Süd Yolu qalaktikasında hər il hansı sayda ulduz ölür?
Elm & Texnologiya
04.06.2024
Emil Nəcəfov
Gecə səmaya nəzər yetirsək, qədim insanların minlərlə və hətta on minlərlə il bundan öncə görmüş olduqları ulduzları görəcəyik. Lakin kosmos dəyişir. Yeni ulduzlar formalaşdıqca daha köhnələri öz fəaliyyətlərini yekunlaşdırırlar. Hətta bizim Günəş də təqribi olaraq 5 milyard il sonra fəaliyyətini dayandıracaq. Lakin kosmosdakı dəyişikliklər hansı sürətlə gedirlər və Süd Yolu qalaktikasında hər il hansı sayda ulduz öz fəaliyyətini dayandırır? İlk növbədə “ulduzun ölümü” anlayışının nə demək olduğunu başa düşmək lazımdır. Ulduzlar çox isti plazmaya sahib böyük ölçülü sferik obyektlərdir. Bu kosmik obyektlərin fəaliyyətləri onların nüvələrindəki termonüvə sintez reaksiyası sayəsində dəstəklənir. Yəni ulduzlar öz tərkiblərindəki hidrogenin heliuma çevrilmə prosesinin getdiyi müddətcə mövcuddurlar.
Ağ cırtdan:
Onların nüvələrində termonüvə sintez reaksiyası sona çatdıqda ulduzların fəaliyyəti dayanır. Bu və ya digər ulduzun ölümü iki üsuldan biri sayəsində baş verə bilər. Bu halda hansı üsulun olacağı ulduzun kütləsindən asılıdır. Günəş kimi kiçik kütləli ulduzlarda termonüvə sintez reaksiyası onun tərkibindəki bütün hidrogenin heliuma çevrilməsindən sonra dayanır. Yetəri qədər yüksək temperaturun və enerjinin olmadığı və üstəlik öz qravitasiyasına lazımi səviyyədə müqavimət göstərə bilmədiyi üçün ulduz sıxılmağa başlayır. Bu, baş verən zaman ulduzun nüvəsi yüksək dərəcədə təzyiqə məruz qalır və yerdə qalan helium hidrogenə çevriləcək enerji ayırır. Ulduzun xarici qabığı rolunda çıxış edən atmosferi böyüməyə başlayır və qırmızı rəngə boyanır. Nəticədə qırmızı nəhəng formalaşır. Bu, ulduzun ölüm prosesinin ilk mərhələsidir.
Qırmızı nəhəng:
Ulduzun bütün atmosferi buxarlanır və onun yalnız çox yüksək sıxlığa sahib nüvəsi qalır. Beləliklə kiçik kütləli ulduz yüksək sıxlığa sahib kiçik ulduza çevrilir. Bu cür ulduzlar ağ cırtdan adlanırlar. Mütəxəssislərin sözlərinə əsasən bizim qalaktikamızdakı ulduzların 97%-i nəticədə ağ cırtdana çevriləcək. Bizim Günəşi də məhz belə aqibət gözləyir. Bütün ağ cırtdanlar xüsusi şüalanma ifraz edirlər və astronomlar onları məhz xüsusi şüalanma hesabına kəşf edirlər. Bundan əlavə olaraq Süd Yolu qalaktikasında hər il hansı sayda ulduzun öldüyünü təyin etmək üçün alimlər həmin şüalanmadan, yeni ulduzların formalaşma sürətlərindən və ulduzların ümumi saylarından istifadə ediblər. Mövcud statistikaya əsasən hər 2 ildə qalaktikamızda yeni ağ cırtdan formalaşır.
Əgər ulduz Günəşdən 8 dəfə və ya daha çox kütləyə sahibdirsə, onun ölümü başqa üsul vasitəsilə reallaşır. Belə böyük kütləli ulduzların sayı bizim qalaktikada cəmi 3% təşkil edir. Lakin bununla belə onlar kosmosa ciddi təsir göstərirlər. Bu cür ulduzların nüvələrində hidrogen və heliumdan daha ağır kimyəi elementlər formalaşır. Belə ulduzlar nəticədə elə bir kütlə yığırlar ki, onların öz qravitasiyalarına müqavimət göstərmələri mümkün olmur. Nəticədə böyük kütləli ulduzun ölümü supernova partlayışı ilə yekunlaşır. Supernova partlayışı isə öz növbəsində kosmosu ağır elementlərlə zənginləşdirir və həmin ağır elementlər yeni ulduzların və planetlərin formalaşmasında təməl rolunu oynayırlar.
Supernova partlayışının qalıqları:
Böyük kütləli ulduzlar nəticədə sıxılırlar və onların nüvələri ya həddindən artıq böyük sıxlığa sahib neytron ulduza və ya qara dəliyə çevrilirlər. Sonuncu dəfə Süd Yolu qalaktikasında supernova partlayışı 420 il bundan öncə müşahidə edilmişdi. Lakin alimlərin fikirlərinə əsasən bizim qalaktikamızda supernova partlayışları hər 100 ildə 1-2 dəfə baş verir. Süd Yolu qalaktikasının forması, çox sıx olan kosmik qaz və toz dumanlıqları səbəbilə yeni supernova partlayışını müşahidə etmək hələ mümkün olmayıb. Hər 2 ildə kiçik kütləli ulduzun və hər 100 ildə 1-2 böyük kütləli ulduzun öldüyünü nəzərə alsaq, belə qənaətə gəlmək olar ki, Süd Yolu qalaktikasında hər 100 il ərzində 53 ulduz ölür. Bu isə hər il 1.9 ulduzun ölməsi deməkdir.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Bu yüzilliyin sonuna kimi insanlar su qıtlığı problemi ilə qarşılaşacaqlar
Bu yüzilliyin sonuna kimi insanlar su qıtlığı problemi ilə qarşılaşacaqlar
Yer kürəsi insan həyatının bütün sahələrini əhatə edəcək iqlim böhranı ilə qarşı-qarşıyadır. Son məlumatlara əsasən keçən il insanlıq tarixinin ən isti ili kimi qeyd edilib.
Mikroplastik hissəciklərə rast gəlinən yerlərin siyahısı təqdim edilib
Mikroplastik hissəciklərə rast gəlinən yerlərin siyahısı təqdim edilib
Demək olar 170 il bundan öncə ilk plastik material hazırlanmışdı. 1970-ci illərdə isə alimlər artıq mikroplastik barəsində danışmağa başladılar. 2004-cü ildə mikroplastik hissəciklər Britaniyanın sahillərində aşkar ediləndən sonra bu termin geniş şəkildə tanınmağa başladı.
İstilik dalğaları səbəbilə bütün dünyada həyatlarını itirmiş insanların sayı məlum olub
İstilik dalğaları səbəbilə bütün dünyada həyatlarını itirmiş insanların sayı məlum olub
Avstraliyanın Monaş Universitetinin mütəxəssisləri bütün dünyada istilik dalğalarının səbəb olduqları ölümlərin qlobal xəritəçəkməsi üzrə ilk tədqiqatı aparıblar.
Artıq tikintidə beton əvəzinə taxtadan istifadə edilə bilər!
Artıq tikintidə beton əvəzinə taxtadan istifadə edilə bilər!
Çoxmərtəbəli binaların tikinti sənayesində inqilabi material olan Çapraz Laminatlı Taxtalardan istifadə oluna bilər.
40 işıq ili uzaqlığında Yer kürəsinə bənzəyən yeni ekzoplanet kəşf edilib
40 işıq ili uzaqlığında Yer kürəsinə bənzəyən yeni ekzoplanet kəşf edilib
Alimlər TESS kosmik teleskopundan istifadə edərək Yer kürəsindən 40 işıq ili uzaqlığında yerləşən yeni ekzoplaneti kəşf ediblər.
Həftənin xəbərləri
WhatsApp-da səsli mesajları sevməyənlər üçün faydalı funksiya istifadəyə verilib
Astrofizik Daniele Sorini: Biz yadplanetliləri görə bilmirik, çünki onlar başqa kainatdadırlar!