MIT tədqiqatçıları, "gələcəkdəki özünüzlə" danışa biləcəyiniz süni intellekt hazırlayıb!
Elm & Texnologiya
24.06.2024
Farid Pardashunas
Massaçusets Texnologiya İnstitutunun (MIT) tədqiqatçıları, istifadəçilər üçün gələcək şəxsiyyətləri ilə söhbətləri simulyasiya edəcək, narahatlığı azaltmağa və motivasiyanı artırmağa kömək edəcək süni intellekt chatbot-u hazırlayıblar.
MİT-in Media Laboratoriyasında tədqiqatçılar qrupu tərəfindən yaradılan süni intellekt chatbot-unun məqsədi 18-30 yaş arası gənclərə kömək etməkdir. "Gələcək Sən" adlı bu layihə, təbii səslənən söhbətlər hazırlamaq və hər bir istifadəçi üçün uyğunlaşdırılmış "sintetik xatirələr" yaratmaq üçün OpenAI-nin GPT-3.5 modelindən istifadə edir. Bu söhbətlər, istifadəçinin arxa plan hekayələrinə əsaslanır ki, bu da istifadəçinin istəklərini, keçmiş təcrübələrini və əhəmiyyətli həyat hadisələrini özündə birləşdirməyə kömək edir.
İstifadəçilər, daha sonra 60 yaşlı görünüşlərini təsvir etmək üçün rəqəmsal olaraq yaşlandırılmış cari bir fotoşəkil yükləyirlər. Rəqəmsal olaraq yaşlandırılmış bu görüntü, chatbot ilə qarşılıqlı əlaqə zamanı onların gələcək şəxsiyyətlərinin əyani təsviri kimi xidmət edir. Chatbot, təqdim olunan bu məlumatlardan istifadə edərək, əlaqəli arxa plan hekayəsi və ya başqa sözlə desək, "sintetik yaddaş" və reala bənzər bir gələcəkdəki şəxsiyyəti yaradır.
18-30 yaş arası 344 iştirakçının daxil olduğu ilkin tədqiqat, ümidverici nəticələr göstərib. İstifadəçilər gələcək mənlikləri ilə söhbət etdikdən sonra narahatlığın azaldığını və mənfi emosiyaların aşağı səviyyədə olduğunu bildiriblər. Onlar həmçinin sağlamlıq, təhsil və maliyyə planlaşdırması ilə bağlı daha yaxşı qərarların qəbul edilməsinə səbəb ola biləcək gələcəkləri ilə daha güclü əlaqə hiss etdiklərini də söyləyiblər.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Alimlər süni intellekt sayəsində Parkinson xəstəliyini bir neçə il öncədən müəyyən edə biliblər!
Alimlər süni intellekt sayəsində Parkinson xəstəliyini bir neçə il öncədən müəyyən edə biliblər!
Alimlər tərəfindən aparılan yeni bir araşdırmada süni intellekt, Parkinson xəstəliyini simptomları başlamazdan illər əvvəl 100% dəqiqliklə proqnozlaşdıra bilib.
Smartfonlar yuxuya təsir göstərirlərmi?
Smartfonlar yuxuya təsir göstərirlərmi?
Aparılmış yeni tədqiqata əsasən smartfon ekranı tərəfindən şüalanan göy işıq gecələr istifadəçinin yuxusuna zərər yetirmir.
İnsan böyrəkləri uzunmüddətli kosmik uçuşlara tab gətirə bilməzlər
İnsan böyrəkləri uzunmüddətli kosmik uçuşlara tab gətirə bilməzlər
Astronavtların da iştirakı ilə baş tutacaq Mars missiyaları insanlığın uzunmüddətli məqsədidir və bu cür missiyaların növbəti onilliklərdə baş tutacağı nəzərdə tutulub.
Avtomobili avtonom şəkildə idarə edə bilən insanabənzər robot hazırlanıb!
Avtomobili avtonom şəkildə idarə edə bilən insanabənzər robot hazırlanıb!
Avtonom nəqliyyat vasitələri ilə bağlı araşdırmalar davam edərkən, tədqiqatçılar iki trend mövzunu bir araya gətiriblər. Belə ki, Tokio Universitetində avtomobili avtonom idarə edə bilən insanabənzər robot hazırlanıb.
Marsda buz kəşf edilib!
Marsda buz kəşf edilib!
Avropa Kosmik Agentliyi, Marsın ekvator bölgəsindəki vulkanının zirvəsində buz qatının aşkar edildiyini açıqlayıb. Ekspertlər, bunun gözlənilməz bir vəziyyət olduğunu bildirirlər.
Həftənin xəbərləri
WhatsApp-dan göndərilən toy dəvətnamələrinə diqqət edin: Telefonunuz ələ keçirilə bilər!
Alimlər ilk dəfə olaraq, kvant tunelləmə vasitəsilə atom ötürülməsini həyata keçirə biliblər!