
Yer qabığında böyük həcmdə təmiz enerji mənbəyi aşkar edilib
Elm & Texnologiya
26.05.2025
Emil Nəcəfov
Hazırda insanlar artıq hidrogen qazından yanacaq mənbəyi kimi istifadə edirlər və hidrogen karbon emissiyasız iqtisadiyyata nail olmaq üçün açar hesab olunur. Yəni atmosferə karbon qazı emissiyası sıfıra endiriləcək. İndi isə alimlər müəyyən ediblər ki, Yer qabığında təmiz enerji mənbəyi olan o qədər çox gizli hidrogen ehtiyatları mövcuddur ki, bu ehtiyatlar 10 minlərlə il ərzində enerji istehsalına bəs edə bilər. Hidrogen yaxın gələcəkdə ən perspektivli təmiz enerji mənbələrindən biri kimi qiymətləndirilir, lakin əvvəlcə bu hidrogenin istehsal olunması tələb olunur ki, enerji mənbəyinə çevrilsin.

Hidrogen, kütlə vahidinə görə digər bütün yanacaq növlərindən daha çox enerji daşıyır. Onun yandırılması zamanı parnik qazları və ya çirkləndirici maddələr emissiyası baş vermir. Hidrogen kainatda ən çox yayılmış kimyəvi elementdir. O, suyun, metanın və bir çox üzvi birləşmələrin tərkibinə daxildir. Hidrogendən elektrik enerjisinin istehsalı üçün, eləcə də nəqliyyat vasitələri üçün yanacaq kimi istifadə etmək mümkündür. Tədqiqatın müəllifləri Yer qabığında hidrogenin təbii yolla yaranma üsulunu kəşf ediblər ki, bu da hidrogen qazının böyük ehtiyatlarını aşkar etməyə kömək edə bilər. Alimlərin hesablamalarına görə, bu ehtiyatların istifadəsi bəşəriyyətin təmiz enerji ehtiyaclarını növbəti 150 000 - 170 000 il ərzində ödəyə bilər.
Alimlər yer qabığında təmiz enerji mənbəyinin yaranması üçün əlverişli şəraitin mövcud olduğu yerlərdə çoxlu miqdarda hidrogen yataqlarının ola biləcəyi ehtimal edilən ərazilərin xəritəsini tərtib ediblər:

Bu o deməkdir ki, insanlar artıq hidrogen istehsalında karbohidrogenlərdən istifadə etməli olmayacaqlar və bu da karbon qazı emissiyasının azalmasına töhfə verəcək. Alimlər hesab edirlər ki, milyardlarla il ərzində Yer qabığında böyük miqdarda hidrogen toplanıb və bu ehtiyatlar sadəcə kəşf edilməyi və planetin dərinliklərindən çıxarılmağı gözləyir. Hidrogenin kəşf strategiyası heliumun axtarışı üçün istifadə olunan strategiya əsasında hazırlanıb. Alimlərin sözlərinə görə, hidrogen Yer qabığında o zaman yaranıb ki, su dəmir baxımından zəngin və ya radioaktiv kimyəvi elementləri özlərində birləşdirən süxurlarla qarşılıqlı təsirdə olub.

Bununla yanaşı, müəyyən temperatur, təzyiq və zamanla bağlı kriteriyalar da təmin olunmalıdır. Bütün bu amilləri nəzərə alaraq və onların Yer üzərindəki yayılmasını xəritələşdirərək, alimlər belə nəticəyə gəliblər ki, Yer qabığında hidrogenin miqdarı çox böyük ola bilər. Lakin indi bu ehtiyatları tapmaq lazımdır. Alimlər artıq Yer qabığında təmiz enerji mənbəyi kimi hidrogenin yaranması üçün əlverişli şərtlərin mövcud olduğu mümkün yataqların xəritəsini tərtib ediblər. Digər tədqiqatlar göstərir ki, Yer üzündəki dağ silsilələrində litosfer plitələrinin hərəkəti və qarşılıqlı təsiri nəticəsində yaranmış geniş hidrogen ehtiyatları kilidlənmiş vəziyyətdə ola bilər.
Hazırda ekspertlər hesab edirlər ki, hidrogen qazına olan tələbat kəskin şəkildə artacaq və 2050-ci ilə qədər bu rəqəm 500 milyon tonun üzərinə çıxacaq. Müqayisə üçün qeyd edək ki, 2022-ci ildə dünya üzrə hidrogenə olan tələbat təxminən 100 milyon ton təşkil edirdi. Hidrogenin süni yolla əldə edilmə üsulları mövcuddur, lakin bu üsullar baha başa gəlir və əlavə çirkləndirici maddələr yaradır. Buna görə alimlər hesab edirlər ki, əgər Yer qabığında böyük həcmdə təbii hidrogen ehtiyatları aşkar olunsa, bu, bizi böyük miqdarda təmiz enerji əldə etməklə karbon emissiyasız iqtisadiyyata yaxınlaşdıra bilər.
Mənbə: Science Alert
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Ayın cənub qütbünün fotosu çəkilib

Ayın cənub qütbünün fotosu çəkilib
Yaponiyaya məxsus Resilience adlı özəl kosmik zond Ayın cənub qütbünün keyfiyyətli fotosunu çəkib və onu Yerə göndərib. Foto Tokioda yerləşən ispace şirkəti tərəfindən sosial şəbəkə X-də yayımlanıb.
Günəş sistemində yeni cırtdan planet kəşf edilib

Günəş sistemində yeni cırtdan planet kəşf edilib
Plutonun orbitasından xeyli uzaqda alimlər yeni bir cırtdan planet kəşf ediblər. Obyekt arxiv materiallarında tapılıb və 2017 OF201 kimi qeydiyyata alınıb.
Qara dəlik ulduz daxilində gizli şəkildə formalaşa bilər

Qara dəlik ulduz daxilində gizli şəkildə formalaşa bilər
Alimlərin fikrincə, ətrafındakı hər şeyi udan qara dəliklər bəzən kütləvi ulduzların ölümündən sonra yox, onların daxilində səssiz və gizli şəkildə formalaşa bilər. Yəni ulduz hələ də canlı görünür, amma daxilində onun ölümünün simvolu - qara dəlik - gizlənir.
Birinin digəri daxilində dövr edən ikili ulduz sistemi kəşf edilib

Birinin digəri daxilində dövr edən ikili ulduz sistemi kəşf edilib
Astronomlar nadir bir ikiqat ulduz sistemini kəşf ediblər. Burada bir ulduz digərinin daxilində fırlanır. Söhbət Yerdən 455 işıq ili uzaqlıqda yerləşən bir pulsardan gedir. PSR J1928+1815 adlanan bu pulsar neytron ulduzunun bir növüdür.
Perseverance aparatı Marsda maraqlı kəşflərin ola biləcəyi əraziyə çatıb

Perseverance aparatı Marsda maraqlı kəşflərin ola biləcəyi əraziyə çatıb
NASA-nın Perseverance aparatı Marsda yeni bir bölgəyə çatıb. Alimlərin fikrincə, bu ərazi Qırmızı planetdəki ən qədim və maraqlı süxurların bəzilərini özündə birləşdirir. Bu qayalarda qeyri-yer mənşəli həyatın mövcudluğuna dair izlər ola bilər.
Həftənin xəbərləri

