main-post-cover

    Yerə hər 14 dəqiqədən bir kosmosdan radiosiqnal gəlir

    Elm & Texnologiya
    16.07.2025
    Emil Nəcəfov
         Alimlər dərin kosmosdan gələn radioşüalanmanın mənşəyini müəyyən etməyə çalışırlar, lakin hətta əvvəllər ən mümkün hesab edilən nəzəriyyələr belə aşkarlanmış siqnalın davranışını izah edə bilmir. Astronomlar Yerə hər 14 dəqiqədən bir çatan radiosiqnallar aşkar ediblər. Son illərdə oxşar dövriyə malik bir neçə radio mənbə aşkarlansa da, bu mənbə siqnalın ekstremal polyarizasiyası və sürətlənməsi ilə digərlərindən fərqlənir. Yeni radiosiqnal “uzun dövrlü radiotransiyent” kimi tanınır və CHIME J1634+44 adlandırılıb. Lakin bu siqnal, eyni kateqoriyaya aid digər dərin kosmos siqnallarına bənzəmir. “Uzun dövrlü radiotransiyentlər” termini, fırlanma dövrü bir neçə dəqiqədən bir neçə saata qədər olan və güclü maqnit sahələrinə malik yeni növ dövri radioşüa mənbələrini ifadə edir.
         Alimlər belə radiosiqnalların çox güclü maqnit sahələrinə malik fırlanan neytron ulduzlar - maqnetarlar və ya ağ cırtdan ulduzlar tərəfindən yayıla biləcəyini düşünsələr də, onların əsl təbiəti hələ də aydın deyil. İndiyədək astronomlar cəmi 10 belə uzun dövrlü radiotransiyent aşkar ediblər. Alimlərin fikrincə, onlardan ikisi qırmızı cırtdan tipli ulduzla cüt sistemdə yerləşən ağ cırtdan ulduzlardır. Lakin digər siqnallar, o cümlədən CHIME J1634+44, bu cür izahla uyğun gəlmir. Bu radiosiqnal ilk dəfə 2022-ci ilin oktyabrında qeydə alınıb, lakin həmin vaxt yalnız bir radiosiqnal müşahidə olunmuşdu. Son 3 il ərzində astronomlar bu mənbədən 89 radiosiqnal qeydə alıblar.
         CHIME J1634+44 siqnalının mənbəyi bizim qalaktikamızda yerləşir və əksər digər uzun dövrlü radiotransiyentlərdən fərqli olaraq, Süd Yolu qalaktikasının sıx ulduzlarla dolu hissəsində deyil. Radiosiqnalın mövqeyi ilə üst-üstə düşdüyü görünən yeganə namizəd obyekt isə perspektivli mənbə hesab olunmur. Əksər hallarda radiosiqnallar 70 dəqiqəlik dövrlərlə gəlirdi, lakin bəzən bu siqnallar arasında cəmi 14 dəqiqəlik fasilə olurdu. Alimlər radioşüalanmanın səbəbini tam başa düşməsələr və bu siqnalın hansı ulduzdan gəldiyini dəqiq bilməsələr də, ehtimal olunur ki, radiosiqnalın mənbəyi ikili ulduz sistemində yerləşir. Bu sistemin, çox güman ki, adi bir ulduzla ağ cırtdan və ya neytron ulduzu (pulsar tipli) arasında olduğu güman edilir.
         Alimləri təəccübləndirən məqam CHIME J1634+44 radiosiqnalının demək olar ki, 100%-lik dairəvi polyarizasiyaya malik olması və sürətlənməsidir. İşıq güclü maqnit sahəsində yayıldıqda dairəvi polyarizasiya qazana bilər, lakin bu, adətən yalnız qeyd olunan fotonların bir hissəsinə aiddir. Yaxın 100%-lik polyarizasiyanı izah etmək isə olduqca çətindir. Daha da qəribə olan odur ki, radiosiqnallar arasındakı zaman, görünür, bir qədər qısalır - bu isə siqnal mənbəyinin sürətlənməsinə işarə edir. Tədqiqatın müəllifləri ehtimal edirlər ki, müşayiətçi ulduzdan çıxan maddə ağ cırtdan və ya neytron ulduzunun üzərinə düşür və məhz bu obyektlər şüalanmanın ən mümkün mənbəyi hesab olunur. Nəticədə isə qeyri-adi radioşüalanma baş verir.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    Xərçəng üçün nəzərdə tutulmuş dərman korluğa qarşı da effektivliyini sərgiləyib
    xerceng-ucun-nezerde-tutulmus-derman-korluga-qarsi-da-effektivliyini-sergileyib
    Ekstremal isti hava qıcolmalara, koma və ölüm risklərini artırır
    ekstremal-isti-hava-qicolmalara-koma-ve-olum-risklerini-artirir
    Alimlər CO2-ni şəkərə çevirməyi bacarıblar
    alimler-co2-ni-sekere-cevirmeyi-bacariblar
    İki nəhəng qara dəliyin toqquşması fizika qanunlarına meydan oxuyur
    iki-neheng-qara-deliyin-toqqusmasi-fizika-qanunlarina-meydan-oxuyur
    Astronomlar kainatdakı ən parlaq qalaktikanı kəşf ediblər
    astronomlar-kainatdaki-en-parlaq-qalaktikani-kesf-edibler