main-post-cover

    Günəş sistemində yeni cırtdan planet kəşf edilib

    Elm & Texnologiya
    26.05.2025
    Emil Nəcəfov
         Plutonun orbitasından xeyli uzaqda alimlər yeni bir cırtdan planet kəşf ediblər. Obyekt arxiv materiallarında tapılıb və 2017 OF201 kimi qeydiyyata alınıb. Təqribən 700 km diametrində olan bu səma cismi Günəşə ən yaxın 44 astronomik vahid qədər yaxınlaşır və 1600 astronomik vahid qədər uzaqlaşır. Ulduz ətrafında bir tam dövrü 25 000 ilə başa vurur. Onu yalnız orbitinin 1%-lik hissəsində, Günəşə yaxınlaşdığı zaman müşahidə etmək mümkündür. Bu cür obyektlərin mövcudluğu Günəş sistemimizdə doqquzuncu planet axtarışlarını sual altına qoyur. Tədqiqatçılar 2017 OF201 obyektinin Dark Energy Camera Legacy Survey (DECaLS) və Kanada-Fransa-Havay teleskopu (CFHT) arxivlərində 20 dəfəyə qədər müşahidəsini aşkar ediblər.
         2011-2018-ci illər arasında DECaLS və CFHT vasitəsilə ümumilikdə 19 müşahidə qeydə alınıb. Bu məlumatlar komandanın obyektin və onun orbitinin xüsusiyyətlərini yüksək dəqiqliklə müəyyən etməsinə imkan verib. “Günəşdən bu obyektə qədər olan məsafə, Günəşdən Yer orbitinə olan məsafədən 1600 dəfədən çoxdur” - deyə Nyu-Cersi ştatında yerləşən Perspektivli Tədqiqatlar İnstitutunun astrofiziki Sihao Cheng bildirib. Günəş sistemimizdə daha əvvəl kəşf edilmiş cırtdan planetlərə - son dövrlərdə bu kateqoriyaya daxil edilmiş Pluton da daxil olmaqla - xarakterik olan cəhət, orbitlərinin müəyyən qədər qruplaşmasıdır. Bu baxımdan, cırtdan planet 2017 OF201 son dərəcə uzanmış orbitə malik olması ilə digər cırtdan planetlərdən kəskin şəkildə fərqlənir. Onun belə qeyri-adi trayektoriyaya necə düşdüyünü yalnız ehtimal etmək olar.
         Ola bilsin ki, bu, kütləvi bir səma cismi ilə qarşılaşma nəticəsində baş verib və ya orbitin formalaşması milyardlarla il ərzində addım-addım dəyişib. Bu cür obyektlər - yəni Koyper qurşağının dərinliklərinə qədər uzanan və yalnız Günəşə və Yerə yaxınlaşdıqları zaman orbitlərinin kiçik hissələrində müşahidə oluna bilən cisimlər - onu göstərir ki, Günəş sistemimizdə bu tip daha çox cırtdan planet ola bilər. Alimlər hələlik yalnız bir belə planet tapmış olsalar da, onun mövcudluğu belə Plutonun orbitindən xeyli uzaqda yerləşən doqquzuncu planet ideyasını təkzib edir. Modelləşdirmələr göstərib ki, əgər doqquzuncu planet həqiqətən mövcud olsaydı, bu cür cırtdan planeti 100 milyon il ərzində Günəş sistemindən çıxarardı. Bu, baş vermədiyinə görə, sistemimizdə daha bir tamhüquqlu planet axtarmaq çox güman ki, vaxt və enerji itkisi olacaq.
    Mənbə: Science Alert
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    Qara dəlik ulduz daxilində gizli şəkildə formalaşa bilər
    qara-delik-ulduz-daxilinde-gizli-sekilde-formalasa-biler
    Birinin digəri daxilində dövr edən ikili ulduz sistemi kəşf edilib
    birinin-digeri-daxilinde-dovr-eden-ikili-ulduz-sistemi-kesf-edilib
    Perseverance aparatı Marsda maraqlı kəşflərin ola biləcəyi əraziyə çatıb
    perseverance-aparati-marsda-maraqli-kesflerin-ola-bileceyi-eraziye-catib
    Heç gözlənilməz yerdə Süd Yolu qalaktikasının oxşarı kəşf edilib
    hec-gozlenilmez-yerde-sud-yolu-qalaktikasinin-oxsari-kesf-edilib
    Astronomlar yeni ən qədim qalaktikanı kəşf ediblər
    astronomlar-yeni-en-qedim-qalaktikani-kesf-edibler