main-post-cover

    Türkiyə şirkəti yük konteynerini raket buraxılışı sisteminə çevirib

    Elm & Texnologiya
    28.07.2025
    Emil Nəcəfov
         Son zamanlar raket qurğularını yük konteynerləri formasında maskalamaq geniş yayılıb. Daha əvvəl belə bir konstruksiya ABŞ-da müşahidə olunmuşdu, indi isə Türkiyə öz versiyasını təqdim edib. Türkiyə konteynerlərdə yerləşdirilən raket buraxılış qurğularını təqdim edib. Türkiyənin silah istehsalçısı Roketsan tərəfindən hazırlanmış bu silah sistemi 22-27 iyul tarixlərində İstanbulda keçirilmiş IDEF 2025 silah sərgisində nümayiş olunub. Buraxılış qurğusu Roketsan tərəfindən istehsal olunmuş 6 ədəd ATMACA qanadlı raketini buraxmaq imkanına malikdir. Bu sistemdə istifadə olunan versiyanın uçuş məsafəsi 400 km təşkil edir. Həmçinin ATMACA raketinin dəniz hədəflərinə qarşı olan versiyası da mövcuddur və bu raketlər sualtı platformalardan, məsələn, sualtı qayıqlardan buraxıla bilər.
         Gələcəkdə bu raketlərin Türkiyə Hərbi Dəniz Qüvvələrinin istifadə etdiyi Harpoon raketlərini əvəz edəcəkləri planlaşdırılır. Kara ATMACA adını almış versiya Türkiyə istehsalı olan KTJ-3700 raket mühərriki ilə təchiz olunub. Raketin döyüş başlığı 250 kq ağırlığındadır və hədəfi, o cümlədən infraqırmızı özünətuşlama başlığı vasitəsilə müəyyən edə bilir. Qanadlı raketin əsas hədəfləri hava hücumundan müdafiə batareyaları və düşmənin "yer-yer" tipli raket kompleksləri kimi strateji yerüstü obyektlərdir. Hazırda raket qurğularını konteynerlərdə gizlətmək geniş yayılmış təcrübədir. İyun ayının ortalarında ABŞ prezidenti Donald Trump-ın Fort-Breqg hərbi bazasına səfəri zamanı müəmmalı konteyner tipli raket qurğusu haqqında məlumat yayılıb.
         Dəqiq detallar açıqlanmayıb, lakin ehtimal olunur ki, bu sistem bir müddətdir ki, hazırlanma mərhələsindədir. Müasir hərbi əməliyyatlarda silah sistemlərinin maskalanması və beləliklə, gözlənilməzlik amilindən istifadə tendensiyası getdikcə daha da məşhurlaşır. Düşmən üçün konteynerin raketlə təchiz olunub-olunmadığını müəyyənləşdirmək olduqca çətindir. Daha bir üstünlük isə ondadır ki, raket qurğuları yalnız görünüşcə deyil, həm də fiziki olaraq adi konteynerlər kimidir. Standart ölçülərə malik olduqları üçün onların daşınması daha asandır. Bu zaman xüsusi texnika və hərbi infrastruktur əvəzinə mülki yük maşınları, qatarlar və gəmilərdən istifadə edilə bilər.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    Danimarkadan olan tələbələr həm üzən həm də uçan dron hazırlayıblar (VİDEO)
    danimarkadan-olan-telebeler-hem-uzen-hem-de-ucan-dron-hazirlayiblar-video
    Unitree şirkəti 6000$-dan ucuz qiymətə olan insanabənzər robotunu satışa çıxarıb (VİDEO)
    unitree-sirketi-6000-dan-ucuz-qiymete-olan-insanabenzer-robotunu-satisa-cixarib-video
    Türkiyə şirkəti dördayaqlı hərbi robotu təqdim edib
    turkiye-sirketi-dordayaqli-herbi-robotu-teqdim-edib
    NASA-nın yeni nüvə yanacağı kosmik uçuşları dıəyişə bilər
    nasa-nin-yeni-nuve-yanacagi-kosmik-ucuslari-dieyise-biler
    Çinin təcrübi 6G şəbəkəsi rekord yükləmə sürətini sərgiləyib
    cinin-tecrubi-6g-sebekesi-rekord-yukleme-suretini-sergileyib