main-post-cover

    Kvant kompüterlərində yeni rekord qırılıb!

    Elm & Texnologiya
    12.07.2024
    Farid Pardashunas

         Yeni kvant kompüteri əvvəlki rekordu 100 dəfə üstələyən performansı ilə diqqət çəkib.

         Quantinuum-un kompüter mühəndisləri və alimləri, yeni 56 kubitlik H2-1 kompüterindən istifadə edərək bir neçə təcrübə aparıblar. Bu təcrübələrdə cihaz müxtəlif səviyyələrdə və fərqli qubitlərlə çalışdırılıb. Araşdırmalarda kvant kompüterlərinin performans rekordu qırılıb. Kvant kompüterinin potensialını açmaq üçün tədqiqatçılar onu qubitlərin nə qədər səhvə meyilli olduğunu və ya nəticələrin nə qədər səs-küylü (aydınlıqdan uzaq, qeyri-müəyyənliyi ehtiva edən strukturda) olduğunu göstərən standart alqoritmlə sınaqdan keçiriblər. 
         Kvant kompüterləri, qubitlər sayəsində daha çox əməliyyat yerinə yetirməklə yanaşı, paralel emal həyata keçirə bilir. Ənənəvi kompüterlər, əməliyyatları ardıcıllıqla yerinə yetirirlər. Sistemə daha çox kubit əlavə etmək isə cihazın potensialını da eksponent olaraq artırır. Beləliklə, 5 vahidə daha 5 vahid əlavə etdikdə, 10 vahid deyil, 25 vahid hesablama gücü alırıq. Kvant kompüterlərinin adi kompüterləri üstələdiyi nöqtə “kvant üstünlüyü” adlanır. Bu hesablama qabiliyyətinə nail olmaq üçün 1 milyon kubitlik bir maşın tələb olunur. Bu gün ən güclü maşın təxminən 1000 kubit hesablama gücünə malikdir. Bunun səbəbi, onların səhvə meylli olması və emal gücünün çoxunun səhvlərin düzəldilməsi üçün istifadə edilməsidir. Yeni kvant kompüteri, əməliyyatların 35%-i səhvsiz yerinə yetirib. 
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    NASA-nın yeni kosmik aparatı səsdən 500 dəfə sürətli hərəkət edərək sürət rekordunu qırıb!
    nasa-nin-yeni-kosmik-aparati-sesden-500-defe-suretli-hereket-ederek-suret-rekordunu-qirib
    Yeni gen redaktəsi sayəsində xərçəng hüceyrələrinin özü-özlərini məhv etməsi təmin edilib!
    yeni-gen-redaktesi-sayesinde-xerceng-huceyrelerinin-oz-ozlerini-mehv-etmesi-temin-edilib
    Okean axıntılarındakı dəyişikliklər dünyanı məhv edə bilər!
    okean-axintilarindaki-deyisiklikler-dunyani-mehv-ede-biler
    Qandakı şəkərin səviyyəsini ölçə bilən "bandaja bənzər" cihaz hazırlanıb! (VİDEO)
    qandaki-sekerin-seviyyesini-olce-bilen-bandaja-benzer-cihaz-hazirlanib-video
    Tədqiqatçılar, subnanometr çiplərinin istehsalı üçün yeni metod inkişaf etdiriblər!
    tedqiqatcilar-subnanometr-ciplerinin-istehsali-ucun-yeni-metod-inkisaf-etdiribler