main-post-cover

    Yaxın gələcəkdə insanlar, özlərini qripə qarşı iynəsiz şəkildə peyvənd edə biləcəklər!

    Elm & Texnologiya
    24.09.2024
    Farid Pardashunas

         ABŞ-da iynəsiz FluMist adlı qrip peyvəndi Federal Qida və Dərman İdarəsi (FDA) tərəfindən təsdiqlənib. Bu yeni burun vasitəsilə tətbiq edilən peyvənd, qripdən qorunmaq üçün iynəsiz alternativ təqdim edir.

         Bu gün ekinoks, yəni bir müddət gecələrin gündüzlərdən daha uzun olacağı vaxtdır. Payızın gəlməsi və fəsil keçidi ilə birlikdə qrip halları da artacaq. Qışda qriplə mübarizə aparmaq istəməyən hər kəs peyvənd olmaq üçün apteklərə üz tutacaq. Yeni bir peyvənd isə qripdən qorunmaq üçün apteklərə və ya səhiyyə müəssisələrinə olan ehtiyacı aradan qaldıra bilər. ABŞ-da Qida və Dərman İdarəsi (FDA) tərəfindən təsdiq edilən FluMist adlı peyvənd, qripə qarşı qorunmaq məqsədilə istifadə oluna biləcək. Bu peyvənd, burundan tətbiq olunan nazal peyvənd qrupuna daxildir. Yəni peyvənd vurmaq üçün iynə tələb olunmayacaq, burun vasitəsilə tətbiq ediləcək. Peyvənddən istifadə etmək üçün resept tələb olunacaq və peyvənd gələn il satışa çıxarılacaq.
         Gələn xəbərlərə görə, peyvəndin doza başına qiyməti 35-45 dollar arasında olacaq. Digər tərəfdən, bu qiymət ABŞ üçün keçərlidir və ABŞ-da dərman və səhiyyə xərcləri olduqca yüksəkdir. Bu səbəbdən peyvəndin Azərbaycana gəlməsi halında qiyməti daha aşağı ola bilər. ABŞ-da Xəstəliklərin Qarşısını Alma və Nəzarət Mərkəzlərinin apardığı araşdırmaya görə, yeni peyvənd klassik iynələr qədər təsirli olur. Əslində təxminən 20 ildir ki, oxşar bir peyvənd səhiyyə mütəxəssisləri tərəfindən istifadə olunur, lakin ilk dəfə ictimaiyyətə təqdim edilir. FDA Peyvənd Mərkəzinin direktoru Dr. Peter Marks, təsdiqlənmiş peyvəndin insanlara və ya onların baxıcılarına qrip peyvəndi üçün yeni və daha rahat bir alternativ təqdim etdiyini bildirir. Ümumdünya Səhiyyə Təşkilatına görə, hər il mövsümi qripə bağlı səbəblərdən 290 min ilə 650 min arasında ölüm hadisəsi baş verir.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    Məlumatlar “5D” yaddaş kristalları ilə əbədi olaraq saxlanıla biləcək!
    melumatlar-5d-yaddas-kristallari-ile-ebedi-olaraq-saxlanila-bilecek
    İnsanların daha uzun yaşamasına kömək etmək üçün böyük bir plan işə salınıb!
    insanlarin-daha-uzun-yasamasina-komek-etmek-ucun-boyuk-bir-plan-ise-salinib
    Alimlər, yeni qan qrupu kəşf ediblər!
    alimler-yeni-qan-qrupu-kesf-edibler
    Ay torpağından oksigen çıxara bilən vasitə hazırlanıb!
    ay-torpagindan-oksigen-cixara-bilen-vasite-hazirlanib
    Araşdırmala görə, YouTube və TV səsilə yatmaq əslində sağlamlığa zərər vermirmiş!
    arasdirmala-gore-youtube-ve-tv-sesile-yatmaq-eslinde-saglamliga-zerer-vermirmis