main-post-cover

    Planetdə rekord istiliyə sahib ardıcıl 13-cü ay yaşanıb

    Elm & Texnologiya
    09.07.2024
    Emil Nəcəfov
          İqlim böhranı Yer kürəsində hökm sürməyə davam edir. Nəticədə planetin müxtəlif nöqtələrində istilik dalğaları, quraqlıqlar və meşə yanğınları müşahidə edilir. Atlantikadakı qasırğalar sezonu isə bu dəfə daha ekstremal hal alıb. Bizim planet qlobal miqyasda uzumüddətli rekord istilik dövrünü yaşayır. Mütəxəssislər bildiriblər ki, 2024-cü ilin iyun ayı indiyənə kimi müşahidə edilmiş iyun ayları arasında ən istisi olub. Bununla yanaşı bu ilin iyun ayı rekord yüksək temperatura sahib ardıcıl 13-cü ay olub. Beləliklə 2023-cü ilin iyun ayından başlayaraq hər ay tarixdə ən isti ay kimi qeydə alınıb.
          Bu isə öz növbəsində qlobal istiləşmə tendensiyasının mövcudluğunu sübut edir. Avropa Birliyinin Copernicus adlı iqlim dəyişikliyi xidmətinin məlumatlarına əsasən bu ilin iyun ayında orta qlobal temperatur göstəricisi 16.66 dərəcə Selsi təşkil edib. Bu isə keçən ilin iyun ayındakı orta qlobal temperatur göstəricisindən 0.14 dərəcə Selsi daha yüksəkdir. Alimlər həmçinin narahatdırlar ki, keçən ay müşahidə edilmiş orta temperatur göstəricisi 1991-ci ildən 2020-ci ilə kimi müşahidə edilmiş iyun aylarındakı orta temperatur göstəricisindən 0.67 dərəcə Selsi yüksəkdir. Mütəxəssislər belə qənaətə gəliblər ki, planetdəki bu period adi statistik qəribəlikdən daha böyük bir faktor rolunda çıxış edir.
         Faktiki olaraq temperatur rekordlarına imza atan period planetin iqlimində gedən böyük və davamlı dəyişiklikləri əks etdirir. Aparılmış yeni müşahidələr həmçinin onu göstəriblər ki, son 12 ay ərzində orta qlobal temperatur göstəricisi 1991-ci ildən 2020-ci ilə kimi olmuş orta qlobal temperatur göstəricisindən 0.76 dərəcə Selsi daha yüksək olub. Mütəxəssislərin sözlərinə əsasən rekord dərəcədə istilik dalğaları planetin quru sahəsi ilə yanaşı su sahəsinə də təsir göstəriblər. Məlumata əsasən keçən ay dəniz səthinin orta qlobal temperatur göstəricisi 20.85 dərəcə Selsi təşkil edib. Yəni dəniz səthindəki temperatur göstəricisi 15-ci aydır ki, ən yüksək göstəricini əks etdirir.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    Son 12 ayın hər biri qlobal temperatur rekorduna imza atıb (VİDEO)
    son-12-ayin-her-biri-qlobal-temperatur-rekorduna-imza-atib-video
    Qlobal istiləşmə sürətli templə irəliləməyə davam edir
    qlobal-istilesme-suretli-temple-irelilemeye-davam-edir
    Bu yüzilliyin sonuna kimi insanlar su qıtlığı problemi ilə qarşılaşacaqlar
    bu-yuzilliyin-sonuna-kimi-insanlar-su-qitligi-problemi-ile-qarsilasacaqlar
    İstilik dalğaları səbəbilə bütün dünyada həyatlarını itirmiş insanların sayı məlum olub
    istilik-dalgalari-sebebile-butun-dunyada-heyatlarini-itirmis-insanlarin-sayi-melum-olub
    Yer kürəsinin yeraltı su mənbələri artıq bu əsrin ortasına kimi tükənə bilər
    yer-kuresinin-yeralti-su-menbeleri-artiq-bu-esrin-ortasina-kimi-tukene-biler