
Neyrodegenerativ xəstəliklərin inkişafını bloklayan molekul aşkar edilib
Elm & Texnologiya
13.05.2025
Emil Nəcəfov
Avstraliyalı alimlər neyrodegenerasiya fonunda neyronların məhvinin qarşısını ala bilən bir molekul müəyyən ediblər. Əvvəlcə tədqiqatçılar Parkinson xəstəliyinin müalicəsi üçün dərman yaratmağı hədəfləmişdilər, lakin bu kəşf hələ də müalicəsi mümkün olmayan xəstəliklərə qarşı universal terapiya yaradılması ümidini doğurur. Uolter və Eliza Holl Tibb Tədqiqatları İnstitutunun komandası 100 minə yaxın kimyəvi birləşmənin xüsusiyyətlərini təhlil edib və bunlardan birinin VAH adlı zülala təsir etməklə hüceyrə məhvinin qarşısını effektiv şəkildə aldığını aşkar edib. Alimlər artıq bilirdilər ki, VAH zülalı proqramlaşdırılmış hüceyrə ölümünü dayandırır. İndi isə onlar bu mexanizmi idarə etmək üçün bir vasitəyə sahibdirlər.

“Digər hüceyrələrdən fərqli olaraq, neyronlarda VAH zülalının deaktiv edilməsi hüceyrə ölümünün məhdudlaşdırılması üçün kifayətdir” - deyə tədqiqatçılar qeyd ediblər. Təcrübələr göstərib ki, yeni molekul mitoxondriləri qoruyur və bununla da hüceyrənin funksiyasını saxlayır. Əvvəlcə bu tədqiqat Parkinson xəstəliyi üçün yeni müalicə üsulu axtarışı çərçivəsində aparılsa da, indi alimlər bu yeni yanaşmanın Altsheymer xəstəliyi də daxil olmaqla neyrodegenerativ xəstəliklərin universal müalicəsi üçün potensiala sahib olduğunu düşünürlər. “Bu kəşf neyrodegenerativ xəstəliklərlə mübarizə üçün növbəti nəsil hüceyrə ölümü inhibitorlarının yaradılmasına yol açır” - deyə tədqiqatçılar bildiriblər. İndi bu terapiyanın potensialı fərqli xəstəlik modellərində təsdiqlənməlidir.
Mənbə: Wehi
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Alimlər qurğuşunu qızıla çevirə biliblər

Alimlər qurğuşunu qızıla çevirə biliblər
7-ci əsr kimyaçıları ucuz qurğuşunu qiymətli qızıla çevirməyi xəyal edirdilər. Lakin protonların sayındakı fərqə görə bu, kimyəvi baxımdan mümkün deyil. Buna baxmayaraq, CERN fizikləri Böyük Adron Kollayderi (BAK) vasitəsilə qurğuşun ionlarını toqquşduraraq transmutasiya həyata keçiriblər.
Statistik baxımdan biz artıq yadplanetliləri aşkar etməli idik

Statistik baxımdan biz artıq yadplanetliləri aşkar etməli idik
Texnoloji cəhətdən inkişaf etmiş bir sivilizasiya nəzəri olaraq cəmi bir neçə milyon il ərzində bütün Süd Yolunu kolonizasiya edə bilərdi - bu, kosmik zaman ölçüsündə qısa bir müddətdir.
Məhvolma prosesindəki ulduzun məlumatları musiqiyə çevrilib (VİDEO)

Məhvolma prosesindəki ulduzun məlumatları musiqiyə çevrilib (VİDEO)
NASA bir neçə kosmik teleskop tərəfindən toplanan məlumatlar əsasında yaradılmış üç musiqi kompozisiyasını dərc edib. Yeni səsləndirmələr (sonifikasiya) Chandra kosmik rentgen teleskopu, James Webb kosmik teleskopu və rentgen polarimetriyasını araşdırmaq üçün nəzərdə tutulmuş Imaging X-Ray Polarimetry Explorer (IXPE) kosmik aparatı tərəfindən əldə olunmuş məlumatlardan hazırlanıb.
Marsda səthaltı su 20 km dərinlikdə yerləşə bilər

Marsda səthaltı su 20 km dərinlikdə yerləşə bilər
Geofiziklərdən ibarət beynəlxalq qrup Qırmızı planetin öyrənilməsində mühüm bir irəliləyiş əldə edib. Belə ki, NASA-nın InSight missiyasının seysmometrinin məlumatlarından istifadə edərək alimlər Marsın səthinin 5-20 kilometr dərinliyində geniş bir maye su ehtiyatının mövcudluğunu təsdiqləyiblər.
Səudiyyə Ərəbistanının "The Line" layihəsi regiondakı iqlimi dəyişə bilər

Səudiyyə Ərəbistanının "The Line" layihəsi regiondakı iqlimi dəyişə bilər
Səudiyyə Ərəbistanında regionun iqliminə bilavasitə təsir göstərə biləcək bir neçə irimiqyaslı tikinti layihəsinə start verilib. Bu barədə Financial Times nəşrinin dərc etdiyi müsahibədə bir iqlim mütəxəssisi xəbərdarlıq edib.
Həftənin xəbərləri

