Gələcək Mars uçuşlarında iştirak edəcək insanlar üçün daha bir ciddi problem aşkar edilib
Elm & Texnologiya
25.07.2024
Emil Nəcəfov
Dyuk Universitetinin tibbi məktəbinin alimləri gələcəkdə Marsa uçacaq insanlar üçün ciddi problemi aşkar ediblər və aşkar edilmiş problemi mütləq şəkildə həll etmək lazımdır. Söhbət, dərmanların istifadə müddətlərindən gedir. Aydın məsələdir ki, Marsda və Marsa uçuş üçün nəzərdə tutulmuş kosmik gəmidə yeni dərman preparatlarını təmin edəcək aptek mövcud olmayacaq. Müasir dərmanların böyük hissəsi isə 36 aydan az istifadə müddətinə sahibdir. Marsa uçuş və ordan Yer kürəsinə geri qayıdış ən azı 3 il vaxt aparacaq.
Bu hal isə Marsa uçuş missiyasında iştirak edəcək insanları istifadə müddətləri keçmiş dərman preparatlarının ixtiyarına verəcək. Alimlər güman edirlər ki, Mars üçün nəzərdə tutulmuş kosmik gəminin sərnişinləri BKS (Beynəlxalq Kosmik Stansiya) üçün yığılan ilk tibbi yardım dəstini əldə edəcəklər. BKS üçün yığılan dərman dəstinə 106 dərman preparatı daxildir. Qulaq kirinin aradan qaldırılması üçün olan dərmandan tutmuş neyroleptiklərə qədər olan dərmanlar.
Bu 106 dərman preparatından yalnız 91-nin istifadə müddəti məlumdur. Məlumata əsasən onlardan 54-nün orijinal qablaşdırmada saxlandığı halda həmin dərman preparatlarının maksimal istifadə müddətləri 36 ay təşkil edir. Digər dərman preparatları isə daha az istifadə müddətinə (24 ay) sahibdirlər. Bundan əlavə olaraq belə bir fikir var ki, mikroqravitasiya və kosmik radiasiya vəziyyətlərində dərmanların molekulyar tərkibləri daha sürətlə dəyişə bilərlər. Bu çox ciddi problemdir. Belə ki, uzunmüddətli kosmik səyahət hətta ən sağlam astronavtların orqanizmlərini belə zəiflədə bilir.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Marsda yaşaya bilən səhra mamırı tapılıb!
Marsda yaşaya bilən səhra mamırı tapılıb!
Çində aparılan yeni araşdırmaya görə, Yer kürəsində həddindən artıq quraqlığa və soyuğa tab gətirə bilən səhra mamırı, Marsı yaşıl və yaşayış üçün əlverişli planetə çevirməyimizə kömək edə bilər.
Marsda buz kəşf edilib!
Marsda buz kəşf edilib!
Avropa Kosmik Agentliyi, Marsın ekvator bölgəsindəki vulkanının zirvəsində buz qatının aşkar edildiyini açıqlayıb. Ekspertlər, bunun gözlənilməz bir vəziyyət olduğunu bildirirlər.
Marsda kəşf edilən “çuxur” planetin tədqiqi üçün önəmli ola bilər!
Marsda kəşf edilən “çuxur” planetin tədqiqi üçün önəmli ola bilər!
NASA-nın Mars Kəşfiyyat Orbitatoru (MRO), hazırda sönmüş Arsia Mons vulkanının yanında sirli bir çuxur aşkar edib. Bu çuxur, planetin tədqiqi üçün həlledici rol oynaya bilər.
Marsda bioloji həyat növü təkcə keçmişdə deyil, indiki zamanda da mövcud ola bilər
Marsda bioloji həyat növü təkcə keçmişdə deyil, indiki zamanda da mövcud ola bilər
Alimlər Yer kürəsində bəzi mikroorqanizmlərin hətta ən ekstremal şəraitlərdə belə yaşaya bildiklərini nəzərə alaraq Marsda bioloji həyat növünün mümkün mövcudluğuna dair izləri axtarmağa davam edirlər.
Hindistan Marsa öz aparatı ilə vertolyotunu göndərəcək
Hindistan Marsa öz aparatı ilə vertolyotunu göndərəcək
Hindistan Kosmik Tədqiqatlar Təşkilatı (ISRO) Mars səthində fəaliyyət göstərəcək aparat ilə vertolyotun tez zamanda Marsa göndərilməsi üzrə hazırlıqların getdiyini açıqlayıb.
Həftənin xəbərləri
WhatsApp-dan göndərilən toy dəvətnamələrinə diqqət edin: Telefonunuz ələ keçirilə bilər!
Alimlər ilk dəfə olaraq, kvant tunelləmə vasitəsilə atom ötürülməsini həyata keçirə biliblər!