main-post-cover

    James Webb, Yupiterin yuxarı atmosferində təəccübləndirici formalar tapıb!

    Elm & Texnologiya
    27.06.2024
    Farid Pardashunas

         Alimlər, James Webb Kosmik Teleskopundan istifadə edərək, əvvəllər görünməmiş müxtəlif xüsusiyyətləri kəşf etmək üçün Yupiterin simvolik Böyük Qırmızı Ləkəsinin üstündəki bölgəni müşahidə ediblər.

         Köhnəlmiş Hubble Kosmik Teleskopunu əvəz edən James Webb Kosmik Teleskopu, yeni məlumatlar göndərməyə davam edir. Avropa Kosmik Agentliyinin (ESA) verdiyi açıqlamaya görə, alimlər James Webb teleskopu ilə Yupiterdəki Böyük Qırmızı Ləkənin üstündəki atmosferi tədqiq ediblər. Mütəxəssislər hesab edirlər ki, təbiətcə qeyri-adi hesab edilən bölgədə qaranlıq qövslər və parlaq ləkələr kimi müxtəlif mürəkkəb strukturlar var.
         Mütəxəssislər bölgədən yayılan işığın normal olaraq günəş işığından qaynaqlandığını və Yupiterin atmosferinin yuxarı hissəsinin forma və quruluşunu dəyişdirən başqa bir mexanizmin ola biləcəyini bildiriblər.
         Mütəxəssislər fırtınanın atmosferin yuxarı hissəsinə çatana qədər yuxarıya doğru hərəkət edən qravitasiya dalğaları yaratdığını, zirvəyə çatdıqda isə qırıldığını bildiriblər. Yupiterdə davamlı yüksək təzyiq bölgəsi olan Böyük Qırmızı Ləkə, ətrafdakı fırtınaların dinamik üfüqi hərəkətinə qarşı öz siklon formasını saxlamağı bacarır. İlk dəfə 1664-cü ildə İngilis astronom Robert Hooke tərəfindən kəşf edilən Böyük Qırmızı Ləkə, Yerdən 4 dəfə böyük ərazini əhatə edir.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    Kosmosun bilinən ən qədim və ən uzaq qalaktikası kəşf edilib!
    kosmosun-bilinen-en-qedim-ve-en-uzaq-qalaktikasi-kesf-edilib
    James Webb teleskopu erkən kainatdakı ilk qalaktikaların formalaşma proseslərini müşahidə edib
    james-webb-teleskopu-erken-kainatdaki-ilk-qalaktikalarin-formalasma-proseslerini-musahide-edib
    James Webb teleskopu Orion adlı kosmik dumanlığın keyfiyyətli fotolarını çəkib
    james-webb-teleskopu-orion-adli-kosmik-dumanligin-keyfiyyetli-fotolarini-cekib
    Yupiterin peyki İonun yeni fotoları təqdim edilib
    yupiterin-peyki-ionun-yeni-fotolari-teqdim-edilib
    Yupiterin Avropa adlı peykinin səthində qeyri-adi aktivlik aşkar edilib
    yupiterin-avropa-adli-peykinin-sethinde-qeyri-adi-aktivlik-askar-edilib