main-post-cover

    Voyager-1 və Voyager-2 kosmik aparatlarının missiyaları daha 1 il uzadılıb

    Elm & Texnologiya
    06.03.2025
    Emil Nəcəfov
         Voyager-1Voyager-2 kosmik aparatlarının missiyaları daha 1 il uzadılıb. Bu, hər bir aparatdakı bir elmi cihazın söndürülməsi hesabına mümkün olub və güc ehtiyatını qoruyaraq ulduzlararası kosmik sahə haqqında unikal məlumatların toplanmasını davam etdirməyə imkan verəcək. Hər iki aparat artıq heliosferadan kənara çıxıb - indiyənə kimi Yer kürəsindən heç bir obyekt bu qədər uzaq məsafəyə uçmamışdı. Voyager aparatları radioizotop enerjisi ilə işləyirlar. Plutoniumun parçalanması nəticəsində termoelementlər elektrik cərəyanı yaradırlar. Lakin enerji mənbəyinin gücü ildə təxminən 4 vatt azalır. Vaxt keçdikcə bu güc Yer ilə əlaqəni saxlamaq üçün yetərsiz olacaq.
         Missiyanı mümkün qədər uzatmaq üçün mühəndislər daha az vacib və ya artıq köhnəlmiş elmi cihazları söndürürlər. Voyager aparatları Yupiter, Saturn, NeptunPlutonun yanından keçdikdən sonra onların göyərtəsindəki cihazların əksəriyyəti öz aktuallığını itirdi. Son illərə qədər hər iki aparat 4 elmi cihazla işləyirdi. Bu cihazlar yüklü hissəcikləri qeydə alaraq maqnit sahələrini və plazmanı tədqiq etməyə imkan verirdi. Məhz bu cihazlar Voyager aparatlarının heliosferadan çıxışını qeydə almağa kömək etdilər. Lakin cihazlar söndürülməsə, enerjinin cəmi 1 il ərzində tükənəcəyi gözlənilir.
         Voyager-1 heliosferanı 2012-ci ildə, Voyager-2 isə 2018-ci ildə tərk edib. Hazırda Voyager-1 Yer kürəsindən 25 milyard km, Voyager-2 isə 21 milyard km məsafədə yerləşir. Radiosiqnalın aparatlara çatması və geri qayıtması Voyager-1 üçün 23 saat, Voyager-2 üçün isə 19 saat çəkir. 2024-cü ilin oktyabrında Voyager-2 üzərindəki plazma axınının konsentrasiyasını və istiqamətini ölçən cihaz söndürüldü. Bu cihaz son illərdə yalnız məhdud məlumat toplaya bilirdi, çünki onun plazmanın hərəkət istiqamətinə nisbətən yerləşməsi məlumatların dəqiqliyini azaldırdı. Voyager-1 üzərindəki oxşar cihaz isə bundan əvvəl nasazlıq səbəbindən söndürülmüşdü.
    1997-ci ilin mart ayı. Voyager aparatlarından birinin yığılma prosesi:
         Keçən həftə Voyager-1 üzərində kosmik şüalar haqqında məlumat toplayan sistem söndürüldü. Bu sistem üç sensor vasitəsilə Günəşdən və qalaktikadan gələn protonların enerjisini və axınını qeydə alırdı. Bu məlumatlar aparatın heliosferadan çıxış anını dəqiq müəyyən etməyə kömək etdi. Bu ayın sonuna qədər Voyager-2 üzərində aşağı enerjili yüklü hissəcikləri ölçən cihaz da söndürüləcək. Bu cihaz elektronları, ionları və həm Günəş sistemindən, həm də qalaktikanın dərinliklərindən gələn kosmik şüaları qeydə alırdı. Hər iki sistem xüsusi fırlanan platforma üzərində yerləşir və impulsla çalışan mühərrikdən istifadə edir.
         Mühərrik hər 192 saniyədə bir dəfə 15.7 vatt güc sərf edərək işləyir. Bu sistem ilk dəfə 1980-ci ildə Saturnun yanından keçid üçün nəzərdə tutulmuşdu. Lakin Voyager-2 üzərindəki bu mühərrik artıq 8.5 milyondan çox hərəkət icra edib və indi istifadə üçün söndürüləcək. Əvvəllər mühəndislər Voyager aparatlarındakı bütün elmi cihazları mümkün qədər uzun müddət işlək vəziyyətdə saxlamağa çalışırdılar, çünki bu cihazlardan alınan məlumatlar bənzərsiz və dəyərlidir. Lakin mövcud enerji səviyyəsi ilə təxminən 1 il sonra hər bir aparat üzərində daha bir cihazın söndürülməsi zəruri olacaq.
         Bu müddət ərzində Voyager-1ə maqnitometr və plazma dalğalarını qeydə alan sistemi işlətməyə davam edəcək. Aşağı enerjili yüklü hissəcik detektoru isə 2025-ci ilin sonuna qədər fəaliyyət göstərəcək, sonra o da söndürüləcək. Voyager-2 isə maqnit sahəsi və plazma dalğaları ilə bağlı tədqiqatlarını davam etdirəcək. Lakin onun kosmik şüaları qeydə alan sistemi 2026-cı ildə söndürüləcək. Mühəndislərin hesablamalarına görə, enerjiyə qənaət tədbirləri aparatların ən azı 2030-cu illərin əvvəlinə qədər çalışmalarına imkan verəcək - hətta yalnız bir elmi cihaz aktiv qalsa belə. Bununla belə, Voyager aparatları artıq 48 ildir açıq kosmosda fəaliyyət göstərir və gözlənilməz nasazlıqlar bu müddətin daha da qısalmasına səbəb ola bilər.
    Mənbə: NASA
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    Mütəxəssislər: "ABŞ Ay yarışında Çindən geridə qalır"
    mutexessislie-abs-ay-yarisinda-cinden-geride-qalir
    Qeyri-adi "isti Neptun" kəşf edilib
    qeyri-adi-isti-neptun-kesf-edilib
    NASA-nın yeni kosmik teleskopu Böyük partlayışın sirrini açmağa yardımçı olacaq
    nasa-nin-yeni-kosmik-teleskopu-boyuk-partlayisin-sirrini-acmaga-yardimci-olacaq
    SpaceX Yer kürəsini kosmik təhlükələrdən qoruyacaq yeni teleskopu kosmosa göndərəcək
    spacex-yer-kuresini-kosmik-tehlukelerden-qoruyacaq-yeni-teleskopu-kosmosa-gonderecek
    Ən uzaq məsafəli kosmik aparatlardan biri Günəş sisteminin sərhədini keçməyə hazırlaşır
    en-uzaq-mesafeli-kosmik-aparatlardan-biri-gunes-sisteminin-serhedini-kecmeye-hazirlasir