main-post-cover

    Məlum olan ən qədim qalaktikada böyük miqdarda oksigen kəşf edilib

    Elm & Texnologiya
    24.03.2025
    Emil Nəcəfov
         Son illərin müşahidələri astronomları tez-tez çıxılmaz vəziyyətə salır və erkən kainatın təkamülü ilə bağlı anlayışların səhv olduğunu sübut edir. Böyük partlayışdan sonrakı ilk bir milyard il ərzində ulduzlar və qalaktikalar gözlənilmədən sürətlə inkişaf ediblər - bu isə mövcud kosmoloji modellərlə izah edilə bilmir. Bu müşahidələrə yeni bir kəşf də əlavə olunub: Kainatda indiyə qədər aşkar edilmiş ən qədim qalaktikada gözlənilmədən yüksək miqdarda oksigenin olması. JADES-GS-z14-0 qalaktikası James Webb kosmik teleskopu tərəfindən aşkar edilib. 2024-cü ilin yayına qədər bu kəşf spektral məlumatlar əsasında təsdiqlənib. Məlum olub ki, bu gözlənilməz böyük və parlaq obyekt Böyük partlayışdan cəmi 290 milyon il sonra müşahidə olunub.
         Bu fakt özü-özlüyündə təəccüb doğurur, çünki müasir modellər ulduzların və qalaktikaların bu qədər sürətli inkişafını nəzərdə tutmur. Aydındır ki, Yer elmi kainatın təkamülünü qiymətləndirərkən hansısa vacib məqamı nəzərdən qaçırır. JADES-GS-z14-0 qalaktikası alimlər arasında artan marağa səbəb olmaya bilməzdi - tədqiqatçılar bunu uşaq bağçasında bir yeniyetmənin aşkar olunması ilə müqayisə edirlər. Bu “böyümüş qalaktikanın” kimyəvi tərkibini daha dərindən araşdırmaq üçün Çilidə yerləşən Atacama Large Millimeter/submillimeter Array (ALMA) radioteleskopundan istifadə olunub. Radiodalğa diapazonunda aparılan müşahidələr, soyuq atomların şüalanma spektrlərini tutmağa imkan verir. Bu, infraqırmızı və görünən işıq diapazonlarından fərqlidir, çünki sonuncular daha yüksək enerji səviyyələrini qeydə alır.
         JADES-GS-z14-0 qalaktikasından alınan siqnallar tədqiqatçıları heyrətə salıb. Oradakı molekulyar oksigen səviyyəsi, ulduzların təkamül modellərində nəzərdə tutulan həddi 10 dəfə üstələyib. Oksigen, hidrogen heliumdan daha ağır olan digər elementlər, ulduzların daxilində nüvə sintezi nəticəsində yaranır. Bu elementlər ulduzların ömrünün sonunda, supernova partlayışları zamanı ulduzlararası fəzaya yayılır. Başqa sözlə desək, bu, çox yavaş gedən bir prosesdir. Buna görə də Böyük partlayışdan cəmi 290 milyon il sonra JADES-GS-z14-0 qalaktikasında müşahidə olunan bu qədər yüksək oksigen səviyyəsi elm üçün hələ də cavabsız qalan bir sirrdir. Bu sirri aydınlaşdırmaq üçün yeni və genişmiqyaslı müşahidələrə ehtiyac olacaq.
    Mənbə: Science Alert
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    Ay səthindən çəkilmiş gün batımı fotoları göndərilib
    ay-sethinden-cekilmis-gun-batimi-fotolari-gonderilib
    Yerin fırlanmasından enerjinin əldə edilməsi mümkünlüyü yoxlanılıb
    yerin-firlanmasindan-enerjinin-elde-edilmesi-mumkunluyu-yoxlanilib
    Təbiət tərəfindən yaradılmış “zaman kapsulları” aşkar edilib
    tebiet-terefinden-yaradilmis-zaman-kapsullari-askar-edilib
    Biofarminq texnologiyası ev şəraitində dərman hazırlamağa imkan verəcək
    biofarminq-texnologiyasi-ev-seraitinde-derman-hazirlamaga-imkan-verecek
    Yerə düşən meteoritlər itirilmiş bir planetin qalıqları ola bilərlər
    yere-dusen-meteoritler-itirilmis-bir-planetin-qaliqlari-ola-bilerler