main-post-cover

    Türkiyə öz istehsalı olan ilk səs ballistik raketini təqdim edib

    Elm & Texnologiya
    24.07.2025
    Emil Nəcəfov
         İstanbulda keçirilən Beynəlxalq Müdafiə Sənayesi Sərgisində (IDEF) Türkiyənin Roketsan şirkəti ölkənin istehsal etdiyi ilk hiper­səs ballistik raketini təqdim edib. Söhbət, Tayfun Block-4 adlı raketdən gedir. Onun sürəti 5 Max səviyyəsindədir. Şirkət vurğulayır ki, yeni raket bir çox strateji hədəfləri - o cümlədən hava hücumundan müdafiə sistemlərini, komanda məntəqələrini, hərbi anbarları və digər hərbi obyektləri məhv etmək qabiliyyətinə malikdir. Türkiyə mətbuatının yazdığına görə, Tayfun Block-4 raketi 6.5 metr uzunluğa və 2.3 ton çəkiyə malikdir. Raket bərk yanacaqlı mühərrik vasitəsilə buraxılır, faydalı yükü isə 500 kq təşkil edir (qəlpəli və fuqas döyüş başlıqlarını dəstəkləyir). Raketin idarəetmə sistemi GPS və ya inersial naviqasiyaya əsaslanır. Daşınma və buraxılış prosesi VOLAT platformalı yük maşını ilə həyata keçirilir. Roketsan daha əvvəl Tayfun adlı hipersəs ballistik raketinin sınaqlarının keçirildiyini və bu barədə görüntülər paylaşdığını bildirmişdi. Hazırda isə söhbət Tayfun Block-4 versiyasından gedir və görünür ki, bu versiya hədəfləri vurmaq üçün daha böyük məsafəyə malikdir.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    Bədənin Wi-Fi siqnalına təsiri əsasında insanın identifikasiyası texnologiyası hazırlanıb
    bedenin-wi-fi-siqnalina-tesiri-esasinda-insanin-identifikasiyasi-texnologiyasi-hazirlanib
    Fukuşima hadisəsindən 14 il sonra Yaponiya nüvə reaktorlarının inşasına geri qayıdır
    fukusima-hadisesinden-14-il-sonra-yaponiya-nuve-reaktorlarinin-insasina-geri-qayidir
    ABŞ “Qızıl Qübbə” layihəsini SpaceX-siz həyata keçirmək istəyir
    abs-qizil-qubbe-layihesini-spacex-siz-heyata-kecirmek-isteyir
    Çin şirkəti döyüş ekzoskeletini təqdim edib
    cin-sirketi-doyus-ekzoskeletini-teqdim-edib
    DNT əsaslı məlumat saxlama texnologiyalarının kütləviləşməsi hələ tezdir
    dnt-esasli-melumat-saxlama-texnologiyalarinin-kutlevilesmesi-hele-tezdir