
İnsanın ürək döyüntülərinin tezliyini Wi-Fi siqnalı vasitəsilə ölçən sistem hazırlanıb
Elm & Texnologiya
08.09.2025
Emil Nəcəfov
Santa Klara Kaliforniya Universitetinin gənc tədqiqatçılar qrupu informatika və hesablama texnikası professoru Katia Obraczka-nın rəhbərliyi altında Pulse-Fi adlı sistem hazırlayıb. Bu sistem Wi-Fi siqnalının analizi vasitəsilə insanın ürək döyüntülərinin tezliyini təmassız ölçməyə imkan verir. Sistemin işləməsi üçün onlar ESP32 naqilsiz mikrokontrollerindən əldə edilən məlumatların machine learning alqoritmi ilə emalını təklif ediblər. Bu alqoritm Wi-Fi siqnalının təhriflərini 5 saniyə ərzində təhlil etdikdən sonra insanın ürək döyüntülərinin tezliyi ilə bağlı təxminlər verməyə başlayıb və nəticələrdə dəqiqlik təxminən yarım döyüntü/dəqiqə səviyyəsində olub. Daha uzunmüddətli müşahidələr və daha güclü Wi-Fi avadanlıqlarından istifadə zamanı isə xətanın daha da azaldılması mümkün olub.

Pulse-Fi sistemi cihazdan təxminən 3 metr məsafədə öz funksiyasını yerinə yetirir, yəni insan bədəni ilə birbaşa təmas tələb olunmur. Sistem 118 könüllü və 17 fərqli bədən vəziyyətində sınaqdan keçirilib. Layihənin müəllifləri müəyyən ediblər ki, bu sistemin tətbiqi üçün xüsusi şərtlərə ehtiyac yoxdur: uzanmaq, oturmaq və ya gəzmək mümkündür və nəticələrin dəqiqliyi azalmaqdan qorunur. Layihənin ən mühüm üstünlüklərindən biri istifadə olunan avadanlığın aşağı qiymətidir - alimlər xərcləri 5-10$ aralığında saxlaya biliblər. Raspberry Pi sinfinə aid platformalar isə daha yüksək dəqiqlik nümayiş etdirir və 30$-lıq qiymətə kütləvi tətbiq üçün kifayət qədər əlçatan hesab olunur.

Nəticədə əldə edilən məlumatların dəqiqliyi əksər həkimlərin istifadə etdikləri pulsoksimetrlərin dəqiqliyi ilə müqayisə oluna bilər. Pulsoksimetrlər ürək döyüntülərinin tezliyini və qanın oksigenlə doyma səviyyəsini ölçür, lakin birbaşa təmas tələb edir və adətən barmağa taxılır. Hazırda Pulse-Fi layihəsinin müəllifləri nəfəs tezliyini ölçmək üçün sistem qurmağa çalışırlar. Bu, adətən portativ monitorlardan istifadəni tələb edən yuxu apnoesini müəyyənləşdirməyə kömək edəcək. Əgər tədqiqatçılar bu məsələni də naqilsiz siqnalın analizi əsasında həll edə bilsələr, bu sindromun aşkarlanması və diaqnostikası daha rahat və sadə olacaq.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Kanadadan olan 2 şəxsə Nauralink-in beyin çipi implantasiya edilib

Kanadadan olan 2 şəxsə Nauralink-in beyin çipi implantasiya edilib
ABŞ-ın şimal qonşusu xarici klinik sınaqlar proqramı çərçivəsində Neuralink beyin implantlarının yerləşdirildiyi ilk ölkə olub. Toronto şəhərindəki universitet xəstəxanalarından birində iki könüllü onurğa zədəsi səbəbindən bədən hissələrinin iflicindən əziyyət çəkirdi.
Alimlər bioloji parçalanmaya məruz qalan dözümlü plastik material hazırlayıblar

Alimlər bioloji parçalanmaya məruz qalan dözümlü plastik material hazırlayıblar
Yaponiyadan olan bir qrup biomühəndis bağırsaq çöpü bakteriyalarını sintez edib. Bu bakteriyalar sənayedə geniş istifadə olunan termoplastik material - polietilen-tereftalatın (PET) alternativini istehsal edə bilirlər.
OpenAI-nin ilk süni intellekt çipi gələn il işıq üzü görəcək

OpenAI-nin ilk süni intellekt çipi gələn il işıq üzü görəcək
OpenAI-nin süni intellekt sistemlərində hesablamaları sürətləndirmək üçün çip təqdim etmək niyyətinə dair şayiələr bu həftə yenidən gündəmə gəlib, çünki Broadcom şirkəti oxşar çiplərin ümumi dəyəri 10 milyard dollar olan müqavilə çərçivəsində yeni və sirli müştəriyə satılacağını açıq şəkildə etiraf edib.
Amazon-un Project Kuiper peyk interneti qoşulma sürətinə görə Starlink-i geridə qoyub

Amazon-un Project Kuiper peyk interneti qoşulma sürətinə görə Starlink-i geridə qoyub
Amazon özünün peyk internet sistemi olan Project Kuiper üzrə uğurlu sınaqlar keçirib və bu sınaqlar zamanı rekord məlumat yükləmə sürətinə nail olunub.
Kvant kompüterləri hələ hazır olmadıqları halda onların proqram təminatları üçün milyonlarla dollar xərclənir

Kvant kompüterləri hələ hazır olmadıqları halda onların proqram təminatları üçün milyonlarla dollar xərclənir
Onilliklər ərzində kvant hesablamaları sahəsində tərtibatçıların səyləri əsasən aparat təminatının yaradılmasına yönəlmişdi. Bu istiqamətdə müəyyən irəliləyiş əldə edildikdən sonra isə diqqət belə sistemlərin işləməsi üçün lazım olan proqram təminatına yönəldi.
Həftənin xəbərləri

