
Azercell Azərbaycan milli mətbuatının 150 illik yubileyi münasibətilə bütün media nümayəndələrini təbrik edir!
Digər
22.07.2025
Emil Nəcəfov
Bu gün - 22 iyul, Azərbaycan mətbuatının əsasını qoyan “Əkinçi” qəzetinin nəşrindən 150 il ötür. Həsən bəy Zərdabinin təşəbbüsü ilə 1875-ci ildə işıq üzü görən bu nəşr ana dilində informasiya yayımı və milli maarifçilik ənənələrinin formalaşmasına mühüm töhfə verib.
Azercell Telekom ənənəsinə sadiq qalaraq, Milli Mətbuat və Jurnalistika Günü münasibətilə “Mediacell” tarif paketinin abunəçilərinə və İkinci Qarabağ müharibəsində iştirak etmiş media nümayəndələrinə 5GB həcmində internet paketi hədiyyə edir. Təqdim olunan mobil internet 30 gün müddətində aktiv olacaq. Daha ətraflı məlumat əldə etmək üçün linkə keçid edə bilərsiniz.
Eyni zamanda, şirkətin sosial media kanallarında media və jurnalistika mövzusuna həsr olunmuş maarifləndirici və əyləncəli interaktiv müsabiqələr keçirilib. Aktiv iştirakçılar arasından seçilən qaliblərə müxtəlif hədiyyələr təqdim olunub.
Media nümayəndələrinin fəaliyyətini hər zaman diqqət mərkəzində saxlayan Azercell, 2011-ci ildən etibarən “Mediacell” tarif paketi vasitəsilə ölkədə rəsmi qeydiyyatdan keçmiş media orqanlarında çalışan KİV nümayəndələri üçün fərdi şərtlərlə xidmət göstərən ilk mobil operatordur. Şirkət media nümayəndələrinin peşəkar inkişafına dəstək məqsədilə ingilis dili kursları, ixtisaslaşmış seminarlar və təlim proqramları da daxil olmaqla, müxtəlif istiqamətli təşəbbüslər həyata keçirməklə bu sahəyə töhfəsini davam etdirir.
Azercell, həmçinin Vətən müharibəsi zamanı cəbhə xəttindən yerli və beynəlxalq ictimaiyyətə doğru və operativ məlumat çatdıran jurnalistlərin etibarlı və fasiləsiz rabitə ilə təmin olunmasına xüsusi diqqət yetirib. Şirkət, işğaldan azad edilmiş ərazilərdə peşə borcunu yerinə yetirərkən şəhidlik zirvəsinə ucalmış jurnalistlər Məhərrəm İbrahimov və Sirac Abışovun əziz xatirəsini hər zaman dərin hörmətlə anır.
Azercell media sahəsində çalışan bütün əməkdaşları təbrik edir, peşəkar fəaliyyətlərində uğurlar arzulayır!
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Azercell-in təşəbbüsü ilə yaradılan “Qadın Dəstək Xətti” 2025-ci ilin ilk yarısında 1300-dən çox müraciət qəbul edib

Azercell-in təşəbbüsü ilə yaradılan “Qadın Dəstək Xətti” 2025-ci ilin ilk yarısında 1300-dən çox müraciət qəbul edib
Azercell Telekom, Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, “Ümidli Gələcək” Sosial Təşəbbüslər İctimai Birliyinin tərəfdaşlığı və dəstəyi ilə fəaliyyət göstərən “Qadın Dəstək Xətti”nə (QDX) 2025-ci ilin ilk altı ayında 1306 müraciət daxil olub.
Azercell-in dəstəyi ilə fəaliyyət göstərən “Azərbaycan Uşaq Qaynar Xətti” 2025-ci ilin ilk yarısında 2173 müraciət qeydə alıb

Azercell-in dəstəyi ilə fəaliyyət göstərən “Azərbaycan Uşaq Qaynar Xətti” 2025-ci ilin ilk yarısında 2173 müraciət qeydə alıb
Müraciətlərin əksəriyyəti psixoloji dəstəklə bağlı olub
“Azercell CUP 2025” proqramlaşdırma müsabiqəsinin nəticələri açıqlandı

“Azercell CUP 2025” proqramlaşdırma müsabiqəsinin nəticələri açıqlandı
28 məktəbli beynəlxalq olimpiadalara hazırlıq proqramına vəsiqə qazandı
Azercell-in kibermaarifləndirmə təşəbbüsü davam edir

Azercell-in kibermaarifləndirmə təşəbbüsü davam edir
Azercell və Azərbaycan Kibertəhlükəsizlik Mərkəzinin birgə əməkdaşlığı çərçivəsində keçirilən “Məktəblilər üçün Kibermaarifləndirmə Proqramı” növbəti mərhələsini uğurla tamamlayıb.
Azercell telekommunikasiya və texnologiya şirkətlərinin qlobal alyansına qoşuldu

Azercell telekommunikasiya və texnologiya şirkətlərinin qlobal alyansına qoşuldu
"Azercell Telekom" MMC telekommunikasiya və texnologiya sahəsində fəaliyyət göstərən nüfuzlu şirkətlərin beynəlxalq alyansı olan TeleManagement Foruma (TM Forum) rəsmi üzv olub.
Həftənin xəbərləri

