james webb
Filterlə
James Webb iki qalaktika topasının toqquşmasını çəkib
NASA-nın James Webb kosmik teleskopu Yerə “Güllə” (Bullet Cluster) adlanan qalaktikalar topasının təsirli bir fotosunu göndərib. Bu topa iki ayrı qalaktika qrupunun toqquşmasından ibarətdir.
James Webb öz ilk ekzoplanetini kəşf edib və onun fotosunu çəkib
3 illik astronomik müşahidələrdən sonra James Webb (JWST) kosmik teleskopu ilk dəfə olaraq yeni bir planet kəşf edib. Antila bürcündə yerləşən bu ekzoplanet TWA 7b adlandırılıb və Günəş sistemindən kənarda vizual şəkildə müşahidə edilə bilən bütün bu tip planetlər arasında ən az kütləyə sahib olanıdır.
Astronomlar yeni ən qədim qalaktikanı kəşf ediblər
MoM-z14 qalaktikası Böyük partlayışdan cəmi 280 milyon il sonra mövcud olub və belə qalaktikaların erkən kainatda bu qədər geniş yayılması astronomları təəccübləndirir. Daha əvvəl James Webb kosmik teleskopu inanılmaz dərəcədə uzaq, yəni ən qədim qalaktikalardan bir neçəsini aşkarlamışdı.
Yupiterin qütb parıltılarının görüntüləri əldə edilib
STScI-nin (Space Telescope Science Institute) rəsmi saytında James Webb kosmik teleskopu tərəfindən Yupiterdəki çəkilmiş qütb parıltılarının görüntüləri dərc olunub.
James Webb bilinən ən soyuq ekzoplaneti kəşf edib
James Webb kosmik teleskopunun sensorlarının həssaslığı -198.15 dərəcə Selsiyə qədər temperaturu olan çox soyuq kosmik obyektləri aşkar etmək üçün kifayət etməlidir.
Erkən kainatda Süd Yolu qalaktikasının əkizi kəşf edilib
Alimlər James Webb kosmik teleskopunun köməyi ilə indiyə qədər məlum olanlar arasında ən uzaq məsafədə yerləşən ən qədim spiral qalaktikanı aşkar ediblər.
James Webb erkən kainatda çoxlu sayda "ölü" qalaktika kəşf edib
Erkən kainatda yalnız gənc və aktiv qalaktikaların mövcud olacağı gözlənilirdi, lakin yeni müşahidələr bu fikri təkzib etdi. James Webb kosmik teleskopu, Böyük partlayışdan sonrakı ilk 1 milyard il ərzində özlərində yeni ulduzların yaranması prosesinin dayanmış olduğu çox sayda ölən qalaktika aşkarlayıb.
Alimlər cavan superkütləli qara dəlikləri aşkar ediblər
1 il əvvəl James Webb kosmik teleskopu erkən kainatda “kiçik qırmızı nöqtələr” (Little Red Dots, LRD) adlandırılan yeni obyektlər aşkar etdi. Onlar teleskopun sensorlarında həqiqətən də son dərəcə yüksək qırmızıya sürüşmə ilə görünən nöqtələr kimi qeydə alınmışdı.
Həftənin xəbərləri

