main-post-cover

    MediaTek Dimensity 9500 flaqman prosessoru təqdim edilib

    Elm & Texnologiya
    23.09.2025
    Emil Nəcəfov
         MediaTek şirkəti öz yeni flaqman prosessorunu təqdim edib. Söhbət, Dimensity 9500-dən gedir. MediaTek-in bu yeni prosessoru TSMC şirkətinin N3P adlı yenilənmiş 3 nanometrlik texnoloji proses əsasında hazırlanıb. Qeyd etmək lazımdır ki, Apple şirkətinin A19 prosessoru da məhz bu texnoloji proses əsasında hazırlanıb. Dimensity 9500 prosessoru 8 nüvəlidir və onun tərkibində nüvələr “1 + 3 + 4” sxemi üzrə yerləşiblər. Yəni prosessor özündə 4.21 GHz tezlikdə çalışan 1 ədəd C1-Ultra nüvəsini, 3.5 GHz tezlikdə çalışan 3 ədəd C1-Premium nüvəsini və 2.7 GHz tezlikdə çalışan 4 ədəd C1-Pro nüvəsini birləşdirir. Prosessorun qrafik imkanlarından Arm Mali-G1 Ultra qrafik çipi cavabdehdir. Keçən ilki Dimensity 9400 ilə müqayisədə Dimensity 9500 prosessoru birnüvəli rejimdə 32%-ə qədər, çoxnüvəli rejimdə isə 17%-ə qədər performans yüksəlişi sərgiləyir.
         Prosessorun C1-Ultra nüvəsi yüksək yüklənmə halında 55% daha az enerji sərf edir. Bu isə öz növbəsində sözügedən prosessora sahib smartfonun çalışma müddətini uzadır. Dimensity 9400 ilə müqayisədə Dimensity 9500-ün ümumi enerji sərfiyyatı 37% azalıb. Dimensity 9400-də olan Immortalis-G925 MC12 qrafik çipindən fərqli olaraq Dimensity 9500-də olan Arm Mali-G1 Ultra qrafik çipi 33% daha performanslı, 42% daha enerji effektivlidir. Şirkət bu prosessorun ray-tracing texnologiyası çərçivəsində yüksək performansını söz verir. Dimensity 9500-də NPU 990 adlı yeni nəsil neyron çipi istifadə edilib. Məlumatda qeyd edilib ki, əvvəlki neyron çipindən fərqli olaraq bu yeni neyron çipi 2 dəfə daha performanslıdır. Şirkətin sözlərinə əsasən o, bilavasitə smartfon daxilində 4K təsvirləri tərtib etməyə qadirdir. Dimensity 9500-ə sahib ilk smartfonlar artıq gələn ay təqdim olunmalıdır.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    Neuralink gələn ay insan fikirlərini mətnə çevirə bilən beyin implantının testlərinə başlamaq istəyir
    neuralink-gelen-ay-insan-fikirlerini-metne-cevire-bilen-beyin-implantinin-testlerine-baslamaq-isteyir
    ABŞ-ın “Qızıl Günbəz” adlı raket əleyhinə müdafiə sistemi layihəsinin işlənməsi başa çatıb
    abs-in-qizil-gunbez-adli-raket-eleyhine-mudafie-sistemi-layihesinin-islenmesi-basa-catib
    NVIDIA və Intel birgə prosessor istehsalı ilə məşğul olacaqlar
    nvidia-ve-intel-birge-prosessor-istehsali-ile-mesgul-olacaqlar
    MediaTek Dimensity 9500 flaqman prosessorunun təqdimatı anons edilib
    mediatek-dimensity-9500-flaqman-prosessorunun-teqdimati-anons-edilib
    Çin yerli şirkətlərə NVIDIA sürətləndiricilərini almağı qadağan edib
    cin-yerli-sirketlere-nvidia-suretlendiricilerini-almagi-qadagan-edib