main-post-cover

    ABŞ-ın raketdən müdafiə sistemi layihəsi “Qızıl Günbəz”in hansı qiymətə başa gələ biləcəyi məlum olub

    Elm & Texnologiya
    06.05.2025
    Emil Nəcəfov
         ABŞ Konqresinin Büdcə İdarəsi, prezident Donald Trump tərəfindən irəli sürülmüş və “Qızıl Günbəz” adı ilə tanınan kosmosda yerləşdirilmiş raketdən müdafiə sistemi layihəsinin həyata keçirilmə xərclərinə dair ilk müstəqil qiymətləndirməni açıqlayıb. Senatın Silahlı Qüvvələr üzrə Alt Komitəsi üçün hazırlanmış hesabatda bildirilir ki, layihənin dəyəri növbəti 20 il ərzində 161 milyard dollardan 542 milyard dollara qədər ola bilər. Bu rəqəm sistemin miqyasından, orbitə çıxarılacaq raket tutucularının sayından və buraxılış xərclərindən asılı olaraq dəyişir. Qiymətləndirmə, Büdcə İdarəsi və Milli Tədqiqat Şurası tərəfindən daha əvvəl aparılmış araşdırmalara əsaslanır.
         Bu araşdırmalarda, xüsusilə Şimali Koreyadan qaynaqlanan potensial ballistik təhdidlərə qarşı kosmik müdafiə konsepsiyası nəzərdən keçirilmişdi. Hesabatda qeyd olunur ki, “Qızıl Günbəz” layihəsi, Ronald Reagan dövründə irəli sürülmüş və “Ulduz Müharibələri” kimi tanınan kosmik raketdən müdafiə sistemi ideyasını təkrar edir. Lakin ondan fərqli olaraq, yeni proqram daha ciddi çətinliklərlə üzləşir. Kosmosda yerləşdiriləcək tutucu texnologiyalar hələ də praktiki olaraq sınanmayıb və Çin və Rusiyadan qaynaqlanan təhdidlər daha mürəkkəbdir. Bu isə daha genişmiqyaslı peyk və tutucu qruplaşmalarını tələb edir.
         Ağ Ev və Pentaqon hələlik bu gələcək sistemin arxitekturasını ictimaiyyətə təqdim etməyib. Eyni zamanda, ekspertlər bildirirlər ki, xüsusilə Çin və Rusiyanın peykləri sıradan çıxaran texnologiyalar üzərindəki irəliləyişləri xərcləri artıra bilər, çünki tutucuların güclü müdafiəsi vacib olacaq. Büdcə İdarəsi həmçinin xəbərdarlıq edir ki, konkret texniki həllər və uyğun strategiya olmadan layihənin riskləri yüksək olaraq qalır və siyasi kursun və ya təhlükəsizlik vəziyyətinin dəyişməsi halında onun reallaşdırılması ciddi düzəlişlər tələb edə bilər.
    Mənbə: Bloomberg
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    ABŞ ordusu zirehli texnika əvəzinə dronlara üstünlük verəcək
    abs-ordusu-zirehli-texnika-evezine-dronlara-ustunluk-verecek
    İldə neçə günümüzü internetdə keçirdiyimiz açıqlanıb
    ilde-nece-gunumuzu-internetde-kecirdiyimiz-aciqlanib
    İsveçrədə günəş panellərinə sahib dəmiryolu istifadəyə verilib (VİDEO)
    isvecrede-gunes-panellerine-sahib-demiryolu-istifadeye-verilib-video
    Çində hipersəs sürətli dron hazırlanır
    cinde-hiperses-suretli-dron-hazirlanir
    Elon Musk-ın xAI şirkəti ekologiyaya zərər verməkdə günahlandırılır
    elon-musk-in-xai-sirketi-ekologiyaya-zerer-vermekde-gunahlandirilir