main-post-cover

    Snapdragon 8 Gen Elite prosessorunun imkanları açıqlanıb

    Elm & Texnologiya
    07.05.2025
    Emil Nəcəfov
         Digital Chat Station ləqəbli məşhur insayder, Qualcomm şirkətinin 2025-ci ilin ikinci yarısında təqdim etməsi gözlənilən Snapdragon 8 Gen Elite 2 adlı flaqman mobil prosessorunun xüsusiyyətlərini açıqlayıb. Snapdragon 8 Gen Elite 2, TSMC-nin üçüncü nəsil təkmilləşdirilmiş 3 nanometrlik texnoloji prosesi əsasında istehsal olunacaq və yenilənmiş Adreno 8401 qrafik çipinə, həmçinin 100 TOPS-dan artıq məhsuldarlığa malik neyron çipinə (NPU) sahib olacaq. Bu, mövcud Snapdragon X Elite prosessorunun (45 TOPS) ikiqat gücündədir.
         Prosessor 8 nüvəli olacaq və nüvələr onun tərkibində “2 + 6” konfiqurasiyasında yerləşəcəklər. Yəni 2 ədəd yüksək performanslı Pegasus nüvəsi və 6 ədəd enerji effektivliyi nüvəsi. Pegasus nüvələri 5 GHz-ə qədər sürətlənə bilir. Prosessorun keş yaddaşı 32 MB-a qədər artırılacaq və AnTuTu testində mövcud flaqmanlarla müqayisədə performans artımı 40.7% səviyyəsində gözlənilir. Bu prosessor görüntü emalı və səsli əmrlərin daha yüksək səmərəliliklə emalı da daxil olmaqla, genişləndirilmiş süni zəka imkanlarına istiqamətlənəcək. Snapdragon 8 Gen Elite 2 ilə təchiz edilmiş ilk smartfonlar 2025-ci ilin oktyabrında satışa çıxa bilər və çox güman ki, bu prosessoru öz cihazlarında ilk tətbiq edəcək şirkət Xiaomi olacaq.
    Mənbə: Wccftech
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    Snapdragon 8s Gen 4 subflaqman prosessoru təqdim edilib
    snapdragon-8s-gen-4-subflaqman-prosessoru-teqdim-edilib
    Samsung Snapdragon prosessorlu smartfonlarında 8 illik Android dəstəyini reallaşdıra bilər
    samsung-snapdragon-prosessorlu-smartfonlarinda-8-illik-android-desteyini-reallasdira-biler
    Snapdragon 6 Gen 4 prosessorunun texniki imkanları ortaya çıxıb
    snapdragon-6-gen-4-prosessorunun-texniki-imkanlari-ortaya-cixib
    Samsung-un bəzi yeni qatlana bilən smartfonları Snapdragon 9 Elite prosessorunun yeni versiyasını əldə edəcəklər
    samsung-un-bezi-yeni-qatlana-bilen-smartfonlari-snapdragon-9-elite-prosessorunun-yeni-versiyasini-elde-edecekler
    Snapdragon 8s Elite prosessoru Geekbench testlərindən keçib
    snapdragon-8s-elite-prosessoru-geekbench-testlerinden-kecib