main-post-cover

    Meteorit sayəsində Mars-da 742 milyon il bundan öncə suyun mövcud olduğu təyin edilib

    Elm & Texnologiya
    19.11.2024
    Emil Nəcəfov
         Alimlər təqribi olaraq 10.7 milyon il bundan öncə asteroid ilə toqquşma nəticəsində Mars səthindən kosmosa atılmış Lafayet adlı meteoriti analiz edərək Marsın keçmişi barəsində yeni təfərrüatları əldə ediblər. Müasir analiz üsullarından istifadə edərək mütəxəssislər təyin ediblər ki, təqribi olaraq 742 milyon il bundan öncə Mars süxurları maye şəklində su ilə əlaqədə olublar. Qeyd etmək lazımdır ki, Lafayet adlı meteorit Mars ilə əlaqəli olan nadir meteoritlərdən biridir. O, 1.3-1.4 milyard il bundan öncə formalaşmış vulkanik süxurlar sinifinə daxildir. Lafayet-in tərkibindəki izotopların unikal nisbətləri onun Mars mənşəli olduğunu təsdiqləyiblər.
         Lafayet ilə bağlı olan maraqlı bir fakt ondan ibarətdir ki, o, 1931-ci ildə Perdyu Universitetinin kolleksiyaları arasında tapılmışdı. Meteoritin hansı şərtlər altında universitet kolleksiyaları arasına düşdüyü indiyənə kimi bilinmir. Lafayet-in su ilə qarşılıqlı əlaqədə olması daha öncə də aydın idi. Lakin bu qarşılıqlı əlaqənin nə zaman baş verdiyini dəqiq şəkildə yalnız indi təyin etmək mümkün olub. Bu vacib kəşf alimlərin Mars barəsindəki təsvirlərini tamamlayır. Görünür, Mars səthində su öncə düşünüldüyündən daha gec zamanda mövcud olub. Mars ilə əlaqəli olan meteoritlər onun geoloji tarixçəsini müşahidə etməyə imkan verirlər. Lafayet-in tədqiqatı öz növbəsində Marsın iqlim dəyişiklikləri və təkamülünü daha dərindən anlamağa yardımçı olur.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    Marsda qədim okeanın sahil xətti aşkar edilib
    marsda-qedim-okeanin-sahil-xetti-askar-edilib
    Dünyanın ilk “taxta” peyki kosmosa buraxılıb!
    dunyanin-ilk-taxta-peyki-kosmosa-buraxilib
    Perseverance, Marsda yaşanan Günəş tutulmasını qeydə alıb! (VİDEO)
    perseverance-marsda-yasanan-gunes-tutulmasini-qeyde-alib
    Mars üçün "neyromorfik" süni intellekt sınaqdan keçirilir!
    mars-ucun-neyromorfik-suni-intellekt-sinaqdan-kecirilir
    Marsın bəzi bölgələri həyatı dəstəkləyəcək şəraitə sahib ola bilər!
    marsin-bezi-bolgeleri-heyati-destekleyecek-seraite-sahib-ola-biler