
Azercell rəsmi olaraq “Əla İş Yeri” kimi tanınıb!
Digər
19.05.2025
Emil Nəcəfov
Azərbaycanın lider mobil operatoru “Azercell Telekom” MMC beynəlxalq səviyyədə tanınan “Great Place to Work®” (“Əla İş Yeri”) sertifikatını qazanıb. Korporativ mədəniyyət və sağlam iş mühitinin dəyərləndirilməsi sahəsində qlobal standart sayılan bu nüfuzlu sertifikat yalnız əməkdaşların anonim rəylərinə əsasən təqdim olunur. Sorğunun nəticələrinə əsasən, Azercell əməkdaşlarının 80%-dən çoxu şirkəti işləmək üçün ideal mühit kimi dəyərləndirib. Bu göstərici şirkətin işçi məmnuniyyəti və təşkilati mədəniyyətin inkişafı istiqamətində həyata keçirdiyi ardıcıl və məqsədyönlü fəaliyyətinin göstəricisidir.
“Azərbaycanın mobil rabitə bazarının lideri olaraq Azercell, ölkənin rəqəmsal ekosisteminin inkişafında mühüm rol oynayır. Bu vacib missiyanı reallaşdırmaq üçün innovativ düşüncəyə sahib, peşəkar və işinə sadiq komanda qurmaq bizim üçün vacibdir. Məhz belə kadrlar innovasiyaları gerçəkləşdirir, yüksək xidmət keyfiyyətini təmin edir və dayanıqlı inkişafla yanaşı, korporativ məsuliyyət prinsiplərinə də sadiq qalırlar,”– deyə “Azercell Telekom” MMC-nin prezidenti Zərinə Zeynalova bildirib. “Etibarlı, insanlara dəyər verən və onları dəstəkləyən, həmçinin inkişafı üçün imkan yaradan iş mühiti uğurumuzun əsasını təşkil edir. Great Place to Work® sertifikatı illər ərzində formalaşdırılan unikal korporativ mədəniyyətimizə verilən dəyərin və Azercell komandasının peşəkarlığının bir göstəricisidir.”
Azercell-in İnsan Kapitalının İdarə Edilməsi Departamentinin direktoru Dilarə Hüseynova bildirib ki, əməkdaşların inkişafına yönəlik investisiyalar şirkət üçün prioritet olaraq qalır: “İnanırıq ki, əməkdaşa yönələn hər bir yatırım əslində şirkətin gələcəyinə qoyulan strateji sərmayədir. Təkcə 2024-cü ildə 640-dan çox təlim proqramı təşkil etmişik. Bu təşəbbüslər “IE Business School”, “Franklin Covey”, “Cornell University” kimi nüfuzlu beynəlxalq institutlarla əməkdaşlıq çərçivəsində təşkil olunub. Bundan əlavə, GSMA ilə birlikdə həyata keçirdiyimiz “İnsan Kapitalının İnkişafı Proqramı” beynəlxalq təcrübələrin şirkətimizdə tətbiqi baxımından əhəmiyyətli addım oldu. Əməkdaşlarımızın fərdi və peşəkar inkişafını dəstəkləmək məqsədilə liderlik təşəbbüsləri, beynəlxalq mübadilə proqramları və funksiyalararası əməkdaşlıq imkanları yaradırıq".
Komanda ruhu, inklüziv mədəniyyət və davamlı inkişaf prinsiplərinə xüsusi önəm verən Azercell, Azərbaycanın ən arzuolunan işəgötürənlərindən biri kimi mövqeyini daha da möhkəmləndirir və innovasiya ilə yanaşı əməliyyat mükəmməlliyini təşviq edən iş mühiti formalaşdırmağa davam edir.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
ADA Universitetinin 12 tələbəsi Azercell-də təcrübə keçəcək

ADA Universitetinin 12 tələbəsi Azercell-də təcrübə keçəcək
İnsan kapitalının dayanıqlı inkişafına dəstək verən Azercell ADA Universitetinin keçirdiyi “İşəgötürülmə qabiliyyəti həftəsi 2025” (“Employability Week 2025”) çərşivəsində tələbələr üçün silsilə seminarlar və interaktiv sessiyalar təşkil etdi.
Azercell-in dəstəyi ilə fəaliyyət göstərən “Uşaq Qaynar Xətti”nə 2025-ci ilin birinci rübündə 940 müraciət daxil olub

Azercell-in dəstəyi ilə fəaliyyət göstərən “Uşaq Qaynar Xətti”nə 2025-ci ilin birinci rübündə 940 müraciət daxil olub
2025-ci ilin yanvar-mart aylarında “Azərbaycan Uşaq Qaynar Xətt” (AUQX) xidmətinə ümumilikdə 940 müraciət qeydə alınıb. Bu zənglərin 163-ü psixoloji problemlər, 147-sı hüquqi yardım, 94-ü sosial məsələlər, 48-i təhsil, 17-si səhiyyə hüququ ilə bağlı olub. Zənglərin 471-i ümumi xarakterli suallar, xidmət haqqında məlumat sorğuları və digər müxtəlif mövzuları əhatə edib.
Azercell-in təcrübəsi Filip Kotlerin “Müasir Marketinqin Əsasları” kitabında yer alacaq

Azercell-in təcrübəsi Filip Kotlerin “Müasir Marketinqin Əsasları” kitabında yer alacaq
Dünyaca məşhur tədris vəsaitinin Azərbaycan nəşri ölkənin rəqəmsal transformasiyasında Azercell-in aparıcı rolunu gündəmə gətirəcək
Azercell-in təşəbbüsü ilə yaradılan “Qadın Dəstək Xətti”nə 2025-ci ilin ilk rübündə 500-dən çox müraciət daxil olub

Azercell-in təşəbbüsü ilə yaradılan “Qadın Dəstək Xətti”nə 2025-ci ilin ilk rübündə 500-dən çox müraciət daxil olub
2025-ci ilin birinci rübündə “Qadın Dəstək Xətti” xidmətinə ümumilikdə 537 müraciət daxil olub. Bu müraciətlərdən 109-u məişət zorakılığı, 57-si nikahın pozulması, 48-i sosial-maddi rifah, 44-ü hüquqi dəstək, 18-i sığınacaqla təmin olunma, 14-ü psixoloji yardım, 13-ü isə səhiyyə hüququ ilə bağlı məsələləri əhatə edib.
Azercell tərəfdaşlığı ilə keçirilən “Baku Flames” festivalı dünyanın aparıcı reklam və yaradıcılıq sahəsinin mütəxəssislərini bir araya gətirdi

Azercell tərəfdaşlığı ilə keçirilən “Baku Flames” festivalı dünyanın aparıcı reklam və yaradıcılıq sahəsinin mütəxəssislərini bir araya gətirdi
Lider mobil operator “Baku Flames” Beynəlxalq Yaradıcılıq və Effektivlik Festivalının rəsmi tərəfdaşı qismində çıxış edib. Qlobal reklam və kreativ sənaye nümayəndələrinin qatıldığı bu tədbir çərçivəsində Azercell-in təşkil etdiyi “Tatamidən kənarda – Daha yaxşı gələcək naminə mübarizə” adlı panel sessiyası iştirakçılar tərəfindən xüsusi maraqla qarşılanıb.
Həftənin xəbərləri

