main-post-cover

    SpaceX Falcon 9-un təkrar istifadəsində yeni rekorda imza atıb

    Elm & Texnologiya
    13.05.2025
    Emil Nəcəfov
         SpaceX şirkəti Falcon 9 raketlərinin çoxistifadəli ilk pillələrinin yenidən istifadəsində sərhədləri genişləndirməyə davam edir. Bu gün B1067 indeksli pillə artıq 28-ci dəfə faydalı yük daşıyan sürətləndirici blokla kosmosa qalxdı və okeandakı platformaya yumşaq eniş etdi. Bu isə o deməkdir ki, artıq 29-cu uçuş üçün texniki əsas mövcuddur. 2025-ci il 13 may tarixində, SpaceX Falcon 9 raketi Florida ştatında yerləşən Kennedi Kosmik Mərkəzindən buraxılıb. Bu, Falcon 9-un ilk pilləsinin rekord sayda - 28-ci uçuşu idi. Bu rekord isə 1 ay belə davam etmədi.
         Belə ki, daha əvvəl 27 dəfə istifadə olunmuş pillə ilə raketin təkrar buraxılışı 14 aprel tarixində həyata keçirilmişdi. Maraqlıdır ki, o vaxt SpaceX orbitə 27 ədəd V2 Mini internet peyki buraxmışdı. Bu gün isə 28 peyk buraxılıb. Bununla da anın rəmzi mənasını xüsusi vurğulanıb. Qeyd edək ki, SpaceX əvvəlcədən raketlərin birinci pillələrini təkrar istifadə üçün hazırlamışdı. Əvvəlcə 15 dəfə, daha sonra isə son modifikasiyada 20 dəfə istifadəyə qədər nəzərdə tutulmuşdu.
        Pillənin 28-ci dəfə buraxılması və yenidən tam uğurla tamamlanması SpaceX mühəndislərinin illər əvvəl seçdikləri strategiyanın düzgünlüyünü bir daha sübut edir. Halbuki bu yanaşmaya 15-20 il əvvəl çox az adam inanırdı. Müstəqil müşahidəçilərin məlumatlarına əsasən hazırda orbitdə təxminən 7400 ədəd SpaceX peyki mövcuddur. Gələcəkdə bu sayın 40 000-ə çatacağı planlaşdırılır. Birinci pillələrin təkrar istifadəsi peyk qruplaşmasının yerləşdirilmə xərclərini xeyli azaldır. Lakin əsl texnoloji sıçrayış üçün şirkət çoxistifadəli Starship gəmisinin müntəzəm və qəzasız buraxılışlarına nail olmalıdır. Yeri gəlmişkən, Starship-in növbəti sınaq uçuşu təxminən 1 həftə sonra gözlənilir.
    Mənbə: Space.com
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    Tesla-nın Optimus robotu rəqs etməyi öyrənib (VİDEO)
    tesla-nin-optimus-robotu-reqs-etmeyi-oyrenib-video
    Səudiyyə Ərəbistanının "The Line" layihəsi regiondakı iqlimi dəyişə bilər
    seudiyye-erebistaninin-the-line-layihesi-regiondaki-iqlimi-deyise-biler
    xAI şirkətinin Colossus adlı süni zəka superkompüteri tam güclə işə salınıb
    xai-sirketinin-colossus-adli-suni-zeka-superkomputeri-tam-gucle-ise-salinib
    Çin polisi insanabənzər robotu xidmətə cəlb edib
    cin-polisi-insanabenzer-robotu-xidmete-celb-edib
    ABŞ-ın raketdən müdafiə sistemi layihəsi “Qızıl Günbəz”in hansı qiymətə başa gələ biləcəyi məlum olub
    abs-in-raketden-mudafie-sistemi-layihesi-qizil-gunbezin-hansi-qiymete-basa-gele-bileceyi-melum-olub