main-post-cover

    Azercell qadınların təhsil imkanlarını genişləndirən layihəyə dəstək oldu

    Digər
    18.02.2025
    Emil Nəcəfov
         Azercell-in “Həyatı daha dolğun edirik: Qadınlara Dəstək Proqramı”nın qalibləri fəaliyyətlərini uğurla davam edir. Qeyd edək ki, 2024-cü ilin avqust ayında elan edilən bu sosial layihə müsabiqəsi qadınların iqtisadi müstəqilliyini dəstəkləyən təşəbbüsləri ön plana çıxararaq inklüziv cəmiyyətin qurulmasına töhfə verir.
         Proqram qaliblərindən biri olan “Huma Quşu” təhsilə yardım fondu həssas qruplardan olan gənc qadınlar üçün daha geniş təhsil imkanları yaratmağı hədəfləyən təqaüd proqramını elan edir.
        “Huma Quşu” proqramının əsas məqsədi qadınların təhsilə çıxışını asanlaşdırmaqla onların sosial fəallığını artırmaq, cəmiyyətdə mövqelərini gücləndirmək və rifahlarını yüksəltməkdir. 2022-ci ildən  ildən etibarən fəaliyyət göstərən “Huma Quşu” təhsilə yardım fondu bugünədək 30 tələbəyə təhsil almağa dəstək olub. Yeni proqram çərçivəsində  5 namizədin təhsil xərclərinə dəstək göstərilməsi planlaşdırılır. 
        “Huma Quşu” təqaüd proqramına həm Azərbaycanda, həm də xaricdə bakalavr və magistratura pillələrində təhsil alan 16-35 yaş arası gənc qızlar və qadınlar müraciət edə bilərlər. Müraciət üçün tələb olunan sənədləri HumaGushuFund@gmail.com ünvanına fevral ayının 20-dək  göndərmək tələb olunur. 
         Ətraflı məlumat əldə etmək üçün https://humagushu.az/ səhifəsinə keçid edə bilərsiniz.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    “Qadın Dəstək Xətti” 2024-cü il üzrə hesabatını açıqlayır
    qadin-destek-xetti-2024-cu-il-uzre-hesabatini-aciqlayir
    akart mədəni irsimizi yaşatmaqda davam edir!
    akart-medeni-irsimizi-yasatmaqda-davam-edir
    Google əməkdaşı məktəblilərimizə master klass keçdi
    google-emekdasi-mekteblilerimize-master-klass-kecdi
    Azercell şəkili qadın sahibkarları dəstəkləyir
    azercell-sekili-qadin-sahibkarlari-destekleyir
    “Azərbaycan Uşaq Qaynar Xətt Xidməti” 2024-cü il üzrə hesabatını açıqlayır
    azerbaycan-usaq-qaynar-xett-xidmeti-2024-cu-il-uzre-hesabatini-aciqlayir