main-post-cover

    İnsanabənzər robotlar arasında boks döyüşü anons edilib (VİDEO)

    Elm & Texnologiya
    11.04.2025
    Emil Nəcəfov
         Robototexnika sahəsində fəaliyyət göstərən Unitree Robotics şirkəti sosial şəbəkə X-də “Unitree Fist King: Awakening” adlı tədbirini elan edib. Söhbət təxminən 1 ay sonra baş tutacaq boks döyüşündən gedir, burada rinqdə iki insanabənzər robot qarşı-qarşıya gələcək. Döyüş elanına paralel olaraq, Unitree robotlarla aparılan test döyüşlərini əks etdirən qısa video da yayımlayıb. Kadrlarda Unitree G1 robotunun əvvəlcə insanla boks etməsi, daha sonra isə eyni modeldəki başqa bir robotla qarşılaşması göstərilir. Robotların hərəkətləri hələ ki, peşəkar boksçunun axıcı və sürətli üslubundan uzaqdır. Yavaş reaksiya, tarazlıqda çətinliklər və zərbələrdən yayınma bacarığının məhdudluğu açıq şəkildə görünür.
         Real bir insanla döyüşdə belə bir robotun, çox güman ki, şansı olmazdı. Lakin iki belə robot arasında keçiriləcək döyüşün maraqlı və baxımlı bir şouya çevrilməsi mümkündür. Robotlar arasında keçiriləcək boks döyüşünün dəqiq tarixi hələ açıqlanmayıb, yalnız məlumdur ki, tədbirə təxminən 1 ay qalıb və döyüş canlı yayımlanacaq. Şirkət hansı robot modellərinin rinqə çıxacağını da rəsmi olaraq elan etməyib, lakin ehtimal olunur ki, bu, daha əvvəl kung-fu bacarıqlarını nümayiş etdirmiş G1 modelləri olacaq. Bununla belə, G1 robotlarının kung-fu nümayişi zamanı etdiyi hərəkətlərlə boks məşqindəki hərəkətləri arasında ciddi fərq var. Alternativ olaraq, rinqə şirkətin hazırda flaqman məhsulu olan daha inkişaf etmiş Unitree H1 robotu da çıxa bilər.
    Mənbə: Notebookcheck
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    Pentaqon PUA-lara qarşı yeni energetik silahı test edib (VİDEO)
    pentaqon-pua-lara-qarsi-yeni-energetik-silahi-test-edib-video
    Qarşılıqlı əlaqə imkanına sahib ilk holoqramlar yaradılıb (VİDEO)
    qarsiliqli-elaqe-imkanina-sahib-ilk-holoqramlar-yaradilib-video
    Şimali Koreyada kompüterlərsiz kompüter klubu açılıb
    simali-koreyada-komputerlersiz-komputer-klubu-acilib
    Kawasaki CORLEO adlı robot-at konsepti təqdim edilib (VİDEO)
    kawasaki-corleo-adli-robot-at-konsepti-teqdim-edilib-video
    Yeni avtopilot sistemi təyyarəni avtomatik şəkildə yerə endirə bilir (VİDEO)
    yeni-avtopilot-sistemi-teyyareni-avtomatik-sekilde-yere-endire-bilir-video