Marsda qədim okeanın sahil xətti aşkar edilib
Elm & Texnologiya
18.11.2024
Emil Nəcəfov
Çinli alimlər milyardlarla il bundan öncə Marsın şimal hissəsinin okeanla əhatə olunduğu fərziyyəsinin yeni sübutunu aşkar ediblər. Belə ki, Marsda qədim okeanın mövcudluğuna dair izlər Zhurong aparatı tərəfindən Yer kürəsinə göndərilmiş məlumatlarda aşkar edilib. Bununla yanaşı mütəxəssislər qədim okeanın sahil xəttini də təyin edə biliblər. Qeyd etmək lazımdır ki, Zhurong aparatı Mars səthində Utopia adlı düzənliyə 2021-ci ildə eniş etmişdi. Aparat su və buz izlərinin axtarışında olaraq 2 km yol qətt edib. Honkonq Politexnik Universitetinin professoru Bo Wu və onun həmkarları aparat tərəfindən əldə edilmiş məlumatları analiz edən zaman aparatın eniş etmiş ərazisində su ilə əlaqəli bir sıra obyektləri aşkar ediblər.
Söhbət, krater şəklində olan konusvari boşluqlardan, çöküntü kanallarından və palçıq vulkanları qalıqlarından gedir. Mütəxəssislərin fikirlərinə əsasən bütün bunlar qədim okeanın sahil xəttinin yerini əks etdirirlər. Marsın bu ərazisindəki yerüstü çöküntüləri analiz edəndən sonra alimlər bildirblər ki, qədim okean təqribi olaraq 3.6 milyard il bundan öncə mövcud olub. Həmin vaxtda okeanın dibində su ilə əlaqəli olan minerallar formalaşmağa başlayıb. Onların arasında silisium dioksid də olub. Məlumatda qeyd edilib ki, okean 10 000 ildən 100 000 ilə kimi zaman aralığında donmaya məruz qalıb. Təqribi olaraq 260 milyon il sonra isə okeanın sahil xətti tamamilə quruyub.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Dünyanın ilk “taxta” peyki kosmosa buraxılıb!
Dünyanın ilk “taxta” peyki kosmosa buraxılıb!
Yaponiyanın hazırladığı dünyanın ilk taxta peyki Ay və Mars araşdırmalarında pioner olmaq üçün kosmosa göndərilib. LignoSat adlanan bu taxta peyk, 400 km-lik orbitdə dövr edəcək.
Perseverance, Marsda yaşanan Günəş tutulmasını qeydə alıb! (VİDEO)
Perseverance, Marsda yaşanan Günəş tutulmasını qeydə alıb! (VİDEO)
NASA-nın Marsdakı kəşfiyyat aparatı Perseverance Günəş tutulması hadisəsini qeydə almağı bacarıb. Həmin maraqlı anların görüntülərini təqdim edirik.
Mars üçün "neyromorfik" süni intellekt sınaqdan keçirilir!
Mars üçün "neyromorfik" süni intellekt sınaqdan keçirilir!
Avropa Kosmos Agentliyi (ESA) Mars gəzinti layihəsində neyromorfik süni zəka tətbiq etməyi planlaşdırır. Bu süni zəka sistemi ilə cihaz yalnızca millisaniyələr içində ətrafını anlaya biləcək.
Marsın bəzi bölgələri həyatı dəstəkləyəcək şəraitə sahib ola bilər!
Marsın bəzi bölgələri həyatı dəstəkləyəcək şəraitə sahib ola bilər!
Marsa dair yeni bir araşdırma, Marsın Günəş şüalarını daha az qəbul edən bölgələrində həyatın mümkün ola biləcəyini iddia edir.
Çinli alimlər Mars atmosferindən istifadə edərək işləyən batareya hazırlayıblar!
Çinli alimlər Mars atmosferindən istifadə edərək işləyən batareya hazırlayıblar!
Çinli alimlər Mars atmosferindən yanacaq kimi istifadə edən unikal bir batareya hazırlayıblar. Çətin şərtlərdə işləyə bilən bu batareya, ənənəvi litium-ion batareyalarından çox daha yüksək enerji sıxlığına malikdir.
Həftənin xəbərləri
Xiaomi 15 qlobal bazarda iki versiyada satışa çıxacaq
2025-ci ildə WhatsApp dəstəyi dayandırılacaq telefonlar bəlli olub!