8.8 milyard nəfərə çatacağını göstərir.
Həftənin xəbərləri

