Tarixdə ilk dəfə robot stomatoloq diş müalicəsini uğurla reallaşdırıb (VİDEO)
Elm & Texnologiya
05.08.2024
Emil Nəcəfov
Süni zəka vasitəsilə idarə edilən robot tarixdə ilk dəfə insan üzərində stomatoloji prosesi uğurlu şəkildə yerinə yetirib. Bununla belə real stomatoloqdan fərqli olaraq sözügedən robot öz işini 8 dəfə daha sürətlə yetirib. Bostonun Perceptive şirkəti tərəfindən hazırlanmış bu sistem dişlər, damaqlar və sinirlər də daxil olmaqla bütöv ağız boşluğunun detallı 3D modelini tərtib etmək üçün 3D skan texnologiyasından istifadə edir. Bu prosesdə optik koherent tomoqrafiyasından istifadə edilir. Nəticədə rentgen şüalanmasından istifadəyə ehtiyac qalmır. Belə ki, optik koherent tomoqrafiyası həcmli 3D modellərin tərtibatında yalnız işıq şüalanmasından istifadə edir.
Ağız boşluğunun detallı 3D modeli tərtib ediləndən sonra pasient real stomatoloq ilə birgə müalicə planını müzakirə edir və daha sonra robot prosesin yerinə yetirilməsi mərhələsini öz üzərinə götürür. Robotun ilk öhdəliyi dişin koronka üçün hazır vəziyyətə gətirilməsidir. Adətən bu proses 2 saat vaxt aparır və bununla belə stomatoloqun yanına 2 dəfə müraciət etmək lazım gəlir. Robot isə öz növbəsində sözügedən prosesin öhdəsindən 15 dəqiqəyə gələ bilib. Perceptive şirkətinin sözlərinə əsasən robot ən qəliz şərtlər altında belə təhlükəsiz şəkildə çalışa bilir və insanlar üzərində aparılmış bütün testlər uğurla yekunlaşıb. Lakin robot ABŞ-ın müvafiq tənzimləyici orqanı tərəfindən təsdiqlənməyib. Buna görə də onun nə zaman istifadəyə veriləcəyi bilinmir.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Tencent Robotics X, heyvan hərəkətlərini təqlid edə bilən dördayaqlı robot hazırlayıb!
Tencent Robotics X, heyvan hərəkətlərini təqlid edə bilən dördayaqlı robot hazırlayıb!
Son bir neçə ildə robot istehsalçıları, dördayaqlı robotların çöl şəraitində daha yaxşı hərəkət edə bilmələri üçün onların hərəkətlərini heyvan hərəkətlərinə bənzətməyə çalışırlar. Bunun üzərində çalışan şirkətlərdən biri də Tencent Robotics X-dir.
Volkswagen və UBTech şirkətləri, insanabənzər robotlarla işləyən avtomobil zavodu quracaq!
Volkswagen və UBTech şirkətləri, insanabənzər robotlarla işləyən avtomobil zavodu quracaq!
Avtomobil sənayesində insanabənzər robotların sayı artmaqda davam edir. Nəhayət, Çin robototexnika şirkəti UBTech, insanabənzər robotlarla işləyəcək bir fabrik üçün FAW-Volkswagen ilə birgə çalışacaq.
İnsan hərəkətlərini real zaman ərzində təkrarlayan robot hazırlanıb (VİDEO)
İnsan hərəkətlərini real zaman ərzində təkrarlayan robot hazırlanıb (VİDEO)
Stenford Universitetinin alimləri HumanPlus adlı yeni insanabənzər robotu təqdim ediblər. Sözügedən yeni robot öyrənmə bacarığına və insan hərəkətlərinin qəliz ardıcıllıqla yerinə yetirilməsi özəlliyinə sahibdir.
Çində elektriklə çalışan insana bənzər robot təqdim edilib
Çində elektriklə çalışan insana bənzər robot təqdim edilib
Pekində insana bənzər Tiangong adlı unikal robot təqdim olunub. Bu robot saatda 6 km sürətlə qaça bilən və tamamilə elektrik enerjisi ilə çalışan ilk robotdur.
Cənubi Koreyada robot müəssisə işçisini öldürüb
Cənubi Koreyada robot müəssisə işçisini öldürüb
Cənubi Koreya şirkətinin 40 yaşlı robototexnika mütəxəssisi kənd təsərrüfatı üzrə çeşidləmə mərkəzindəki sənaye yükləmə robotunun sensorlarını yoxlayan zaman həyatını itirib.
Həftənin xəbərləri
GTA 6-nın yeni görüntüləri internetə sızdırılıb!
WhatsApp-dan göndərilən toy dəvətnamələrinə diqqət edin: Telefonunuz ələ keçirilə bilər!