Orta səviyyəli smartfonlar üçün MediaTek Dimensity 7300 və Dimensity 7300X prosessorları təqdim edilib
Elm & Texnologiya
31.05.2024
Emil Nəcəfov
MediaTek şirkəti orta səviyyəli smartfonlar üçün nəzərdə tutulmuş iki yeni prosessorunu təqdim edib. Söhbət, Dimensity 7300 və Dimensity 7300X adlı prosessorlardan gedir. Bu yeni prosessorlar 4 nanometrlik texnoloji proses əsasında hazırlanıblar. Hər iki prosessor 8 nüvəlidir və nüvələr “4+4” sxemi üzrə yerləşiblər. 4 ədəd Cortex-A78 nüvəsi + 4 ədəd Cortex-A55 nüvəsi. Bu prosessorlarda qrafik imkanlardan ARM Mali-G615 MC2 qrafik çipi cavabdehdir. Sözügedən prosessorlar süni zəka əməliyyatları çərçivəsində 2 dəfə yaxşılaşdırılmış hesablama imkanlarına sahibdirlər. Bununla yanaşı həm Dimensity 7300 həm də Dimensity 7300X LPDDR4x və LPDDR5 standartlı RAM yaddaşlarını, UFS 3.1 standartlı daxili yaddaş həcmlərini, Wi-Fi 6E-ni və Bluetooth 5.4-ü dəstəkləyirlər.
Foto və video çəkiliş imkanları mövzusunda prosessorlar 200 MP-ə kimi kameraların, saniyədə 30 kadr sürətlə 4K videoların və 4K keyfiyyətdə HDR videoların çəkilişi imkanlarının dəstəklərinə sahibdirlər. Dimensity 7300 ilə Dimensity 7300X arasında olan əsas fərq ondadır ki, sonuncu prosessor üstəlik eyni anda iki ekranla çalışa bilir. Burda əsasən 144 Hz-lik təsvir yenilənməsinə sahib Full HD+ keyfiyyətli və 120 Hz-lik təsvir yenilənməsinə sahib Wide Full HD+ keyfiyyətli ekranları qeyd etmək lazımdır. Qeyd etmək lazımdır ki, Dimensity 7300X prosessorunu ilk olaraq qatlana bilən qapaqlı Motorola Razr 50 smartfonu, Dimensity 7300 prosessorunu isə OPPO Reno 12 smartfonlarından biri əldə etməlidir.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
MediaTek Dimensity 9400 flaqman prosessorunun təfərrüatları açıqlanıb
MediaTek Dimensity 9400 flaqman prosessorunun təfərrüatları açıqlanıb
MediaTek şirkəti bu il yeni flaqman prosessorunu təqdim edəcək. Söhbət, Dimensity 9400-dən gedir.
MediaTek və NVIDIA-nın birgə hazırladıqları desktop prosessor barəsində təfərrüatlar məlum olub
MediaTek və NVIDIA-nın birgə hazırladıqları desktop prosessor barəsində təfərrüatlar məlum olub
1 il bundan öncə məlumat ortaya çıxmışdı ki, MediaTek şirkəti kompüterlər üçün nəzərdə tutulmuş yeni prosessorun hazırlanmasında NVIDIA ilə əməkdaşlığa başlayıb.
Orta büdcəli smartfonlar üçün MediaTek Dimensity 8250 prosessoru təqdim edilib
Orta büdcəli smartfonlar üçün MediaTek Dimensity 8250 prosessoru təqdim edilib
MediaTek şirkəti orta büdcəli smartfonlar üçün nəzərdə tutulmuş yeni prosessorunu təqdim edib. Şirkətin yeni prosessoru Dimensity 8250 adlanır.
MediaTek Dimensity 9300 Plus flaqman prosessoru təqdim edilib
MediaTek Dimensity 9300 Plus flaqman prosessoru təqdim edilib
MediaTek şirkəti daha öncə də söz vermiş olduğu kimi öz yeni flaqman prosessorunu təqdim edib. Söhbət, keçən il təqdim edilmiş Dimensity 9300 prosessorunun təkmilləşdirilmiş versiyası olan Dimensity 9300 Plus-dan gedir.
MediaTek Dimensity 9400 prosessoru Apple A17 Pro və Snapdragon 8 Gen 4 ilə rəqabət aparacaq
MediaTek Dimensity 9400 prosessoru Apple A17 Pro və Snapdragon 8 Gen 4 ilə rəqabət aparacaq
MediaTek şirkəti bu ilin ikinci yarısında Dimensity 9400 adlı yeni flaqman prosessorunu təqdim etməlidir. İndi isə Digital Chat Station ləqəbli məşhur insayder bu yeni flaqman prosessor barəsində növbəti məlumatları təqdim edib.
Həftənin xəbərləri
WhatsApp-dan göndərilən toy dəvətnamələrinə diqqət edin: Telefonunuz ələ keçirilə bilər!
Alimlər ilk dəfə olaraq, kvant tunelləmə vasitəsilə atom ötürülməsini həyata keçirə biliblər!