Qualcomm iki yeni prosessorunu təqdim etməyə hazırlaşır
Elm & Texnologiya
21.02.2024
Emil Nəcəfov
İnsayderlərin sözlərinə əsasən Qualcomm şirkəti iki yeni prosessorunu təqdim etməyə hazırlaşır. Məlumatda qeyd edilib ki, söhbət, Snapdragon 8s Gen 3 flaqman prosessorundan və Snapdragon 7+ Gen 3 adlı orta səviyyəli prosessordan gedir. Snapdragon 8s Gen 3 prosessoru SM8635 model nömrəsinə, Snapdragon 7+ Gen 3 prosessoru isə SM7675 model nömrəsinə sahibdir. İnsayderlər bildiriblər ki, hər iki prosessorun arxitekturası Snapdragon 8 Gen 3 flaqman prosessorunun arxitekturası ilə eyni olacaq.
Snapdragon 8s Gen 3 prosessorunun 3.0 GHz tezlikdə çalışan 1 ədəd Cortex-X4 nüvəsinə, 2.6 GHz tezlikdə çalışan 4 ədəd Cortex-A720 nüvəsinə və 1.8 GHz tezlikdə çalışan 3 ədəd Cortex-A520 nüvəsinə sahib olacağı gözlənilir. Snapdragon 7+ Gen 3 prosessoruna gəldikdə isə onun 2.8 Ghz tezlikdə çalışan 1 ədəd Cortex-X4 nüvəsini, 2.4 GHz tezlikdə çalışan 4 ədəd Cortex-A720 nüvəsini və 1.8 GHz tezlikdə çalışan 3 ədəd Cortex-A520 nüvəsini əldə edəcəyi gözlənilir. Bu yeni prosessorlar artıq gələn ay təqdim oluna bilərlər.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Samsung 2 nanometrlik prosessorların istehsalı ilə məşğul olacaq
Samsung 2 nanometrlik prosessorların istehsalı ilə məşğul olacaq
Verilmiş yeni məlumata əsasən Qualcomm şirkəti yeni mobil prosessorların hazırlanmasında Samsung ilə əməkdaşlıq etməyi planlaşdırır.
Qualcomm Snapdragon 4 Gen 3 prosessoru üzərində çalışır
Qualcomm Snapdragon 4 Gen 3 prosessoru üzərində çalışır
Məşhur insayder Roland Quandt-ın vermiş olduğu məlumata əsasən Qualcomm şirkəti Snapdragon 4 seriyasının yeni prosessoru üzərində çalışır.
Samsung flaqman Galaxy smartfonlarında Snapdragon prosessorlarından istifadəyə davam edəcək
Samsung flaqman Galaxy smartfonlarında Snapdragon prosessorlarından istifadəyə davam edəcək
Samsung şirkətinin Galaxy S24 smartfon seriyasında müxtəlif prosessorlardan istifadə praktikasını geri qaytarmasına baxmayaraq o, Snapdragon prosessorlarından imtina etmək niyyətində deyil.
Qualcomm-un yeni subflaqman prosessoru barəsində məlumatlar verilib
Qualcomm-un yeni subflaqman prosessoru barəsində məlumatlar verilib
Digital Chat Station ləqəbli məşhur insayder Qualcomm şirkətinin SM8635 kataloq nömrəsinə sahib yeni prosessoru barəsində məlumatlar verib.
Snapdragon 8 Gen 4 prosessorlu smartfonlar daha baha qiymətə satılacaq
Snapdragon 8 Gen 4 prosessorlu smartfonlar daha baha qiymətə satılacaq
Çinin Weibo adlı sosial şəbəkəsində Qualcomm-un son 9 il ərzində olmuş flaqman prosessorlarının qiymətlərini özündə birləşdirən foto ortaya çıxıb.
Həftənin xəbərləri
WhatsApp-dan göndərilən toy dəvətnamələrinə diqqət edin: Telefonunuz ələ keçirilə bilər!
Alimlər ilk dəfə olaraq, kvant tunelləmə vasitəsilə atom ötürülməsini həyata keçirə biliblər!