main-post-cover

    Yer kürəsinə yaxın ulduz ətrafında 4 yeni planet kəşf edilib

    Elm & Texnologiya
    12.03.2025
    Emil Nəcəfov
         Yerə ən yaxın ulduz sistemi Alfa Sentavrdır. Lakin bu, üçlü ulduz sistemidir. Barnard ulduzu isə bizə ən yaxın tək ulduzdur. Uzun illər ərzində astronomlar bu kiçik ulduzun ətrafında planetlərin fırlandığından şübhələnirdilər, lakin bunun heç bir sübutu yox idi. İndi isə astronomlar bu ulduzun ətrafında Yerə bənzəyən dörd planetin mövcud olduğunu müəyyən ediblər. Əgər üçlü Alfa Sentavr sistemi bizdən 4.3 işıq ili uzaqlığında yerləşirsə, Barnard ulduzu təxminən 6 işıq ili məsafəsindədir. Bu, qırmızı cırtdan tipli bir ulduzdur və kütləsi Günəşdən təxminən 5 dəfə kiçikdir. Astronomlar Barnard ulduzunu 1916-cı ildə kəşf edildiyi andan etibarən aktiv şəkildə öyrənirlər, çünki bu bizə ən yaxın tək ulduzdur.
         Hesab olunur ki, Barnard ulduzu təxminən 10 milyard ildir mövcuddur ki, bu da Günəşin yaşından iki dəfə çoxdur. Astronomlar uzun illərdir Barnard ulduzunun ətrafında planetlərin olduğunu ehtimal edirdilər, lakin bunu təsdiqləmək üçün lazımi avadanlıq mövcud deyildi. İndi isə alimlər Gemini North VLT teleskoplarına quraşdırılmış yüksək həssas cihazlardan istifadə edərək Barnard ulduzu və onun ətrafını yenidən müşahidə ediblər. Nəticədə dörd yeni planet kəşf edilib. Bu planetlər qaz nəhəngləri deyil, qayalıq quruluşa malikdir və Yer kimi bərk səthə sahibdirlər. Lakin onların ölçüsü Yer kürəsinin cəmi 20-30%-i qədərdir və Barnard ulduzuna o qədər yaxındırlar ki, orbitlərini cəmi bir neçə Yer günü ərzində tamamlayırlar.
         Alimlərin fikrincə, bu planetlərdə temperatur həddindən artıq yüksəkdir, buna görə də həyat üçün yararlı olmaları mümkün deyil. Bu kəşf çox vacib hesab olunur, çünki astronomlar əsasən Yerdən daha böyük planetlər aşkar edirlər, lakin bu cür kiçik planetlərin tapılması olduqca nadir haldır. Astronomlar bu planetləri birbaşa müşahidə etməyiblər, lakin onların mövcudluğunu Barnard ulduzuna göstərdikləri qravitasiya təsiri sayəsində müəyyən ediblər. Bu təsir ulduzun şüalanmasını dəyişdirir və işığın analizi planetlərin sayını və ölçülərini təyin etməyə kömək edib. Lakin alimlər hələlik bu yeni planetlərin dəqiq kimyəvi tərkibini müəyyən edə bilmirlər. Bunun üçün əlavə müşahidələrə ehtiyac var.
    Mənbə: Earth.com
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    Saturn planetinin 128 yeni peyki kəşf edilib
    saturn-planetinin-128-yeni-peyki-kf-edilib
    Yer kürəsinə yaxın okean planetində həyat mövcud ola bilər
    yer-kuresine-yaxin-okean-planetinde-heyat-movcud-ola-biler
    Bəzi bakteriyalar hətta ölümdən sonra da "yaşaya" bilirlər
    bezi-bakteriyalar-hetta-olumden-sonra-da-yasaya-bilirler
    Eynşteynin ümumi nisbilik nəzəriyyəsi və kvant mexanikasını birləşdirə biləcək yeni nəzəriyyə təqdim edilib
    eynsteynin-umumi-nisbilik-nezeriyyesi-ve-kvant-mexanikasini-birlesdire-bilecek-yeni-nezeriyye-teqdim-edilib
    Parkinson xəstəliyini kök hüceyrələri vasitəsilə müalicə etməyə başlayıblar
    parkinson-xesteliyini-kok-huceyreleri-vasitesile-mualice-etmeye-baslayiblar