
Şimali Koreyada kompüterlərsiz kompüter klubu açılıb
Elm & Texnologiya
08.04.2025
Emil Nəcəfov
Koreya Mərkəzi Teleqraf Agentliyinin (KCNA) verdiyi məlumata görə, Şimali Koreya paytaxtında ölkə tarixində ilk kompüter klubu açılışa hazırlaşır. Bu müəssisəni artıq dövlət başçısı da ziyarət edib. Koreya Xalq Demokratik Respublikasının (KXDR) lideri Kim Jong Un ötən həftə, 3 aprel tarixində Pxenyanın yeni Hvasonq rayonundakı ictimai xidmət obyektlərinə baxış keçirib. Şimali Koreya liderinin ziyarət etdiyi obyektlər arasında ölkənin ilk kompüter-əyləncə pavilyonu da olub - bu, “kompüter oyunları ilə xidmət göstərməyə ixtisaslaşmış yeni məkan” kimi təqdim olunur.

Kompüter klubu 300 yerlik nəzərdə tutulub və KCNA tərəfindən yayımlanan fotolara əsasən, hələlik kompüterlərlə tam təchiz olunmayıb - hazırda orada oyun kresloları və bilyard masaları mövcuddur. NK News portalının qeyd etdiyi kimi, Şimali Koreya tarixindəki ilk kompüter klubunu avadanlıqla təmin etmək üçün KXDR-in mövcud sanksiyaları dolanaraq komponentlər gətirməyin yollarını tapması lazım olacaq.

Məlumata görə, KXDR hakimiyyəti klubda təqdim edilən məzmunu ciddi şəkildə nəzarətdə saxlayacaq, hətta xarici oyunlarda siyasi rejim üçün təhlükə yaradan süjetləri aradan qaldırmaq məqsədilə onların modifikasiyasını həyata keçirəcək. KCNA vurğulayıb ki, kompüter klubu “gənclər və uşaqlar arasında çox böyük populyarlıq qazanacaq”, Kim Jong Un isə “istismar sistemi və qaydalarına, eləcə də texniki xidmətə hazırlığa” xüsusi diqqət yetirilməsinin vacibliyini bildirib.
Mənbə: NK News
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Kawasaki CORLEO adlı robot-at konsepti təqdim edilib (VİDEO)

Kawasaki CORLEO adlı robot-at konsepti təqdim edilib (VİDEO)
Kawasaki şirkəti CORLEO adlı futuristik robot-atı sərgiləyib - bu, gələcəyin konseptual nəqliyyat vasitəsidir. CORLEO dörd ayaq üzərində hərəkət edir, atlının bədən hərəkətləri ilə idarə olunur və hidrogenlə işləyir.
Yeni avtopilot sistemi təyyarəni avtomatik şəkildə yerə endirə bilir (VİDEO)

Yeni avtopilot sistemi təyyarəni avtomatik şəkildə yerə endirə bilir (VİDEO)
Epic Aircraft şirkəti qeyri-adi funksiyaya malik E1000 AX adlı təyyarəsini təqdim edib. Uçuş aparatı güclü mühərriklə təchiz olunub və 10 km hündürlükdə 617 km/saat sürət yığa bilir.
Marsa göndəriləcək yeni pilotsuz vertolyot üçün artıq tədqiqat missiyası hazırlanıb

Marsa göndəriləcək yeni pilotsuz vertolyot üçün artıq tədqiqat missiyası hazırlanıb
Marsda fəaliyyətdə olmuş Ingeniuty adlı kiçik pilotsuz vertolyot öz nümunəsində göstərdi ki, uçan aparatların Marsda hava kəşfiyyatı üçün yaxşı perspektivləri var.
Neuralink beyin implantlarının testləri üçün könüllüləri artıq bütün dünyada axtarır

Neuralink beyin implantlarının testləri üçün könüllüləri artıq bütün dünyada axtarır
Bu ilin fevral ayına olan məlumata əsasən Elon Musk-ın startapı 3 nəfərin beyninə implant yerləşdirib. Bu şəxslər bütün bədən hissələrinin hərəkət qabiliyyətini itirmiş şəxslərdir. Onlardan birincisi - Noland Arbaugh barədə ən çox məlumat var.
Avropada dünyanın ən güclü külək generatoru quraşdırılıb

Avropada dünyanın ən güclü külək generatoru quraşdırılıb
Bir neçə gün öncə Siemens Gamesa şirkəti dünyanın ən güclü külək turbininin quraşdırılmasını tamamlayaraq Çin istehsalçılarına ciddi rəqib olduğunu göstərdi.
Həftənin xəbərləri

