
İnteqrasiya olunmuş süni intellektə sahib ilk beyin implantı hazırlanıb
Elm & Texnologiya
15.08.2025
Emil Nəcəfov
Stenford Universitetinin elmi əməkdaşları, neyron siqnalları - yəni insan düşüncələrini - dekodlaşdırmağa imkan verən qabaqcıl beyin implantı hazırlayıblar. Bu, yaxın gələcəkdə nitq pozuntusu olan insanların problemlərini aradan qaldıra bilər. Təcrübə iştirakçılarının razılığı ilə beyinlərinin müəyyən hissələrinə xüsusi elektron matrislər yerləşdirilib. Bu matrislər beynin fəaliyyətini real vaxt rejimində qeydə alıb. Daha sonra əldə olunan məlumatlar əvvəlcədən təlim keçmiş xüsusi süni intellekt modellərinə ötürülüb. Bu modellər neyron siqnalları ilə işləməyi bacarır və onları uğurla dekodlaşdırırdı. Proses həmin strukturların şifrəsini açmaq və onları bizə tanış nitq vahidlərinə çevirməkdən ibarət olub, sonda isə bu vahidlər cümlələrə çevrilib.

Universitetin mütəxəssisləri həmçinin bu nailiyyətdə süni intellektin rolunu və niyə məhz onun vacib olduğunu izah ediblər. İzahatlara görə, xüsusi təlim keçmiş neyron şəbəkə modeli məhz beyin siqnallarını düzgün şəkildə “hərflərə”, sonra “sözlərə” və nəhayət, “cümlələrə” çevirərək şifrənin açılması dəqiqliyini artırmağı bacarıb. Əlbəttə, alimlərin uğuru tamamilə təsadüfi deyil: çünki Stenford mütəxəssisləri 2017-ci ildən etibarən normal işləyən neyrointerfeys modelinin yaradılması üzərində çalışıblar. 8 il əvvəl insan beyninə qoşulmuş implantlardan istifadə ilə ilk təcrübə aparılıb. Məhz bu cür tədqiqatlar sayəsində iflic olmuş bir kişi ekranda bir sıra sözləri “çıxara” bilib. Bunun üçün onun motor korteksinə hər birində 100 ayrı elektrod olan 2 implant yerləşdirilib.

Birlikdə bu iki modul eyni anda 200 neyronun işlənməsini təmin edib. Təcrübənin müsbət nəticə verməsi üçün kişidən, sanki hər bir hərfi əlilə hansısa səthin üzərinə yazırmış kimi, beynində hərəkəti təsəvvür etməsi tələb olunub. Nəticədə nəzərdə tutulan bütün proses uğurla həyata keçirilib və alimlər ekranda həmin şəxsin düşündüyü mətni görüblər. İlk nəticə əldə edildikdən sonra alimlər işi daha da irəlilədərək ötən il beyin implantının təkmilləşdirilmiş versiyasını hazırladılar. Bu versiya düşüncələri oxuna bilən sözlərə çevirməyə və dekodlaşdırma dəqiqliyini 90%-ə çatdırmağa imkan verdi. Nəticədə ötürülən sözlərin sayı dəqiqədə 62 dil vahidinə qədər yüksəldi ki, bu da adi insan danışıq sürətinə bərabərdir.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
SpaceX yenilənmiş Starship-i təqdim edib

SpaceX yenilənmiş Starship-i təqdim edib
SpaceX, təkmilləşdirilmiş istilik qorumasına və yeni qəfəs tipli stabilizatorlarla təchiz edilmiş modernləşdirilmiş Super Heavy sürətləndiricisinə malik Starship Version 3 raketini təqdim edib.
Çində bitkilərin tozlandırılması robotu hazırlanıb

Çində bitkilərin tozlandırılması robotu hazırlanıb
Çinli tədqiqatçılar kənd təsərrüfatı bitkilərinin seleksiya prosesini yerinə yetirə bilən GEAIR adlı robot hazırlayıblar. Onun əsasında süni intellekt və biotexnologiyaların birləşməsi dayanır.
Donald Trump Amerika kosmonavtikasını yenidən əzəmətli edəcək sərəncamı imzalayıb

Donald Trump Amerika kosmonavtikasını yenidən əzəmətli edəcək sərəncamı imzalayıb
ABŞ prezidenti Donald Trump Amerika kosmonavtikasının inkişafına mane olan baryerlərin aradan qaldırılması haqqında İcra Sərəncamını imzalayıb. Sənəd Konqresin təsdiqini tələb etmir və onun müddəaları dərhal icra olunmalıdır.
Google-dan olan startapın lazer interneti dəniz və dağlarda 100 Gbit/s sürətində internet bağlantısını təmin edib

Google-dan olan startapın lazer interneti dəniz və dağlarda 100 Gbit/s sürətində internet bağlantısını təmin edib
Alphabet-in Loon layihəsi əsasında yaradılan Aalyria şirkəti - hansı ki, Google hava şarları vasitəsilə əlçatmaz yerlərdə internetə çıxışı təmin etməyə çalışırdı - problemi həll etmək üçün yeni üsul təqdim edib.
Mülki infrastrukturun dronlardan qorunması sistemi təqdim edilib

Mülki infrastrukturun dronlardan qorunması sistemi təqdim edilib
DroneShield Ltd şirkəti SentryCiv adlı, mülki sektor üçün nəzərdə tutulmuş müasir dron əleyhinə həllin istifadəyə verildiyini elan edib.
Həftənin xəbərləri

