
Ən güclü rentgen şüalanması ifraz edən qara dəlik kəşf edilib
Elm & Texnologiya
11.04.2025
Emil Nəcəfov
Əvvəllər qeyri-aktiv olmuş və təxminən 300 milyon işıq ili uzaqlıqda yerləşən SDSS1335+0728 qalaktikasının mərkəzindəki superkütləli qara dəlik hal-hazırda ən güclü rentgen şüalanması partlayışlarını yaradır. Astronomlar daha əvvəl heç vaxt superkütləli qara dəliklərdə belə bir hadisə müşahidə etməyiblər. Məlumdur ki, qara dəliklər maddəni udan obyektlərdir, lakin əslində, superkütləli qara dəliklər çox vaxt uzun müddət ərzində sakit vəziyyətdə olurlar - yəni bu, qara dəliyin qeyri-aktiv olduğu və maddə udmadığı dövrlərdir. SDSS1335+0728 qalaktikasının mərkəzindəki qara dəlik də uzun müddət bu vəziyyətdə olub. Lakin indi astronomlar bu qara dəliyin “oyanmasının” və aktivləşərək qalaktikanın fəal nüvəsinə çevrilməsinin şahidi olurlar.

Araşdırma göstərib ki, Ansky adlandırılan qara dəlik təkcə aktiv şəkildə maddə udmur, həm də kvaziperiodik püskürmələr kimi tanınan qısa müddətli rentgen şüalanması partlayışları yaradır. Qara dəliklərin özləri şüalanma yaratmır - bu şüalanma onların ətrafında fırlanan maddədən gəlir. Bu maddə superkütləli qara dəliyin güclü cazibə qüvvəsi ilə cəzb olunur və onun ətrafında akkresion disk formalaşdırır. Bu disk o qədər qızışa bilər ki, çox güclü şüalanma yayır və bu şüa bəzən qalaktikadakı bütün ulduzların işığını belə kölgədə qoya bilər. Astronomlar ilk dəfə qeyri-aktiv vəziyyətdə olan Ansky qara dəliyinin 2019-cu ilin sonunda aktiv fazaya keçdiyini müşahidə ediblər.
Həmin vaxt qalaktikanın mərkəzi hissəsinin parlaqlığı qəfil şəkildə kəskin artmışdı. Ötən ilin əvvəlində isə astronomlar müəyyən etdilər ki, bu qara dəlik kifayət qədər müntəzəm rentgen şüalanması partlayışları yaradır. Astronomlar bildirirlər ki, onlar kvaziperiodik püskürməni real vaxt rejimində müşahidə ediblər. Və bu, ilk dəfədir ki, belə bir hadisə superkütləli qara dəliyin “oyanması” zamanı müşahidə olunur. Alimlərin sözlərinə görə, bu rentgen şüalanması partlayışları daha əvvəl məlum olan kvaziperiodik püskürmələrdən 10 dəfə daha parlaqdır. Bundan əlavə, hər belə hadisə digər qara dəliklərdə müşahidə olunandan 100 dəfə çox enerji buraxır.

Astronomlar qeyd edirlər ki, bu kəşf kvaziperiodik rentgen partlayışlarının necə yaranması ilə bağlı mövcud təsəvvürlərə ciddi meydan oxuyur. Astronomlar hələlik Ansky qara dəliyində baş verən rentgen şüalanması partlayışlarının səbəbini bilmirlər. Ümumiyyətlə qəbul olunmuş fikrə görə, superkütləli qara dəliklərdəki kvaziperiodik püskürmələr o zaman baş verir ki, qara dəlik yaxınlıqdakı ulduzları cəzb edir, onları parçalayır və udur. Lakin görünür, Ansky qara dəliyi ilə bağlı vəziyyətdə ulduz udulması müşahidə olunmur. Ehtimal edilir ki, qara dəliyi əhatə edən maddə diski ulduzlararası qazın qara dəlik tərəfindən cəzb olunması nəticəsində formalaşıb. Bu halda rentgen partlayışları, həmin diskin içindən keçən hansısa obyektin oradakı maddəni dağıtması səbəbilə baş verə bilər.
Mənbə: Space.com
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Alimlər gizli qalaktikalar aşkar ediblər

Alimlər gizli qalaktikalar aşkar ediblər
Yeni kəşf kosmos haqda anlayışımızı dəyişə bilər. Astronomlar “gizli” qalaktikalar populyasiyasını aşkar ediblər və bu qalaktikalar kainatın bəzi sirlərinin açarını daşıya bilərlər. Əgər onların mövcudluğu təsdiqlənsə, bu, kainatda qalaktikaların sayı və onların təkamülü ilə bağlı mövcud modelləri alt-üst edəcək.
Harvard alimi uzaq keçmişdə Marsda qədim sivilizasiyanın mövcud olduğunu iddia edir

Harvard alimi uzaq keçmişdə Marsda qədim sivilizasiyanın mövcud olduğunu iddia edir
Marsdakı qədim sivilizasiya nüvə müharibəsi nəticəsində məhv edilib. Bu, elmi-fantastik film ssenarisi kimi səslənsə də, Harvard Universitetindən olan alim John Brandenburg hesab edir ki, bu fəlakətli hadisə həqiqətən baş verib.
Robot vasitəsilə süni mayalandırılmış ilk uşaq dünyaya gəlib

Robot vasitəsilə süni mayalandırılmış ilk uşaq dünyaya gəlib
Spermanın sitoplazmaya yeridilməsi metodu - süni mayalanmanın bir növü olan bu üsul 1990-cı illərdə hazırlanıb və bu günə qədər geniş şəkildə tətbiq olunur.
Hüceyrə terapiyası siçanlarda Parkinson xəstəliyinin simptomlarını aradan qaldırıb

Hüceyrə terapiyası siçanlarda Parkinson xəstəliyinin simptomlarını aradan qaldırıb
Alimlər Parkinson xəstəliyi zamanı neyrodegenerasiya əlamətlərinin aradan qaldırılması üçün təkmilləşdirilmiş insan kök hüceyrələrinin uğurla tətbiq olunduğunu bildiriblər.
Ayın uzaq keçmişdə Yerin bir hissəsi olmasına dair sübut əldə edilib

Ayın uzaq keçmişdə Yerin bir hissəsi olmasına dair sübut əldə edilib
Çin tərəfindən həyata keçirilmiş “Chang’e-6” missiyası ilə Yerə gətirilmiş Ay süxur nümunələrinin yeni tədqiqatı, Ayın görünməyən tərəfindəki mantiyada suyun miqdarının, Yerə yaxın tərəfindəki mantiyaya nisbətən daha az olduğunu göstərir.
Həftənin xəbərləri

