
Günəş sisteminin sərhədində fərz edilən ilkin qara dəliyin partlayışı təyin edilmiş ola bilər
Elm & Texnologiya
24.09.2025
Emil Nəcəfov
Son günlərdə Physical Review Letters jurnalında dərc olunmuş bir məqalədə 13 fevral 2023-cü ildə qeydə alınmış rekord enerjili neytrino müasir fizikanın əsas sirlərini - qaranlıq materiyanın mahiyyətini, ilkin qara dəliklərin mövcudluğunu və onların buxarlanma prosesini izah edir. Fiziklər sübut edirlər ki, 220 PeV (petaelektronvolt) enerjili neytrino ilə müşahidə olunmuş KM3-230213A hadisəsi tarixdə ilk dəfə fərz edilən ilkin qara dəliyin partlayışının qeydə alınması olub. Ən maraqlısı isə odur ki, bu məqalədən bir neçə gün əvvəl başqa bir məqalə dərc edilmişdi və orada ilkin qara dəliyin qarşıdakı 10 il ərzində kəşf olunma ehtimalının 90% olduğu əsaslandırılırdı. Bəzi alimlər başqalarının kəşfini əvvəlcədən demiş oldular. Fərziyyəyə görə, ilkin qara dəliklər Böyük partlayışdan sonrakı ilk 1 saniyədə yaranıblar.

Güman edilir ki, onlar kifayət qədər uzun müddət mövcud ola bilməzdilər - xüsusən də indiki dövrümüzə qədər. Stephen Hawking tərəfindən irəli sürülmüş qara dəliklərin buxarlanması nəzəriyyəsi isə onların kainatdan yox olmasına gətirib çıxarmalı idi - üstəlik, kütləsi nə qədər kiçik olsa, bu proses bir o qədər sürətli baş verərdi. Başqa bir fərziyyəyə görə, qaranlıq materiyanın əhəmiyyətli hissəsi (əgər hamısı olmasa) ilkin qara dəliklərdən ibarətdir. Yeni araşdırmada alimlər göstəriblər ki, əgər qaranlıq materiyanın heç olmasa bir hissəsi ilkin qara dəliklərdirsə, onlar indiki dövrümüzə qədər yaşaya bilmiş ola bilərlər.

İlkin qara dəliyin məhvolmazdan əvvəlki son “nidası” - onun partlayışı və sonuncu Hawking şüalanmasını buraxması - olduqca enerjili hadisədir və çox yüksək enerjili neytrino axını yarada bilər. Xüsusən də Avropanın Aralıq dənizində yerləşən KM3NeT sualtı neytrino rəsədxanası tərəfindən 13 fevral 2023-cü ildə qeydə alınmış (KM3-230213A hadisəsi) kimi. Onun enerjisi daha əvvəl qeydə alınmış bütün hadisələri bir neçə dərəcə üstələdi və bu, elmə ciddi bir çağırış oldu. Fiziklər Alexandra Klipfel və David Kaiser göstəriblər ki, bu cür enerjiyə malik neytrino bizdən 2000 astronomik vahid məsafədə, asteroid ölçüsündə ilkin qara dəliyin partlaması nəticəsində yarana bilərdi. Başqa sözlə, bu hadisə Oort buludunda - şərti olaraq Günəş sisteminin daxilində, Günəşdən təxminən 1 işıq ilinin 3%-i qədər uzaqlıqda baş verib.
Alimlər bu nəticəni əsaslandırıb və belə bir hadisənin ehtimalını 8% səviyyəsində qiymətləndiriblər - bu isə ilkin qara dəliklərin mövcudluğunu, Hawking şüalanmasını və qaranlıq materiyanın xüsusiyyətlərini yenidən qiymətləndirmək üçün digər oxşar siqnallara diqqət yetirməyə kifayət edir. “Məlum olur ki, elə bir ssenari mövcuddur ki, hər şey olduqca uyğun gəlir və biz təkcə qaranlıq materiyanın böyük hissəsinin [bu ssenaridə] ilkin qara dəliklərdən ibarət olduğunu göstərmək deyil, həm də yaxınlıqdakı ilkin qara dəliyin təsadüfi partlayışı nəticəsində bu yüksək enerjili neytrinoları əldə edə bilərik. İndi biz müxtəlif təcrübələr vasitəsilə bunu tapmağa və təsdiqləməyə cəhd göstərə bilərik” - deyə Klipfel qeyd edib.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Alimlər bəlkə də paralel kainatdan gəlmiş siqnalı təyin ediblər

Alimlər bəlkə də paralel kainatdan gəlmiş siqnalı təyin ediblər
arXiv preprint saytında alimlərin başqa bir kainatdan gələn siqnalın ilk dəfə aşkar edilməsi məsələsini müzakirə etdikləri məqalə dərc olunub. Onlar öz kəşflərində israr etmirlər, lakin bunu tamamilə istisna da etməyərək həmkarlarını oxşar halları araşdırmağa dəvət edirlər.
Yaxın ulduz sistemindəki ekzoplanetlərdən biri həyat üçün münbit şəraitə sahib ola bilər

Yaxın ulduz sistemindəki ekzoplanetlərdən biri həyat üçün münbit şəraitə sahib ola bilər
İlin sonuna qədər planlaşdırılan, Yerdən 40 işıq ili uzaqlıqda yerləşən TRAPPIST-1 e ekzoplaneti üzərində aparılacaq müşahidələr sensasiya vəd edir - şərti olaraq Yer tipli atmosferə malik ilk ekzoplanetin kəşfi.
2008-ci ildən Günəşin aktivliyi artmağa başlayıb

2008-ci ildən Günəşin aktivliyi artmağa başlayıb
NASA bildirib ki, 2008-ci ildən müşahidə olunan və xüsusilə də son dövrdə daha aydın görünən günəş aktivliyinin minimal mərhələsi başa çatıb. Ulduzumuz yenidən “oyanır” - Günəşin aktivliyi tədricən artır.
Potensial yadplanetli sivilizasiyalar onlarla işıq ili uzaqlığında bizim radiosiqnalları qəbul edə bilərlər

Potensial yadplanetli sivilizasiyalar onlarla işıq ili uzaqlığında bizim radiosiqnalları qəbul edə bilərlər
NASA-nın Pensilvaniya Dövlət Universiteti alimləri ilə birgə apardığı araşdırma göstərib ki, müəyyən şərtlər altında yadplanetli sivilizasiyalar Yer kürəsindən göndərilən radiosiqnalları onlarla işıq ili uzaqlıqda belə sərbəst şəkildə qəbul edə bilərlər.
Alimlər qlobal okeanlara sahib ekzoplanetlərin mövcudluğunu şübhə altına atıblar

Alimlər qlobal okeanlara sahib ekzoplanetlərin mövcudluğunu şübhə altına atıblar
Bu ilin aprelində britaniyalı alimlərin təqdim etdikləri, ekzoplanetlərdə həyatın mövcudluğuna dair sensasiyalı ilk tutarlı sübut əks nəticə verdi.
Həftənin xəbərləri

