main-post-cover

    TSMC-nın 2 nanometrlik prosessorlarını ilk Apple əldə edəcək

    Elm & Texnologiya
    25.01.2024
    Emil Nəcəfov
         TSMC hal-hazırda aktiv şəkildə 2 nanometrlik prosessorlar üzərində çalışır. Təbii ki, növbəti nəsil prosessorlara böyük tələbat olacaq. Lakin bu cür prosessorları ilk əldə edəcək bəxtəvər kim olacaq? Digitimes saytının vermiş olduğu məlumata əsasən 2 nanometrlik prosessorların ilk əldə edilməsi mövzusunda Apple şirkəti TSMC-nın müştərisi olmağa hazırdır. Gözləntilərə əsasən TSMC 2 nanometrlik prosessorların kütləvi istehsalına 2025-ci ilin ortasında başlamağı planlaşdırır. Şirkət Tayvanda bu prosessorları istehsal edəcək minimum 2 yeni zavodu inşa etməyi hədəfləyib. Qeyd etmək lazımdır ki, hal-hazırda TSMC 3 nanometrlik prosessorun istehsalını yalnız Apple üçün reallaşdırır. Belə ki, iPhone 15 Pro iPhone 15 Pro Max smartfonlarında istifadə olunan A17 Pro prosessoru məhz 3 nanometrlik texnoloji prosesi əsasında hazırlanıb.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    Apple ən çox süni zəka startapı almış şirkətdir
    apple-en-cox-suni-zeka-startapi-almis-sirketdir
    Apple kənar mənbələrdən yüklənəcək tətbiqlərə nəzarət edəcək
    apple-kenar-menbelerden-yuklenecek-tetbiqlere-nezaret-edecek
    iPhone 16 Pro Max-ın əsas arxa kamerası barəsində məlumat verilib
    iphone-16-pro-max-in-esas-arxa-kamerasi-baresinde-melumat-verilib
    Apple smart üzüyünün konseptual fotoları təqdim edilib
    apple-smart-uzuyunun-konseptual-fotolari-teqdim-edilib
    Bugün Apple Macintosh-un 40 yaşı tamam oldu
    bugun-apple-macintosh-un-40-yasi-tamam-oldu