main-post-cover

    Elektrikli avtomobillər, mis hasilatını əhəmiyyətli dərəcədə artıracaq!

    Digər
    06.06.2024
    Farid Pardashunas

         Yollarda elektriklə işləyən avtomobillərin sayı artdıqca, bu avtomobillər üçün tələb olunan xammala olan tələbat da artır. Məhz buna görə də mis hasilatının əhəmiyyətli dərəcədə artacağı gözlənilir.

         Beynəlxalq Enerji Forumu (IEF) tərəfindən bu yaxınlarda dərc edilmiş məqaləyə görə, əgər biz metala artan tələbatı ödəmək üçün bir yol tapmasaq və ya elektrikləşdirmə səylərimizi kəskin şəkildə dəyişdirməsək, qarşıdakı illərdə təchizat problemi ilə üzləşəcəyik. Hesabat, 2018-2050-ci illər arasındakı mis tədarükünü təhlil edir. O, bu təhlili, misə olan tələbatla uyğunlaşdırır. Müvafiq olaraq, 30 il ərzində normal tendensiyaları qarşılamaq üçün bu günə qədər hasil ediləndən 115% çox mis hasil edilməlidir. Bundan əlavə, qlobal avtomobil parkını elektrikləşdirmək üçün 55% daha çox mis mədənlərinin istehsala keçməsinin lazım olduğu vurğulanır.
         Hesabatda həmçinin qeyd olunur ki, uzunmüddətli perspektivdə mis kəşfiyyatı və mədənin inkişafı təşviq edilməlidir. IEF, həmçinin okean mədənlərini də nəzərdən keçirməyə çağırır. Hesabata görə, hibrid istehsalına tam keçid qlobal misə tələbatın yalnız “cüzi” miqdarda artması ilə nəticələnəcək və elektrik şəbəkəsinin paylanmasında əhəmiyyətli təkmilləşdirmə tələb etməyəcək. Bundan əlavə, hibrid avtomobillər, istixana qazları emissiyalarına və şəhərin çirklənmə səviyyələrinə ümumi elektrikləşdirmə ilə demək olar ki, eyni müsbət təsir göstərə bilər. IEF-ə görə, bu mükəmməl bir həll deyil, lakin resurs mövcudluğu və mədən perspektivləri nəzərə alınmaqla daha real həll ola bilər.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    Həm elektrikli avtomobil akkumulyatorlarının ömrünü uzadacaq, həm də daha sürətli şarj etməyə imkan verəcək texnologiya hazırlanıb!
    hem-elektrikli-avtomobil-akkumulyatorlarinin-omrunu-uzadacaq-hem-de-daha-suretli-sarj-etmeye-imkan-verecek-texnologiya-hazirlanib
    Çin dünyanın elektromobil istehsalı mərkəzinə çevrilib
    cin-dunyanin-elektromobil-istehsali-merkezine-cevrilib
    Elektromobillər digər avtomobillərlə müqayisədə daha tez dəyər itirirlər
    elektromobiller-diger-avtomobillerle-muqayisede-daha-tez-deyer-itirirler
    Elektromobillər nə dərəcədə etibarlıdır?
    elektromobiller-ne-derecede-etibarlidir
    Soyuq hava şəraiti elektromobillərin qətt etdikləri yol göstəricisinə nə dərəcədə təsir edir?
    soyuq-hava-seraiti-elektromobillerin-qett-etdikleri-yol-gostericisine-ne-tesir-edir