Bir Bonus Toyota Corolla və yüzlərlə bonus qazandırır
Digər
02.10.2025
Emil Nəcəfov
Bir ekosistemin vahid loyallıq proqramı olan Bir Bonus möhtəşəm hədiyyələr qazandırır. Belə ki, 1 oktyabr tarixindən etibarən Bir Bonus lotereyası start götürüb. Bu lotereyada həm bonus qazanaraq, həm də xərcləyərək iştirak etmək mümkündür. 15 noyabr 2025-ci il tarixinədək davam edəcək lotereyada istifadəçilər yüzlərlə bonusla yanaşı, lotereyanın əsas mükafatı Toyota Corolla avtomobilinə sahib olmaq şansı əldə edirlər. Birbonus.az saytında mobil nömrəsini yazaraq qeydiyyatdan keçən hər kəs lotereyada iştirak edə bilər.
Lotereyada iştirak prosesi çox sadədir. Kapital Bank/Birbank kartları və ya m10 ilə ən azı 5 AZN və daha yuxarı məbləğdə ödəniş 1 şans qazandırır. Birmarket.az saytı və ya Birmarket tətbiqində edilən ödənişlər sahibinə 10 şans gətirir. Bonus balansından 0.50 və yuxarı məbləğdə Bir Bonus xərcləyən iştirakçılar 1 şans, Birmarket.az və Birmarket tətbiqində isə 10 şans qazanırlar.
Aşağıdakı əməliyyatları icra edərək lotereyada şans saylarını artırmaq mümkündür:
- Birbank tətbiqində aylıq təklif edilən bonus kateqoriyalarından seçim edib, həmin kateqoriyalarda edilən ödənişlər;
- Partnyor mağazada alış-veriş zamanı Bir Bonus barkodunu oxudaraq edilən ödənişlər;
- m10 tətbiqində bonus ilə edilən və ya bonus qazandıran ödənişlər;
- Birbank və ya m10-da QR funksiyası ilə bonuslarla edilən ödənişlər;
- Bir Bonus kabinetini “Trendyol Azərbaycan”da əlaqələndirib edilən ödənişlər;
- Bonus kateqoriyası seçib bonus partnyorunda edilən ödənişlər;
Lotereyanın yekununda ümumilikdə 1001 nəfər qalib seçiləcək. Onlardan 1 nəfər lotereyanın superprizi – Toyota Corolla avtomobilini, digərləri isə yüzlərlə bonus qazanacaq.
- 100 qalib – 200 bonus
- 200 qalib – 100 bonus
- 300 qalib – 50 bonus
- 400 qalib – 20 bonus
Lotereyanın tirajı 16 dekabr 2025-ci il tarixində keçiriləcək. Qaliblər təsadüfi seçim əsasında müəyyən ediləcək. Seçim prosesi Bir Bonus-un rəsmi sosial media hesablarında canlı yayımlanacaq.
Ətraflı məlumat üçün: http://birbonus.az/ və ya *1001
Qeyd edək ki, Bir ekosistemin vahid loyallıq proqramı olan Bir Bonus – Birbank, m10, Birmarket və digər ekosistem brendləri ilə yanaşı minlərlə tərəfdaşda istifadəçilərə bonus qazanmaq və onları asanlıqla xərcləmək imkanı yaradır. Bir ekosistem müştəriləri Bir Bonus proqramına avtomatik olaraq qoşulur və bütün imkanlardan yararlanmaq şansı əldə edir. Bonusları BakıKart biletindən Trendyol sifarişinə, mobil balansdan Birmarket alış-verişinə qədər rahatlıqla istifadə etmək mümkündür.
kapitaBir ekosistem ölkənin aparıcı brendləri olan Birbank, Birmarket, m10 və MilliÖn brendlərini bir çətir altında birləşdirir. Eyni zamanda ekosistem Trendyol Azərbaycan və BakıKart kimi strateji tərəfdaşlarla əməkdaşlıq edərək həm təsir dairəsini genişləndirir, həm də müştəri təcrübəsini zənginləşdirir. Bu inteqrasiya sayəsində müştərilər partnyor şəbəkəsində və ictimai nəqliyyatda QR ödənişlərdən, Birmarket-də Birbank vasitəsilə kreditli alış-verişdən, Trendyol Azərbaycan-da Birbank taksit kartları ilə ödənişlərdən, vahid bonus proqramından və bir çox digər yenilikçi həllərdən faydalanırlar. Bütün bu imkanlar ekosistemin dörd əsas konsepti – Vahid giriş, Vahid bonus, Vahid ödəniş və Vahid kredit platforması üzərində qurularaq müştərilərə sürətli, rahat, sərfəli və təhlükəsiz xidmət təqdim edir.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Bir ekosisteminin sponsorluğu ilə “INMerge” İnnovasiya Sammiti uğurla başa çatdı
Bir ekosisteminin sponsorluğu ilə “INMerge” İnnovasiya Sammiti uğurla başa çatdı
Azərbaycanın ən böyük texnologiya tədbirlərindən biri olan “INMerge” İnnovasiya Sammiti (INMerge Innovation Summit) “Paşa Holding”in təşkilatçılığı və Bir ekosisteminin sponsorluğu ilə uğurla başa çatdı.
Kapital Bank bu il də “Sibos 2025”də öz stendi ilə çıxış edir: beynəlxalq görüşlərə start verilib
Kapital Bank bu il də “Sibos 2025”də öz stendi ilə çıxış edir: beynəlxalq görüşlərə start verilib
Azərbaycanın aparıcı maliyyə qurumu olan Kapital Bank 29 sentyabr tarixində Frankfurt şəhərində start götürən dünyanın ən nüfuzlu maliyyə tədbiri olan “Sibos 2025”dəki iştirakına başlayıb. Tədbirin ilk günündən etibarən bankın nümayəndə heyəti qlobal maliyyənin gələcəyini formalaşdıran müzakirələrdə aktiv iştirak edir.
Əməkhaqqı və təqaüd kartlarında bonuslar dövrü başlayır
Əməkhaqqı və təqaüd kartlarında bonuslar dövrü başlayır
Birbank müştəriləri üçün unikal imkanların əhatəsini genişləndirir. Belə ki, artıq Kapital Bank-a məxsus əməkhaqqı və təqaüd kartları ilə edilən ödənişlər də bonus qazandırır.
Kapital Bank “Globee–Innovation Awards”dan qızıl mükafata layiq görüldü
Kapital Bank “Globee–Innovation Awards”dan qızıl mükafata layiq görüldü
Ölkənin birinci bankı Kapital Bank müştəri məmnuniyyəti və xidmət keyfiyyətinin artırılması istiqamətində həyata keçirdiyi “Müştəriyönümlü transformasiya” layihəsi ilə beynəlxalq arenada növbəti böyük uğura imza atıb.
Birbank əngəlsiz bankçılıq sahəsində inqilabi yeniliyə imza atdı: “İşarət dili ilə videozəng xidməti” təqdim edildi
Birbank əngəlsiz bankçılıq sahəsində inqilabi yeniliyə imza atdı: “İşarət dili ilə videozəng xidməti” təqdim edildi
Ölkənin ilk rəqəmsal bankçılıq platforması və milyonlarla insanın gündəlik həyatının ayrılmaz hissəsinə çevrilən Birbank, ölkədə maliyyə inklüzivliyi sahəsində tarixi əhəmiyyət kəsb edən yeniliyə imza atdı.
Həftənin xəbərləri