
Birbank-da Yığım hesabı: pulunuz illik 7% gəlir gətirsin
Digər
27.05.2025
Emil Nəcəfov
Birbank-lılar artıq daha çox qazanırlar. Bankın yeni məhsulu, Yığım hesabı müştərilərə illik 7% gəlir və hesablanan faizə faiz qazanmaq şansı yaradır. Dollar valyutasında isə bu qazanc 2.5% təşkil edir. Məhsulun ən cəlbedici tərəfi gəlirlərin gündəlik hesablanmasıdır. Yəni, Yığım hesabında vəsait saxlayan hər kəs, pulunu faiz gəlirlərini itirmədən və istədiyi zaman çıxara bilər. Şərtlər isə olduqca rahat və sadədir.
- Minimum məbləğ yoxdur: hesabı 0.00 AZN/USD ilə açmaq mümkündür;
- Hesaba istənilən zaman pul əlavə etmək mümkündür;
- Faiz gəliri gündəlik hesablanır və günün sonunda balansa yüklənir;
- Faiz gəliri faiz qazandırır: qazanılmış faiz gəlirinə də faiz hesablanır;
- Pulu istənilən zaman faiz və komissiya ödəmədən çıxarmaq mümkünüdür;
- Rahat və etibarlı nəzarət: Birbank tətbiqi ilə hesaba asanlıqla nəzarət etmək mümkündür;
Yığım hesabını sizə ən yaxın Birbank filialından və Birbank mobil tətbiqindən “Əmanətlər” bölməsinə keçərək “Yığım hesabı aç” bölməsindən açmaq olar.

Bu məhsul uzunmüddətli depozit hesabı açmaq istəməyən, aşağı risklə yüksək gəlir qazanmağı hədəfləyən hər kəs üçündür. Həmçinin, bu hesabda minimum məbləğ tələbi olmadığı üçün hər kəs üçün əlçatandır. Məhsul müştərilərə büdcələrini daha səmərəli idarə etmək, aylıq və ya illik gəlirlərdən asılı olmayaraq, vəsaitlərini istədkləri zaman artırmaq və idarə etmək şansı verir.
Pulunu gündəlik gəlir ilə artırmaq və hər an nəzarət etmək üçün Birbank Yığım hesabı ən ideal seçimdir.
Ətraflı məlumat üçün: http://b-b.az/yhpr
Daim ən son rəqəmsal yeniliklər və bank məhsulları təqdim edən Birbank, 3 milyondan çox aktiv istifadəçisi olan mobil tətbiqi, 118 filialı və 54 şöbəsindən ibarət Azərbaycanda ən böyük filial şəbəkəsi ilə müştərilərinin xidmətindədir. Bank 2025-ci ilədək ölkənin birinci bankı Kapital Bank adı altında müştərilərinə xidmət göstərib və Paşa Holding-ə daxildir. Kapital Bank isə hazırda maliyyə institutu olaraq fəaliyyətini davam etdirir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün https://birbank.az/ saytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Kapital Bank-ın 30 000 000 AZN həcmində istiqrazlarının yerləşdirilməsi başa çatdı

Kapital Bank-ın 30 000 000 AZN həcmində istiqrazlarının yerləşdirilməsi başa çatdı
Kapital Bank-ın ümumi dəyəri 30 000 000 (otuz milyon) AZN olan və yüksək gəlirlilik təklif edən istiqrazlarının abunə yazılışı 21 may 2025-ci il tarixində Bakı Fond Birjasında başa çatıb.
Kapital Bank-dan daha bir xəbərdarlıq: Saxta lotereya və mükafat yalanlarına inanmayın

Kapital Bank-dan daha bir xəbərdarlıq: Saxta lotereya və mükafat yalanlarına inanmayın
Kiberdələduzluq internet və rəqəmsal platformalar üzərindən həyata keçirilən, istifadəçiləri aldadaraq maliyyə və ya şəxsi məlumatlarını ələ keçirmək məqsədi daşıyan fəaliyyətlərdir.
Birbank-ın dəstəyi ilə Vəfa Musayevə bayrağımızı Everest zirvəsinə sancdı

Birbank-ın dəstəyi ilə Vəfa Musayevə bayrağımızı Everest zirvəsinə sancdı
Azərbaycanlı alpinist Vəfa Musayeva dünyanın ən hündür nöqtəsi olan Everest zirvəsini fəth edərək tarixi bir uğura imza atdı. Bu möhtəşəm nailiyyətə gedən yolda onun əsas tərəfdaşlarından biri isə Birbank oldu.
Birbank Visa kartları ilə ölkə xarici ödənişlərdə “Bir dünya fürsət” kampaniyası

Birbank Visa kartları ilə ölkə xarici ödənişlərdə “Bir dünya fürsət” kampaniyası
Birbank Visa taksit və debet kart sahibləri üçün “Bir dünya fürsət” adlı kampaniyaya start verilir. Kampaniya çərçivəsində müştərilər həm xarici onlayn platformalarda, həm də xarici ölkələrdə edilən ödənişlərə görə 10 000 manatadək pul mükafatı qazana bilərlər.
Kapital Bank Azərbaycan Texnologiya Universitetində keçirilən forum, karyera sərgisi və təlimlərdə təmsil olunub

Kapital Bank Azərbaycan Texnologiya Universitetində keçirilən forum, karyera sərgisi və təlimlərdə təmsil olunub
Ölkənin birinci bankı Kapital Bank Azərbaycan Texnologiya Universitetində keçirilən forum, karyera sərgisi və təlimlərdə təmsil olunub.
Həftənin xəbərləri

